Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Təbiət .: Azərbaycanın torpaq ehtiyatları və onlar haqqında

Azərbaycanın torpaq ehtiyatları və onlar haqqında

Ümumi anlayış

Torpaq xarici mühitin mühüm amillərindən biri olub, təbiətin böyük əhəmiyyətə malik, başlıca nemətidir. O, yer kürəsinin həm daxilində, həm də səthində gedən və uzun sürən proseslərin nəticəsində yaranmış, bioloji, atmosfer və d. Amillərin təsiri altında daima dəyişmiş və dəyişməkdədir.
Bəşəriyyətin gələcək talei üçün mühüm problemlərdən biri də insanların ərzaq və qida məhsulları ilə təmin olunma problemidir. Bu məsələ insanın əmələ gəldiyi gündən mövcud olmuşdur. Lakin sonralar insanın həyat tərzinin inkişafı sayəsində ərzaq və qida ilə təmin olunma prosesi bir istehsal formasından digərinə keçərək zaman baxımından dəyişmişdir. Məsələn, əvvəlcə hazır qida məhsulları toplamaqdan (ot, meyvə, xırda heyvanlar, həşəratlar və s.) insanlar ovçuluğa, ovçuluqdan heyvandarlığa, sonra əkinçiliyə keçmişdir.
Dünyanın bir sıra ölkələrində ərzaq problemi gündən – günə kəskinləşir, milyonlarla adam aclıq çəkir. Buna səbəb, ilk növbədə torpaqdan istifadə cəmiyyətdəki ictimai – iqtisadi şəraitdən doğan nöqsanlar, insanın istehsal fəaliyyəti nəticəsində torpağın məhsuldarlığının kəksik aşağı düşməsi və digər antropogen mənşəli pozuntulardır.
Münbit rorpaq örtüyünə malik olan ölkəmizdə son onilliklərdə suvarma şəbəkələri xeyli genişləndirilmiş, Mil, muğan, Şirvan və qarabağ düzlərində uzun illərdən bəri istifadəsiz qalmış ərazilərə həyat gətirilmiş və xeyli torpaq sahələri kənd təsərrüfatı istehsalı dövriyyəsinə daxil edilmişdir.
Respublikamızda suvarma əkinçiliyi yayılmış torpaqlar fiziki quruluşu və kimyəvi tərkibinə görə fərqlənirlər. Həmin müxtəliflik torpaqların mexaniki tərkibi, şorlaşması, bataqlaşması, qida elementlərinin miqdarı, eroziyaya uğrama dərəcəsi, qalınlığı, skeletliyi, qaysaqbağlaması və s. əlamətlərdə özünü göstərir. Bütün bunlar mütərrəqqi suvarma üsul və texnikasının tətbiq edilməsini, elmi cəhətdən əsaslandırılmış suvarma rejimini və aqrotexniki tədbirləri həyata keçirməklə yüksək mədəni əkinçilik sistemini yaratmağı tələb edir. Kənd təsərrüfat bitkilərinin suvarma rejimi və texnologiyasının rayonlaşdırılması, torpağın münbitliyinin və məhsuldarlığının artırılması qarşıda duran mühüm vəzifələrdən biridir. Kür – Araz düzənliyində, Xəzər sahili Quba – Xaçmaz zonasında, Nax. MR – da və digər ərazilərdə kollektor - drenaj şəbəkələrinin layihələndirilməsi və duzlu torpaqların yuyulmasına dair məsələlər, meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi diqqət mərkəzində olmalıdır.
Torpaq örtüyünü eroziyadan mühafizə etmək və bununla da torpağı yuyulub dağılmaqdan qorumaq üçün hər bir zonaya uyğun olan mübarizə tədbirləri nəzərdə tutulmalıdır. Eroziyaya qarşı əsas mübarizə tədbirləri olan aqrotexniki və hidrotexniki tədbirlər sistemi dağ – çəmən, dağ – meşə, əkinçilik zonalarında kompleks şəkildə həyata keçirilməlidir. Yay və qış otlaqlarında eroziyanın qarşısını almaq üçün bitki örtüyünü hərtərəfli qorumaq və eroziyaya uğramış sahələrdə lazımı tədbirlər aparmaq lazımdır. Ot örtüyünü pozulub dağılmadan mühafizə etmək məqsədi ilə otarma normasına əməl edilməlidir.
