Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Hamiləlik .: Çağaya qulluğun xüsusiyyətləri

Çağaya qulluğun xüsusiyyətləri

Qadın hələ hamilə ikən bütün ailə uşağın anadan olacağı fərəhli anı səbirsizliklə gözləyir. Hamiləlik zamanı qadın məsləhətxananın nəzdində təşkil edilmiş gənc ana kurslarına gedib, yeni doğulmuş uşağa qulluğun elementləri ilə tanış olur. Bir çox məsləhətxanaların nəzdində gənc ata kursları da təşkil edilmişdir və onlar müntəzəm fəaliyyət gös-tərir. Nəzəri cəhətdən nə qədər hazırlıqlı olsa da. uşaq ilə evə qayıtmış naşı ananın qarşısına birdən-birə çoxlu suallar çıxır. Uşağın anadan olması ilə bütün ailə üzvlərində müəyyən dərəcədə gərginlik artır. Çağanın sağlamlıq və həyatı ona qulluqdan,. deməli, ata və ananın hövsələsindən, biliyindən, bacarıq və iradəsindən asılıdır.
Uşağın tərbiyəsi ən əvvəl böyük zəhmətdir. Uşaq naminə və onun qarşısında böyük məsuliyyəti başa düşərək gənc valideynlər tezliklə yeni vəzifələrini öyrәnmәli, ona riayәt etmәli və çox vaxt öz һәyat tәrzlәrini, vәrdişlәrini dәyişmәli olurlar.
Uşağa qulluq edәrkәn әn vacibi tәmizliyә, rejimə riayәt etmәk, uşağı düzgün әmizdirmәkdir.
Ana ilә uşağın evә gәlmәsi әrәfәsindә evi yığış dırmaq, uşaq üçün çarpayı, lazımi miqdarda uşaq camaşırı və uşaq paltarı, müşәnbә, qapağı bağlı qabda aptek pambığı, әmzikli şüşәlәr һazırlamaq lazımdır.
Bundan başqa, dәrһal uşağı çimdirmәk üçün vanna uşaq paltarını qaynatmaq üçün vedrə, ya da emallı qazan lazım olacaqdır.
Әvvәldә demişdik ki, uşaq olacaq otağın һava sını tez-tez dәyişmәk, oradan artıq avadanlığı çıxarmaq lazımdır; otağın һavası 20—22sS-dәn artıq isti olmamalıdır. Uşağa isti olduqda onun bәdәninin temperaturu qalxar, onda bişmәcә əmәlә gәlә bilər onun qarnı işlәyәr.
Çağanın bәrk döşәkli çarpayısı olmalıdır, döşәyin üstünә müşәnbә, onun da üstündәn döşәkağı salınır. İsti vaxtlarda müşәnbә әvәzinә bir neçə qat qatlanmış döşəkağı işlәtmәk olar. I yaşa qәdər, uşaqların başı altına balış qoyulmur, ançaq döşəyin baş tərәfi bir az qaldırılır.
Bir gecә-gündüz әrzindә çağa 10 dәfә siyir vә 3-6 dәfә qarnı işlәyir. Buna görә dә 20 nazik ağ әski, 10 isti әski, naziҝcunadan, yada çox işlәnmiş әskilәrdən altlıq әskisi, 6 nazik və 3 isti açıqyaxa köynәk, 3 ləçәk, 2 pambıq adyal, 1 yorğan vә 1 papaq һazırlamaq lazımdır. Bütun ağ paltarları yuyur, qaynadır və ütülәyirlәr, rәnkli әskilәri yuyur, һәr iki tәrəfdən
ütülәyirlәr.
Uşaq paltarları böyüklәrin paltarları ilә bir
yerә qoyulmamalıdır.
Evә gәlәrkәn uşağın doğum evindә alışdığı rejimə riayәt etmək lazımdır. Sonradan uşaq һәkiminin göstәrişilә yedizdirmә saatlarını dәyişmək olar. Gecә yemәyә 6 saatlıq fasilә verilir. Әgәr uşaq gecә durursa, ona 2—3 qaşıq qaynanmış ilıq su verilir. Gün әrzindә uşaq yemәkarası fasilәlәrdə 1 stәkana kimi su içmәlidir: һava isti olanda suya olan
tәlәbat artır.
