Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Diabet .: Ümumi məlumat .: Diabetli xəstələrin həyatında qeyri-adi situasiyalar.

Diabetli xəstələrin həyatında qeyri-adi situasiyalar.

Bu situassiyalara aşağıdakılar aiddir.
1. ketoasidoz
2. hipoqlikemik koma

Ketoasidozdan qabaq hiperqlikemiya müşaide olunur.

Hiperqlikemiya-qanda şəkərin yüksek olan veziyyetidir. Hiperqlikemiyanın ən çox rast gələn səbəbləri aşağıdakılardır:

1. lazım olan miqdarda insulin vurulmaması və ya inyeksiyanın buraxılması
2. karbohidratların artıq qəbulu
3. soyuqdəymə, infeksiyalar, yanaşı gedən xəstəliklər
4. fiziki aktivliyin kifayət qədər olmaması
5. stress
6. hipoqlikemiyadan sonrakı vəziyyət

Hiperqlikemiyanın simptomlarına aşağıdakılar aiddir:

1. tez yorulma, yuxululuq
2. tez tez sidik ifrazı
3. ağızda quruluq, güclü susuzluq
4. aclıq hissi
5. çəkinin azalması
6. dərinin qaşinması

Qanda şəkərin miqdarının yüksək olması, ketoasidoz yaranmasının qarşısını almaq üçün insulinin dozasının tez və düzgün dəyişilməsini tələb edir. Hiperqlikemiya vaxtı qanda şəkərin yüksək olmasının müalicəsi - qısa müddətli vurulan insulinin dozasının artırılmasındadır. Əlavə insulin dozası isə qanda şəkərin miqdarından və pasiyentin individual xüsusiyyətlərindən asılıdır. Yalnız müntəzəm və düzgün ozünə nəzarət nəticəsində 0,5-1,0-2,0 vahid insulinin qanda neçə mol/l şəkər azaltdığını təyin etmək olar.
Insulinin əsas dozası kifayət qədər olmadıqda və o hiperqlekimiyaya səbəb olduqda insulinin dozasını korreksiya etmək olar. Insulinin əsas dozasının dəyişilməsi qanda şəkərin axırıncı 2-3 günlük gostəricisinə əsaslanmalıdır. Hiperqlikemiyaya səbəb olan insulinin dozası 5-10% artırılır. Intensiv insulin terapiyanın fonunda hiperqlikemiyada insulinin dozasını artırılmasının qaydaları (qısa təsirli insulin əsas qida qəbullarından əvvəl, uzun təsirli insulinlər isə səhər və axşam):

 

Yaranma vaxtı
Dozanı çoxalması
Gecə və/və ya səhər yeməyindən əvvəl
Uzun müddətli insulini axşam yeməyindən əvvəl və ya yuxudan əvvəl
Nahardan əvvəl
Qısa və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
Axşam yeməyindən əvvəl
Qısa müddətli insulini nahardan əvvəl və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
Yuxudan əvvəl
Qısa müddətli insulini axşam yeməyindən əvvəl

Hiperqlikemiya vaxtı əlavə olaraq qısa müddətli insulinin vurulması lazımdır. Növbəti inyeksiyadan əvvəl qanda şəkərin miqdarı təyin edilməlidir. O, normadadırsa insulin adi dozada vurulmalıdır. Hiperqlikemiyanın mümkün olan səbəbləri mütləq təhlil edilməlidir. Əgər hiperqlikemiya: insulinin azlığı, karbohidratların çoxluğu, kifayət olmayan fiziki aktivlik, xəstəliklər, hipoqlikimiyadan sonrakı vəziyyıt, stress nəticəsində yaranıbsa - novbəti gün insulinin dozası dəyişilmədən səhvi aradan gotürmək lazımdır .
Heç bir aşkar səbəb olmadıqda və insulinin dəyişməyən dozasında hiperqlikemiya ikinci gündə təkrar olursa, onda hiperqlikemiyanın yaranmasına səbəb insulindir.
3-cü gün insulinin dozasını 5-10% artırmaq lazımdır.