«Meliorasiya torpaqşünaslığı» elmi, məqsədi və vəzifələri. «Meliorasiya torpaqşünaslığı» torpağın quruluşu, mənşəyi, tərkibi, xassələri, inkişafı, coğrafi yayılma qanunauyğunluğu, münbitliyi və səmərəli istifadə üsulları haqqında elm olan torpaqşünaslığın bir bölməsidir. Burada torpağa bir meliorativ obyekt kimi baxılaraq, nəinki onun xüsusiyyətlərinin və rejiminin yaxşılaşdırılması, həm də torpaqəmələgətirən alt qatın və yeraltı suların tərkib ve rejiminin məqsədəuyğun şəkildə tənzimlənməsi nəzərdə tutulur. «Meliorasiya torpaqşünaslığın» da landşaftın əsas melirativ obyekti olaraq, süxur və qrunt suları qəbul edilir.
Torpaq profilində morfoloji cəhətdən əmələ gələn dəyişikliklər, atmosfer çöküntüləri və suvarma suyu ilə yuyulub gətirilən müxtəlif aşınma məhsullarının ərazidə çöküb, dərin qatlara basdırılması ilə əlaqədardır. Bəzi hallarda təbii bitki örtüyünün məhv edilməsi, becərmə və aqrotexniki tədbirlərin düzgün aparılması eroziya prosesini o dərəcədə sürətləndirir ki, dağətəyi düzənlik sahələrdə iki profilli torpaq törəmələri əmələ gətirir.
«Meliorasiya torpaqşünaslığı» elminin qarşıya qoyduğu məqsəd təkcə torpaq qatının yaxşılaşdırılması ilə əlaqədar onun xassə və xüsusiyyətlərini təsvir və müəyyən etməklə məhdudlaşmır, eyni zamanda ərazinin meliorasiyasının növü və üsulunun seçilməsi torpaq qatının xassələri (kimyəvi, fiziki, mineraloju və s.), buradakı dəyişikliklərin baş vermə rejimi və onun formalaşma şəraitilə bağlı şəkildə müəyyən edilir.
«Meliorasiya torpaqşünaslığı» elmi nəinki meliorasiya olunan ərazilərdə torpağın təbii xassələrində baş verən dəyişiklikləri müəyyən etməli, eyni zamanda aparılan tədbirlər nəticəsində onda yarana biləcək zərərli halları proqnozlaşdıraraq, vaxtında qarşısını almağa kömək etməlidir.
Azərbaycanda torpaqşünaslıq və meliorasiya elminin inkişaf tarixi haqqında. Azərbaycanda torpaqşünaslıq elminə aid ədəbiyyatlarda göstərilir ki, ölkənin torpaqları haqqında qismən 1869-1870 – ci illərdə İ.K.Kovalevskinin, 1890 – cı ildə P.S.Kossoviçin, 1898-ci ildə V.V.Dokuçayevin, 1911-1914-cü illərdə S.A.Zaxarovun, V.A.Romanovun və Y.A.Kamenskinin müəyyən fikirləri olmuşdur. Lakin bu tədqiqatçılarla müqaisədə Azərbaycanda torpaqşünaslıq, aqrokimya və torpaqların meliorasiyası sahəsində Həsən bəy Məlikov Zərdabinin elmi fikirləri daha erkən olmuşdur. Təəsüflə qeyd etmək lazımdır ki, onun irsi bu vaxta qədər geniş tədqiqat və təbliğat mövzusu olmamış, həmin elmlərin inkişafı tarixində əks etdirilməmişdir.
Azərbaycan xalqının elm və mədəniyyəti tarixində böyük təbiyyatşünas alim və marifpərvər ziyalı kimi xüsusi yer tutan H.Zərdabi kənd təsərrüfatı elmlərinin bir sıra sahələri, o altında çəmən – bataqlı və bataqlı torpaqların törəməsinə təsadüf edilir.
Çəmən boz torpaqlar udulmuş əsaslarla doymuşdur, onların cəmi üst qatda 25 mq.ekv olub, aşağı qatlara doğru bir qədər azalır, 100-140 sm dərinlikdə isə 18,2 mq.ekv-ə çatır. Əkin qatında udulmuş əsasların 84%-ni kalsium, 13%-ni maqnezium və 3%-ni natrium təşkil edir.
Dərin qatlara getdikcə kalsiumun miqdarı azalır (78%), maqneziumun və natriumun miqdarı artır. Çəmən – boz, torpaqlarının şum qatında xüsusi çəkisi 2,58-,2,63 q/m3, həcm çəkisi 1,16-1,50 q/m3, məsaməliyi isə 43,0-45,0% arasında dəyişir.
Yuxarıda təsvir olunan torpaqların əksər hissəsi, suvarma əkinçiliyi şəraitində dənli, texniki və digər bitkilər altında istifadə olunur.