Әgәr uşaq yemәk vaxtına ayılmayıbsa. onu güclə
oyatmaq lazım deyil. 20—30 dәqiqә gec yedirtmәk, sonrakı, yemәyi isә yenә vaxtında vermәk olar. Yemәklər arası fasilә 3—3,5 saat olmalıdır. Bu, uşağın əmdiyi südü һәzm etmәk üçün lazım gәlәn vaxtdır. Döş әmәrkәn uşaq һava da udur, sonra gәyirdikdә һava ilә birlikdə süd çıxır. Buna görә dә uşağı әmizdirәn kimi onu bir qәdәr dik vәziyyәtdә saxlayırlar. Uşağın başını ana öz çiyninә qoyur. Bu vәziyyәtdә uşağın udduğu һava yaxşı çıxır. Sonra uşağı böyrü ustә çarpayıya qoyurlar. Anadan olandan sonra 4 һәftә uşaq, demәk olar һәmişә yatır, ancaq yemәk üçün oyanır. Uşaq sakit şəraitdә yatmalıdır, belә ki, sәs-küy vә parlaq işıq onun sinir sistemini qıcıqlandırır. Ancaq uşağı tam sәssizliyә vә qaranlığa alışdırmaq da yaxşı deyil. Gündüz uşaq yatarkәn nәfәsliyi, ya da uşağın üstünü yaxşı örtüb pәncәrәni açmaq olar. Uşağın üzü açıq palmalıdır.
Çağanı әlә göturәrkәn paltar tәmiz olmalı, әllәr yuyulmalıdır. һәr gün sәһәr-sәһər uşağın tәmizliyi ilә məşğul olmaq lazımdır. Bunun üçün uşağın üzü-nü, gözunü, altını yuyurlar. Üzünü qaynanmış ilıq su ilә әllә, ya da bir parça pambıqla yuyurlar. Göz-lәri qaynanmış su, ya da furasillin mәһlulunda is-ladılmış pambıqla silirlәr. Һәr gözü ayrıca pambıqla qıraqdan ortaya doğru silirlər. Burnunu lazım gәlәrsә qaynadılmış günәbaxan yağına batırılmış pambıq piltә ilә tәmizlәyirlәr. Ağzı vә qulaqları tәmizlәmәk lazım gәlmir. Bundan başqa, uşaq һәr dəfә bayra çıxandan sonra altını yumaq mәslәһәtdir. Yuyub qurulayandan sonra uşağın dәrisinin һәr qırışına, һәr qatına uşaq kremi, qaynadılmış günәbaxan yağı, ya da vazelin yağı çәkirlәr, һәrdən uşaqlar üçün olan sәpmә tozundan da istifadә etmək olar.
Çağanın dәrisi böyüklәrә nisbәtәn daһa çox tәnәf-füs, ifrazat, һәrarət tәnzimlәyicisi vә müһafizә rolunu oynayır. Bununla әlaqәdar olaraq dәriyә qul-luq böyuk әһәmiyyәt daşıyır. Uşağın dərisi isә çox zәrif, nazikdir, ona xәtәr tez dәyə bilәr. Uşağın dәrisini zәdәdən qorumaq üçün onu һәr gün çimizdir-mәk, açıq һavada saxlamaq vacibdir. Onu çox bürümәk olmaz. Birinci dәfә çimizdirmә zamanı doğum evinin ya da uşaq poliklinikasının һәkimindәn. öyrәnmək lazımdır. Uşağı yemәkdən əvvәl axşam çimizdirmәk yaxşıdır. Uşaq çimizdirilәn otağın һavası 22—24°S olmalıdır. İlk günlәr uşağı qaynanmış ilıq su ilә çimizdirir, һәftәdә 2 dәfә uşaq sabunu ilә yuyurlar.