Səhər saatlarında yaranan hiperqlikimiyanın yaranma səbəbləri aşağıdakılar ola bilər:
1.Yuxudan əvvəl qanda şəkərin yüksək miqdarı. Bu halda qısa müddətli insulinin dozasını axşam yeməyindən əvvəl artırmaq lazımdır.
2.Kifayət qədər olmayan insulinin axşam dozası. Bu halda axşam vurulan uzun müddətli insulinin dozasını artırmaq lazımdır, və ya onun vaxtını bir qədər gec vaxta salmaq lazımdır (saat 19dan 22)
3.Gecə hipoqlikemiyasından sonra qanda şəkərin miqdarının yüksəlməsi. Qlükoza hipoqlikimiyadan sonra kontrinsulyar hormonların koməyi ilə qaraciyərin hasil etdiyi qlükozanın hesabına yüksəlir. Bu halda axşam vurulan uzun müddətli insulinin dozası azalmalıdır.
4.“Sübh” fenomeni adlanan halda isə səhər saatlarında kontrisulyar hormanların artıq sekresiyasi nəticəsində hiperqlekimiya əmələ gələ bilər. Bu halda uzun müddəli insulinin axşam dozasının artiqlığı gecə hipoqlikemiyasına səbəb ola bilər. Ona gorə də belə halda səhər saatlarında qısa müddətli insulin vurulması ilə müalicə mümkündür.
Qanda şəkərin çox yüksəlməsi, çox təhlükəli ağırlaşma ilə-ketoasidoz adlanan ağırlaşma ilə nəticələnə bilər. Insulnə defisit olduqda qlükoza hüceyrələrə kəçə bilmir, və buna gorə enerji hasil olunmur. Bu halda orqanizm enerji kimi yağlardan istifadə edir. Yağlardan enerji hasil olunmasına insulin lazım deyil. Yağlardan enerji yarananda qana keton cisimciklər (aseton) keçir ki, buda artıq miqdarda toksik maddə kimi tə’sir edir. Asetonun və digər zərərli maddələrin yığılması xəstənin vəziyyətinin pisləşməsinə gətirir.

Ketoasidoz tədricən bir neçə günün ərzində inkişaf edir. Buna gorə xəstənin onun əlamətlərini anlamağa və onun inkişafının qarşısını almağa vaxtı olur.

Diabetik ketoasidozun əsas simptomlarına aşağıdakılar aiddir:
1. hiperqlekimiyanın bütün simptomları
2. ürək bulanması və qusma
3. dərin və tez-tez nəfəs alma
4. ağızda aseton iyi
5. yuxululuq və şüurun dolaşıqlığı

Bu simptomlar aşkarlandıqda xəstə sutkada 6-7 dəfə qanda şəkərin miqdarını təyin etməli, sidikdə asetonun olmasını yoxlamalıdır. Hər dəfə vurulan qısa müddətli insulinin dozası 10-20% artırılmalı və lazım olduqda yemək arası 2-8 vahid qisa müddətli insulin inyeksiyası əlavə olunmalıdır.
Xəstə heç bir tədbir gorməyibsə ketoasidozun novbəti mərhələsi inkişaf edir: komadan əvvəlki vəziyyət və koma. Komadan əvvəlki vəziyyətdə xəstə zəifləyir, tormozlanır, yuxusuzluq yaranır, nəbzi qəflətən tezləşir, ürəyin işində pozğunluqlar yaranır, arterial təzyiq düşür. Bu halda mütləq təcili yardım maşını çağırılmalıdır və xəstə xəstəxanaya yerləşdirilməlidir.

Yanaşı gedən xəstəliklərdə yanaşma tərzi.
Müxtəlif xəstəliklər şəkərli diabetin gedişinə ozünə məxsus təsir edə bilər. Bir çox hallarda yüksək hərarət xəstələrdə karbohidrat mübadiləsinin dekompensasıyasına ve insulinə tələbatın artmasına səbəb ola bilər. Lakin temperaturun artmaması ilə keçən ve qusma ile müşaidə olunan bəzi xəstəliklərdə insuline tələbatı azala bilər.
Diabetli xəstədə hər hansı xəstəlik yarananda o lazım olan müalicəyə başlamaq üçün mütləq həkimə müraciyət etməlidir.

Xəstəlik zamanı ozünü aparmaq qaydaları:
1.Xəstəlik vaxtı insulin terapiyanı davam etməli.
2.Qanda şəkərin miqdarını hər 2-4 saatdan bir yoxlamalı
3.Mütləq adekvat müalicə almaq lazımdır (xüsusən infeksiyalarda)
4.Qanda şəkərin miqdarından asılı olaraq və ketonuriyanın dərəcəsini nəzərə alaraq insulin dozası korreksiya olunur. Uzun müddetli insulinin dozasını dəyişməmək olar, ve onun fonunda qısa müddetli insulin dozasını ve onun vurulma miqdarını artırmaq olar.
5.Axırıncı insulin inyeksiyasından 4 saatdan tez olmamaq şərti ile qısa müddətli insulin ve ya 2 saatdan sonra Xumaloq inyeksiyası etmək olar.
6.Bol maye qəbulu.

Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır (normal həddən az). Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:
1.qıdanin buraxilması və ya karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək doza ile vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin kəskin düşməsinden yarana bilər. Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə siz ozünüzü yaxşı hiss edə bilərsiniz, çünki qlükozanın miqdarı tədricen düşüb. Lakin, əgər qlükozanın miqdarı 20 mmol/l-dən 10mmol/l-ə kəskin düşərsə, siz ozünüz də yanlış hipoqlikemiya əlamətləri hiss edə bilərsiniz.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır ki, bu zaman kənar şəxsin köməyi tələb olunur.

Yüngül hipoqlekimiyanın simptomları aşağıdakılardır:
1. aclıq hissi
2. ürək döyünmə
3. bədənin əsməsi
4. tərləmə
5. baş gicəllənmə
6. dərinin solğunluğu
7. qorxu
8. narahatlıq
9. zəiflik

Xəstə özündə yüngül hipoqlikemiyanın simptomlarını hiss edibsə, yaxşı olarki qanda şəkərin miqdarı təyin olunsun, bundan sonra tərkibində asan həl olunan karbohidratlar olan qida məhsulları yesin. Misal üçün 2-4 tikə qənd, 1 stəkan meyvə şirəsi və ya şirin çay, 1-2 çay qaşığı bal. Bununla qanda şəkərin miqdarı dərhal yüksələcək və xəstə ozünü yaxşı hiss edəcək. Bəzi hallarda hipoqlikemiya qısa müddətdən sonra yenidən təkrarlana bilər, növbəti qida qəbuluna isə xeyli vaxt var, odur ki yuxarıdaki tədbirlərdən sonra 1-2 tikə çörək yemək və ya 1 stəkan süd içmək lazımdır ki, bərpa olunan qlükozanın miqdarını saxlamaq mümkün olsun.
Fikir vermək lazımdır ki, artıq karbohidrat qebul olunmasın, çünki qanda şəkərin miqdarı həddindən çox yüksəlir. Qanda şəkərin miqdarı artırılmasa hipoqlikemiyanın simptomları güclenir ki, buda ağır hipoqlikemiyanın inkişafına səbəb olur.

Bu simptomlara aşağıdakılar aiddir:
1. fikirin dolaşıqlığı
2. pis koordinasiya
3. nitqin pozulması
4. qıc olma
5. koma

Ağır hipoqlikemiyanın qarşısını almaq üçün xəstə bir neçə ehtiyyat tədbirlərinə riayət etməlidir. Həmişə ozündə qanda şəkərin miqdarını artıran qida məhsulları olmalıdır (5-6 tikə qənd və ya hər hansı şirin içki). Ozündə həmişə şəkərli diabetlə xəstə olmağı haqqında kağız və qohumlarının, xəstəni müalicə edən həkimin ünvanları, telefon nömrələri, insulin dozası haqqında məlumat gəzdirməlidir.
Diabetin yaxşı kompensassiyasında yüngül hipoqlikemiyalar qaçılmazdır (həftədə 1-2 epizod yüngül hipoqlekimiya normal hal sayılır). Lakin əgər hipoqlekimiya gündə yaranırsa insulinin dozasını azaltmaq lazımdır.
Insulin dozasının azaltmaq qaydaları (qısa müddətli insulin qida qebulundan əvvəl, uzun müddətli-səhər və axşam):

Yaranma vaxtı
Dozanı çoxalması
Gecə və/və ya səhər yemeyindən əvvəl
Uzun müddətli insulini axşam yeməyindən əvvəl ve yuxudan əvvəl

Səhər yeməyi ilə nahar arası
Qısa və ya uzun müddətli insulini səhər yeməyinden əvvəl
Səhər ile axşam yeməyi arası
Qısa müddətli insulini nahardan əvvəl və ya Uzun müddətli insulini səhər yeməyinden əvvəl
Axşam yeməyi ilə yuxu arası
Qısa müddetli insulini axşam yemeyinden evvel

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?