Ölkənin torpaq sərvəti

Azərbaycan Respublikasının ərazisinin (8,7 mil. ha) 77,6%-i (6,7 mil.ha) kənd təsərrüfatı ilə əlaqədar olan müəssisələrin istifadəsindədir. Ümumi ərazinin 32,3%-i bilavasitə kənd təsərrüfatının istifadəsindədir. Çoxillik ağac və kol bitkiləri (meşələrsiz) ölkənin ərazisinin 6,1%-ni, dincə qoyulmuş sahələr 6%-ni, biçənəklər 2,7%-ni, qış və yay otlaqları 53%-ni təşkil edir. Respublikanın ərazisinin 12,1%-i meşələr, 3,53%-i su altında qalan sahələrdir. Sonuncunun 92,5 min hektarını göllər, su anbarları, nohur və sututarlar, 120 min hektarını suvarma və kollektor-drenaj şəbəkələri altında qalan sahələr tutur. Şəhər, qəsəbə və d. Yaşayış məntəqələri, sənaye obyektləri, dəmir-şosse yolları ölkənin ərazisinin 6,7% təşkil edir. Azərbaycan kənd təsərrüfatı istifadəsində olan torpaq fondunun 510,2 mi ha eroziya baxımdan təhlükəli sahələri, 1361,1 mi ha müxtəlif dərəcəli şoran və şorakətli torpaqları 733,2 min ha daşlı-çınqıllı sahələri və 70,5 min HA-nın bataqlıq sahələri tutur. Bataqlıq sahələrin əsas hissəsi (50 min HA-dan artıq) Kür – Araz düzənliyinin, bir qismi isə Lənkaran-Astara (9,2 min ha), Şəki-zaqatala (4,3 min ha) və Quba-Xaçmaz (2,0 min ha) zonalarının payına düşür. Ölkənin kənd təsərrüfatına yararlı torpaq fondunun səmərəli istifadəsi, yaxşılaşdırılması və mühafizə hazırda qarşıda duran mühüm problemlərdəndir. Respublikada əhalinin artımı, adambaşına düşən torpaq sahəsinin dinamikliyi getdikcə bu problemin gerçəkləşdirilməsini tələb edir. Kənd təsərrüfatında istifadə edilən torpaq fondunun keyfiyyətcə yaxşılaşdırılması və qismən genişləndirilməsilə yanaşı ölkənin su ehtiyyatlarından səmərəli istifadə etmək, onların toplanması, bölüşdürülməsi sahəsində mühüm texniki tədbirlər həyata keçirilmişdir. Bu illərdə Mingəçevir (16km3), Şamxor (2,5 km3), Naxçıvan (1,5 km3), Sərsəng (0,56 km3), Arpaçay (0,15 km3) və d. Həcmi 1,5 mil. m3-dan böyük olan 40-dan artıq su anbarı; Kür araz ovlağının su təminatında böyük rol oynayan Yuxarı şirvan və Yuxarı Qarabağ kanalları; Baş Mil kanalı; Kür, Alazan, Xramçay nasos stansiyaları və bir sıra iri hidromeliorativ qurğular tikilib istifadəyə verilmişdir. Azərbaycanda ərzaq probleminin həlli, kənd kənd təsərrüfatında torpaqların meliorasiyasının yeni səviyyəyə yüksəltməyi, onun imkanlarından daha yaxşı istifadə olunmasını tələb edir. Respublikamızın torpaq – su ehtiyyatlarından gələcəkdə daha səmərəli və qənaətlə istifadə edilməsi kənd təsərrüfatı və texniki bitkilərin suvarılmasında yüksək məhsuldarlı suvarma texnikasının tətbiqi, avtomatika və telemexanika sistemlərindən suvarma şəbəkələrində geniş istifadə olunmasını, sızma əleyhinə örtüklü məcralı kanallı və borulu suvarma sistemlərinin tikilməsini, şoran və şorakət torpaqların duzdan təmizlənməsində plastmas borulu xəndəksiz mütərəqqi üsulların tətbiqinin genişləndirilməsini tələb edir.