Uşağı 2 nәfәr çimizdirmәlidir. Çimizdirmәzdәn әvvəl әllәri yuyur vә uşaq üçün tәmiz paltar һazırlayırlar. Körpәni soyundurur vә eһmallıca ilıq suya salırlar. Uşağın başını ovucun içindә saxlayırlar. Tәmiz pambıq, ya da tәnziflә bәdәnini, sonra boğazını qasıq büküşlәrini, sağrını yuyur vә üstündәn ilıq su gәzdirirlәr. Uşağı vannadan çaxarıb yumşaq dәsmalla qurulayırlar. Çimizdirәrkәn fikir verilmәlidir ki, uşağın qulağına gözünә, ağzına sabun vә su düşməsin. Uşağı 7—10 dәqiqәyә çimdirib qurtarmaq , lazımdır. Quruladıqdan sonra büküşlәrә və qatlanan yerlərə uşaq kremi, ya da vazelin yağı çәkir vә isidilmiş tәmiz paltar geydirirlәr.
Uşağı adyal vә üstündәn mәlәfә salınmış stolun üstündә qurulayır, yağ çәkir vә geyindirirlәr. Gün әrzindә uşağın əskilәrini dәyişdirәrkәn bәdәni ha vaya alışsın deyә, onu bir qədәr açıq saxlamaq məs lәһətdir. Havanın temperaturu 22°S olduqda uşağı 2—3 dәqiqә açıq saxlayırlar, sonradan tәdricәn açığ saxlamanı 10—15 dәqiqәyә qәdәr uzatmaq olar. Uşağı bələyәrkәn onun başı və әllәri açıq qalmalıdır. Uşaq üzünü cızmasın vә әllәri üşümәsin deyә, onun açıqyaxa köynәyinin qolunu tikmәk, ya da xüsusi әlcәklәr geydirmәk yaxşıdır. Vaxtında doğulmuş uşağın dırnaqları yumşaq, ancaq uzun olur Uşağı geyindirәrkәn, ya da açıq saxladıqda o özünü cıza bilәr. Bu isә yaramaz, ona görә ki, lap balaca cızıq da infeksiya ocağıdır. Çağanın dırnaqlarını qırxmaq lazımdır. Uşağın dırnaqlarını spirt ya da odekalonla silinmiş kiçik qayçı ilә qırxırlar.
Tәmiz һavada gәzinti uşaq uçün çox vacibdir. Mövsümdәn vә һavanın temperaturundan asılı olaraq uşağı yayda doğum evindәn gәlәndәn 1—2 gün sonra qışda isә temperatur 10°S-dәn aşağı deyilsә, 3-4 gündən sonra gәzmәyә çıxartmaq olar. İlk gәzinti 10—15 dәqiqә olmalıdır. Sonradan açıq һavada gəzintini 2 saata kimi artırmaq olar. Yayda uşaqla ancaq ağaclar altında gәzmәk faydalıdır, uşağın üzü һәmişә açıq qalmalıdır. Uşağı nә çox, nә dә az, һavanın temperaturundan asılı olaraq münasib geyindirmәk lazımdır.
Xәstә uşağa qulluğu vә һәkimin göstәrişlәrini mәһz ana yerinә yetirir. һәr bir ana öz uşağının “ilk һәkimi” olur. Odur ki, ana xәstә uşağa qulluq etməyi dәrman vermәyi bacarmalıdır.
Xәstәlәnmiş körpәnin davranışı o saat dәyişir o ağlayır, qucağa istәyir, yemәkdәn imtina edir, süst olur. Belә һalda uşağın temperaturunu ölçmәk vә onu yatağa uzadıb һәkim çağırmaq lazımdır.
Әgәr uşaqda ishal vә qusma varsa, onu yedizdirmәk olmaz, ancaq qaynamış ,su vә çay vermək olar. Xәstә uşağı yedizdirәrkәn һәkimin göstәrişlərinә riayәt etmәk lazımdır. Uşağın neçә dәfә qarnı işlәdiyini və qusduğunu yazıb һәkimә göstәrmәk olar. Belә һal-larda uşağın iştaһası küsdüyündәn ona yemәyi az-az vermәk, döşә salarkәn tez-tez fasilə etmәk lazımdır. Yemәyi butulka ilә verdikdә isә yemәyә ara vermək vә yenidәn uşağa verәrkәn butulkanı isti suya salıb qız-dırmaq olar. Uşağı güclә yedirtmәk olmaz. Qusma vә ürәkbulanma ilә keçәn xәstәliklәrdә südü sağıb vermәk, arada qaynamış otaq temperaturlu su içirtmәk olar. Әgәr һәkimin mәslәһәt gördüyü yemәkdәn uşaq qusursa, onda yedizdirmәni kəsib һәkimin yeni göstә-rişlərini gözlәmәk, arada isә uşağa qaynamış su vermәk lazımdır.
Gözlәrә qulluq. Uşağın gözlәri xәstәlәnmişsә onları 1 ya 2 faizli bor turşusu mәһlulu ilә yumaq lazımdır. Gözlәrin һәr birini ayrıca pambıq yumrusu ilә silirlәr ki, bir gözdәn mikrob o birisinә düşmәsin. Әgәr uşağın gözü irinlәyibsә onu xәstә göz olan tәrәfә böyrü üstә qoyur, başının altına isә tәmiz әski sәrirlər. Gözә dәrmanı pipetka ilә tökürlәr. Bunun üçün gözün aşağı qapağını eһmallıca irәli çәkir vә ora 1—2 damcı dәrman tökürlәr. Közә molһәmi xüsusi şüşә çöplәrlә 1sürtürlәr. Onu da һәr dәfә qay-nad.ır vә soyuyandan sonra mәlһәmi kötürüb ҝözün aşağı qapağını aralayaraq içinә sürtür vә bir az eһmallıca ovuşdururlar.
Qulağa qulluq. Qulaqlar xəstәlәndikdә һәkimin tәyinatından asılı olaraq ya isti qoyur, ya qulağa dәrman tökür, ya da kompres qoyurlar. Qulağı isti ilә müalicә edәrkәn qulağın seyvanına pambıq qoyur vә tәnziflə sarıyırlar ya da qulaqları tutan papaq geydirirlәr.
Qulağa dәrmanı pipetka ilә tökurlәr, ancaq әvvәlcə dərmanı mütlәq qızdırırlar. Onun istiliyi bәdәn temperaturu ilə uyğun gәlmәlidir. Onu qızdırmaq uçün dәrman butulkasını bir neçә dәqiqәliyә isti su olan qazana qoymaq kifayәtdir. Sonra uşağı böyrü üstә uza-dır, qulaq seyvanını arxa vә yuxarı dartıb qulağın içinә 3—5 damcı dәrman tökürlәr. Sonra qulağı silir vә onu balaca pambıq yumrusu ilә tıxayırlar.
İsidici kompres qoymaq istәdikdә bir parça ağ əski götürüyr, onu 3—4 qat qatlayır vә ortasından qulaq seyvanı üçün deşik açırlar. Bunu qulağın üstünә elə qoyurlar ki, ancaq onun әtrafını tutur. Parçanı ilıq suda isladır vә qulağın әtrafına qoyurlar, üstündən parçadan bir az böyük olan vә qulaq üçün deşik açılmış nazik müşәnmә, yaxud su keçirmәyәn kağız, onu üstündәn qulağın üstünü vә ətraflarını tutan qalın pambıq qatı qoyurlar. Uşağın başını sarıyıb kompresi 3—4 saat saxlayırlar.
Buruna qulluq. Uşağın burnu axanda onu bir parça, əski, yaxud tәnziflә silirlәr. Belә parçalar çox olmalıdır ki, һәr dәfә tәzәsindәn istifadә etmәk mümkün olsun. Burun tutulanda onu piltә ilә tәmizləyirlәr. Piltәni fırlada-fırlada burunun bir deşiyinə salır vә dәrһal çıxarırlar. Digәr piltә ilә o biri deşiiyi tәmizlәyirlәr. İki deşiyi dә eyni vaxtda təmizlәmәk olmaz.
Buruna dәrmanı tökmәzdәn әvvәl onu azca isidirlər. Burunu tәmizlәyir vә uşağı başı arxaya әyilmiş һalda dizlәrin üstә oturdub pipetka ilә buruna damızdırırlar,
Ağıza qulluq. Xәstә uşağın qızdırması yüksәk olduqda ağzı quruyur. İsһal vә qusma nәticәsindә da orqanizm susuzlaşır. Odur ki, körpәyә tez-tez, lakin az (1/4 çay qaşığına qәdәr) su vermәk lazımdır, çox versәniz qusa bilәr. Uşağa suyu әmziklә verdikdə onu ağıza azca salmaq lazımdır ki, uşağı qusdurmasın. İçmәk üçün qaynadılmış su, kәmşirin çay, yaxud həkimin tәyin etdiyi natrium-xlorun izotonik mәһlulunu, ya da Ringer-Lokk mәһlulunu verirlәr.