Azərbaycan torpaqlarının eroziyası

Azərbaycan ərazisinin 60%-ni dağ və dağətəyi sahələr təşkil edir ki, onun da xeyli hissəsi müxtəlif dərəcəli eroziyaya məruz qalmışdır. Burada yerləşən əkin sahələrində, otlaq və biçənliklərdə aqrotexniki və meliorativ tədbirlərin düzgün həyata keçirilməməsi, torpaqların eroziyasına səbəb olur. Belə ərazilərdə torpaqların eroziyasının geniş intişarına səbəb, kənd təsərrüfat dövriyyəsində olan sahələrin milliyidir. Apardığımız tədqiqatlara görə Azərbaycanın dağlıq ərazilərində (okean səviyyəsinin 200m yüksəklikdə yerləşən sahələrdə) suvarmaya yararlı torpaq sahələrinin ancaq 36%-nin (580,4 min ha) mailliyi 0,02-0,03, qalan 64%-nin (1041,1 min ha) mailliyi 0,02-dən artıqdır. Respublikada torpaq eroziyasına qarşı mübarizə aparmaq, kompleks tədbirlər görmək üçün həmin prosesi doğuran səbəbləri və onun gedişini öyrənmək lazımdır. Bunu isə şaquli zonalıq üzrə səciyyələndirmək daha məqsədəuyğundur. Əsasən 2000-3500 metr (qismən 1600-3500 metr) hündürlükləri əhatə edən dağ-çəmən qurşağı alp, subalp və bozqır çəmənliklərdən, dağ-çəmən, qaratorpaq, çürüntülü-karbonatlı və s. torpaq tiplərindən, meşə torpaqlarının bozqırlaşmış və çəmənləşmiş yarımtiplərindən ibarət torpaq örtüyünə malikdir. Burada səthi eroziya geniş inkişaf etmişdir. Bəzi yerlərdə isə qobu eroziyasına geniş inkişaf etmişdir. Bəzi yerlərdə isə qobu eroziyasına da təsadüf edilir. Azərbaycanın yay otlaqlarında eroziya prosesi güclü inkişaf etmiş olsa da, onlar ayrı – ayrı rayonlarda qeyri – bərabər əraziyə və inkişaf dərəcəsinə malikdir. Məsələn, eroziyaya uğramış sahələr Qusar, Laçın, Kəlbəcər kimi rayonlara nisbətən Ordubad, Qəbələ, İsmayıllı rayonlarında 24-31% artıq əraziləri əhatə edir. Ordubad, İsmayıllı, Qəbələ kimi rayonların ərazisindəki dağ – çəmən torpaqların 90-96%-i müxtəlif dərəcədə eroziyaya uğramış torpaqlardır. Şiddətli eroziyaya uğramış torpaqlar İsmayıllı rayonunda yuyulmuş torpaqların 20%-ə qədərini təşkil edirsə, Qusar rayonunda bu rəqəm 56%-ə çatır. Yaşayış yerlərinin ətraf meşələri daha çox məhv edildiyindən həmin ərazilərdə səthi, istərsə də yarğan eroziyaları geniş yayılmışdır. Məsələn, 1925-1926-cı illərdə Şəki rayonundakı Oxud və Kiş, Qax rayonundakı İstisu, Oğuz rayonundakı Filfili kəndləri ətrafında palıd və vələs meşələrinin qırılması nəticəsində bu yerlərdə səthi və qobu eroziyası geniş inkişaf etməyə başlamışdır. Müəyyən edilmişdir ki, hər il qobular 2-2,6 metr uzununa böyüyərək torpaqların yuyulmasına səbəb olmuşdur. Respublika ərazisində qobuların ən çox inkişaf etdiyi ərazilər dağətəyi və alçaq dağlıq yarımqurşağında boz-qəhvəyi torpaqların yayıldığı sahələrdir. Qobuların intensiv inkişaf etdiyi sahələr əsasən Ceyrançöldə, Kiçik Qafqazın cənub – şərq qurtaracağında, Lənkəran zonasının şimal hissəsindəki Xəzərin qədim terraslarında və d. torpaqlardadır. Eroziya nəticəsində Azərbaycanın dağlıq ərazilərində denudasiya, düzənlik ərazilərdə isə akkumulyasiya prosesi intensiv inkişaf etmişdir. Lakin çayların gətirdiyi torpaq və süxur materiallarının xeyli hissəsi akkumulyasiyada iştirak etməyib, Kür – Araz çayları ilə Xəzər dənizinə axıdılır. Azərbaycanda çayların nəqletdirdiyi asılı gətirmələr olduqca çoxdur. Akstafa çayın suyunun hər m3-də 282 qram, Turyançayın suyunun hər m3-də bundan 16 dəfə çox, yəni 4490 qram asılı gətirmələr vardır. Azərbaycanda külək eroziyası istər aşağı dağlıq və dağətəyi sahələrin bozqır qurşağında, istərsə də yarımsəhra zonasında, güclü küləklərin təsiri ilə qumlu, şumlanmış, bitki örtüyü zəifləmiş sahələrdə baş verir. Bir çox yerlərdə torpağın üst münbit qatı sovrulur, alt az münbit qatı və hətta süxur üzə çıxır və sahənin pisləşməsinə səbəb olur. Külək eroziyası su eroziyasına nisbətən az ərazini əhatə etsə də xalq təsərrüfatına vurduğu zərərə görə ondan geri qalmır. Göründüyü kimi, deflyasaya təbiətə üçtərəfli mənfi təsir göstərir: 1) münbit torpaq və yumşaq qum qatını sovurub aparmaqla torpağı münbitsizləşdirir, çökəkliklər yaratmaqla sahələrin relyefini pozur; 2) daşınma materialları münbit torpaqlı sahələri, otlaqları, yaşayış yerlərini basır, onları sıradan çıxarır, müxtəlif ölçüdə təpəciklər yaradaraq relyefi korlayır; 3) küləklər torpağın üst münbit qatını apararaq şorlaşmış şorakətləşmiş qatı üzə çıxarır, şorlu torpaq və süxur qatını aparıb başqa yerlərə yayaraq kənd təsərrüfatı üçün yararlı sahələri də korlayır.