Mә'dә-bağırsaq pozğunluğu olan uşaqlara qulluq Suyun çox itirilmәsi vә intoksikasiya (bakteriyaların zәһərlәri ilә zәһərlәnmә) nәticəsindә uşağın orqa nizmi çox zәiflәyir. һәtta onun әskilәrinin tez-tez dәyişdirilmәsi dә uşağı üzür. Odur ki, bu işi görmәk üçün һәr şeyi әvvәlcәdәn һazırlamaq lazımdır. İsһal olan uşaq çox maye itirdiyinә görә onun yerini doldurmaq üçun tez-tez su verilmәlidir. Lakin bunu 15 dәqiqәdәn bir etmәk olar. Әgәr uşaq yatıbsa onu oyatmır, ancaq duranda suyu bir qәdәr çox verirlər "һәr dәfә 'bayra çıxandan sonra altını yuyur və anusun әtraf dәrisinә vazelin yağı çәkirlәr.
Uşağa dәrmanın verilmәsi. Dәrmanı һәkim dediyi vaxtda vermәk lazımdır. Onlar sәrin, qaranlıq yerdə saxlanmalıdır. Uşağa dәrmanı vermәmişdәn əvvəl üstündәki yazını oxumaq lazımdır ki, başqası iləsәһv düşməsin. Duru dәrmanları qaşıqla verirlәr. Әgәr dәrman soyuq yerdә saxlanmışdısa, onda qaşığı әvvәlcәdәn qızdırmaq lazımdır (bunun üçün qaşığı qaynar suya salıb dәrһal çıxarırlar).
Toz vә һəblәri suda әridib uşağa verirlәr.
Qarının masajı. Çox vaxt uşaqların qarnı köpür VƏ bu onlara әziyyәt verir. Bu vaxt onlara masaj kömək edә bilәr. Masajı sağ әllә uşağın qarnını saat әqrәbi istiqamәtindә sığallamaqla asta-asta edir, sonra tәzyiqi artırır vә qarının әzәlәlәrini ovuşdururlar, Әllәr bu vaxt tәmiz olmalıdır. Onlara һәr һansı bir krem çәkmәk olar. Masajı dairәvi һәrәkәtlәrlə bitirirlər. Bu prosedura 2—3 dәqiqәdәn artıq çәkmәmәlidir.
İsitqaç. Uşağı isitmәk lazım gәlәrsә, rezin isit-qaçlardan istifadә olunur. Onun temperaturu 50— 60sS-dәn yuksәk olmamalıdır. İsitqacın qapağını bağlamamışdan əvvәl sıxıb içindәki һavanı burax-maq lazımdır. Qapağını kip bağladıqdan sonra isitqacı ağzıaşağı çevirib suyun axıb-axmamasını yoxlayırlar. Sonra isitqacı әskiyә büküb uşağın adyalı altına, daһa yaxşısı, onun ayaqlarına qoyurlar.
İsidiçi kompres. Tәmiz tәnzifi, ya da bir parça әskini bir neçә qat qatlayıb ilıq suda isladır, sıxıb xәstә yerә qoyurlar. Üstündәn ya kompres kağızı, ya da müşәnbәni elә qoyurlar ki, tәnzifl tamam örtüb bir az qıraqlara çıxsın, onun da üstündәn pambıq qatı, ya flanel qoyub sarıyırlar. Kompresi götürəndәn sonra pambığı, ya da flaneli qoyurlar һәmin yerdә qalır. Kompres qoyulan vaxt vә ondan bir qәdәr sonra eһtiyatlı olmaq lazımdır ki, uşağa soyuq dәymәsin.