Eroziyaya qarşı mübarizə tədbirləri

Torpaq eroziyası ilə mübarizə aparmaq, hazırda eroziya yayılan sahələrdə onun qarşısını almaq, torpaqları eroziyadan qorumaq ümumdövlət əhəmiyyətli problem olub, təbiətdən səmərəli istifadənin vəzifələrindən biridir. Bu tədbirlər üç istiqamətdə aparılmalıdır: 1. Eroziyanı törədən səbəbləri aradan qaldırmaqla. 2. Eroziya proseslərinə qarşı bilavasitə mübarizə tədbirləri və vasitələri tətbiq etməklə. 3. Eroziyanın xalq təsərrüfatına təsirinin mənfi nəticələrini aradan qaldırmaqla. Eroziyanı törədən səbəblərin aradan qaldırılması elmi cəhətdən əsaslandırılmış tədbirləri tətbiq etməklə mümkündür. Bunun üçün aşağıdakı təsərrüfat-təşkilatı tədbirlər həyata keçirilməlidir: - dəmyə əkinçiliyi zonasında dik yamacların şumlanmasına yol verilməlidir. Azərbaycan Respublikası Təbiəti Mühafizə qanununa əsasən, dikliyi 150-dən artıq olan yamacların başdan – başa şumlanması qadağan edilməlidir. Birillik bitkilər əkilən sahələrdə eroziyaya qarşı aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir; - suvarma əkinçiliyi rayonlarında irriqasiya və meliorasiya qaydalarına riayət edilməli, torpaqların suvarma nəticəsində yuyulmasına (irriqasiya eroziyasına) yol verilməlidir; - yol, qaz, su kəmərləri, yüksək gərginlikli elektrik xətləri çəkilişi və müxtəlif qurğuların inşası zamanı torpaq sahələrinin korlanmasına qarşı ciddi mübarizə aparılmalıdır; - dik yamaclar da bağlar, plantasiyalar və meşəliklərin salınması, sahələrin xəndəklərlə, zolaqlarla, yuvalarla, meydançalarla hazırlanması və terraslaşdırma ilə həyata keçirilməlidir; - yay otlaqlarının vəziyyətindən, xüsusilə torpaqların eroziyaya uğrama dərəcəsindən, onun məhsuldarlığından asılı olaraq, sahə vahidində malqara otarılması normalarına ciddi əməl edilməlidir; səthi yuyulmamış və otun məhsuldarlığı çox olan ərazilərin hər hektarında 5-8 baş, səthi orta yuyulmuş və otun məhsuldarlığı az olan sahələrin hər hektarında isə 4-5 baş heyvanın otarılması planlaşdırılmalıdır; - yaylaqlarda ərazinin coğrafi mövqeyi, dəniz dəniz səviyyəsindən hündürlüyü, yamacların istiqaməti və s. nəzərə alınmaqla, otarmanın başlanması və qurtarması müddətinə ciddi əməl edilməlidir; - otlaqların bitki kütləsindən səmərəli istifadə etmək (xüsusilə otarılan zaman bitkilərdən qənaətlə istifadə etmək və onların artımı üçün şərait yaratmaq) üçün hər yerdə dövriyyələr və mədəni otarma sistemi tətbiq edilməlidir; - yağışlar zamanı islanmış ərazilərdə heyvanların dırnaqları ilə bitkilərin məhv edilməməsi və torpağın aşınmaması üçün, əvvəlcə quru sahələrdə otarma aparılmalıdır; - eroziya prosesinin intensiv getdiyi ərazilərdə otlaqların bitki örtüyünü bərpa etmək üçün, 2-3 il otarma aparılmamalıdır; - şiddətli sel hadisəsinin baş verdiyi çay hövzələrinin yuxarı hissəsində otarmanı tamamilə qadağan etmək, ya da xeyli məhdudlaşdırmaq lazımdır; - sürüşmə prosesi torpaq eroziyasını sürətləndirdiyindən dağ – çəmən və dağ – meşə qurşaqlarında belə ərazilərdə torpaqlardan bərkiməsi üçün 3-4 il otarma qadağan edilməlidir; - istifadəsiz qalan suvarma suyunun, kommunal – məişət qurğularından buraxılan suların özbaşına axaraq çökəklikləri və d. yerləri doldurmasına yol verilməməlidir.


 

Məlumatlar http://nature.aznet.org saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"
AZƏRBAYCAN RESPUBLİKASINDA...

  9-30-2007    Baxılıb: 205   
article TORPAQ VƏ TRAKTOR
Qranit damarları ey çəlik...

(Səs verilməyib)  10-16-2007    Baxılıb: 61   
article Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
1918-ci il mayın 28-də...

  10-1-2007    Baxılıb: 343