Xardal yaxması. İki çay qaşığı xardal tozunu sıyıq әmәlә gәlincә su ilә qarışdırır vә bunu 2 saat isti yerdә saxlayırlar. Sonra buna 2 çay qaşığı un əlavә edib diqqәtlә qarışdırır vә nazik qatla su keçirməyәn kağızın üzәrinә yaxırlar. Xardalın üstündәn nazik әski ilә örtür vә һəmin tәrәfi uşağın bәdəninə qoyurlar. Xardal yaxmasını 3—5 dәqiqә (dәri qızarana qәdәr) saxlayırlar. Sonra onu götürür, qızarmış dәrini təmiz əski ilә silir vә vazelin, yaxud yağ çəkirlәr,
Ayaqlara xardal vannası. Vedrәyә 37°S-;yә qәdәr qız-dırılmış su tökülür vә içinә 1 xörәk qaşığı xardal əlavә edilir. Ayaqları vedrәyә qoyur vә uşağı һər tərəfdәn adyala bükürlәr, Vamnanı 10—15 dәqiqә edirlər. Su soyumasın deyә ona az-az isti su әlavә edirlәr. Vannanı edәndәn sonra uşağın ayağına tәmiz su gәzirir vә qurulayırlar. Sonra corab geydirib yatağa uzadırlar. Bundan sonra ayaqlara istiqac qoymaq olar.
Marqans vannaları edәrkәn marqansı әvvәlcәdәn ayrıca suda һazırlamaq lazımdır, cünki kristallar öz lәri dәridә yanğı törәdә bilər. Marqans vannası edәr kәn su açığ-çәһrayı rәnkdә olmalıdır.
Təmizləyici imalә. Tәmizlәyici imalәni qaynadılmış 28—30°S-dә su ilә edirlәr. Çağalara bir dәfәyə 1/4 stәkan, 6 aylıq uşağa 1/2 stәkan, 1 yaşlı uşağa 3/4 stәkan su yeritmәk olar. İmalә etmәmişdәn əvvəl rezin balonu ,ya qaynadır, ya da qaynar su ilə bir neçə dəfə yuyub qaynamış ilıq suyu yığır vә altından sıxıb һavanı çıxarandan sonra ucuna vazelin çәkirlәr. Uşağı sol böyrü üxtә әksi ilә örtülmüş müşәmbәnin üzәrinә uzadırlar. Sol әllә dizdәn azca qatlanmış ayaqları tutur vә sağ әllә ballonu anusa 3—4 sm dәrinliyə salıb suyu buraxırlar. Ballondakı su qurtarandan sonra onu çıxarır, sağrıları sıxıb uşağı bir müddәt belә saxlayırlar.
Soyuq qoyulması. Bәzәn һәkim xәstә uşağa soyuq qoymağı mәslәһәt görür. Bunu iki cür edirlәr: ya әskini soyuq suda isladır vә sıxıb lazımi yerə qoyur, ya da
Isitqaçın içinə buz yığıb əskiyə bükülmüş halda ağrıyan yerə qoyurlar
һәm buzu, һәm dә soyuğu fasilәlərlә qoymaq lazımdır. Yarım saat buz qoyur, yarım saatlığa götürürlәr.
Bunlar uşağa qulluğun vacib proseduralarıdır.-Sağlam uşaq böyütmәk istəyәn һәr bir ana bunlara asanlıqla yiyәlәnә bilәr.
Gəzinti, açıq һava, çimdirmә uşağı möһkәmlәndirir vә onun sağlamlığına müsbət tәsir göstәrir. Uşağı tәnәffüs yollarının kәskin xəstәliklәrindәn (zökəm, öskürәk) qorumaq üçün onu xәstәlәrin yanına qoymaq olmaz. Әgәr ana xәstәdirsә, o uşağı әmizdirərkәn ağız vә burnunu tәnzif maska ilә tutmalıdır. Uşaq xәstәləndikdә tәcili olaraq uşaq poliklinikasının һәkimini çağırmaq vә onun bütün göstәrişlәrinə әmәl etmәk lazımdır. Axı, һәm valideynlәrin, *һәm dә һәkimlәrin mәqsәdi sağlam nәsil böyütmәkdir.-


Məlumatlar http://gelecek-analara.iatp.az saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ərzaqlarin xüsusiyyətləri
Dieta

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 207   
article Maliyyə münasibətləri və onun formalaşma xüsusiyyətləri.
Müəllif: Kərimov Murad...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 258   
article Aqrar münasibətlər və müasir şəraitdə onların xüsusiyyətləri
1. Cəmiyyətin inkişafında...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 233