Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Diabet .: Ümumi məlumat .: Fiziki hərəkətlərin şəkərli diabetdə rolu.

Fiziki hərəkətlərin şəkərli diabetdə rolu.

Qeyd etdiyimiz kimi, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Yəni bəzi qaydalara əməl etdikdə, şəkərli diabetli xəstələr adi insanlardan fərqlənmir. Qanda şəkərin miqdarı normal olduqda insan ozunu tamamilə sağlam hiss edir, diabetin simptomları özünü göstərmir, ağırlaşmalar inkişaf etmir. Beləliklə şəkərli diabetli pasientlərin əsas həyat qaydası – qanda şəkərin miqdarını normal saxlamaqdadır.

Qanda şəkərin miqdarının artması və ya azalmasına bir çox faktorlar tə’sir edir. Uyğun olmayan insulin dozaları, çoxlu miqdarda karbohidratların istifadəsi, müxtəlif xəstəliklər, kifayət etməyəcək dərəcədə fiziki aktivlik, bədən çəksinin artımı-qanda şəkərin miqdarının artmasına, ağırlaşmalara səbəb olur. Amerkanın diabetoloqlarının apardığı son tədqiqatlar göstərir ki, idmanla məşğul olan şəkərli diabetli pasientlər retinopatiya, nefropatiya, neyropatiya kimi agirlaşmaların qarşısını alırlar. Bu ağırlaşmalar artıq mövcüddursa, gündəlik idmanla məşğul olmaq, onlarin inkişafını xeyli azaldır.

Fiziki işlə məşğul olduqda karbohidratların həzm olunması ilə yaranan çoxlu miqdarda enerji istifadə olunur ki, buda qanda şəkərin miqdarının azalması ilə nəticələnir. Hələ insulin kəşf olmamış, həkimlər fiziki işlə məşğul olmaği tövsiyə edirdilər.
Axır illər şəkərli diabetli xəstələrin kəskin artımı, hipodinamiya (fiziki hərəkətin azlığı) ilə əlaqədardir. Elmi-texniki proqres nəticəsində, bir çox işlərin avtomatlaşdırılması və mexanikləşdirməsi, qəbul olunan qida ilə alınan enerjinin sərf olunmasını azaldır ki, buda piylənmənin yaranmasına səbəb olur. Yapon alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, avtomobili olan insanlarda, digərlərinə nisbətən 2ci tip diabetlə xəstələnmə daha çoxdur.
Sistematik fiziki hərəkətlər qanda lipidlərin, xolestirinin azalmasına, şəkərli diabetli xəstələrin əziyyət çəkdiyi arterial təziqin aşaği düşməsinə, qan dövranının və ürəyin işinin yaxşılaşmasına kömək edir.
Fiziki işin karbohidrat mübadiləsinə böyük tə’siri var. Intensiv fiziki hərəkətlər insulin reseptorlarının həssaslığını artırır, buda qanda şəkərin miqdarını aşaği salır və nəticədə insulinə olan tələbat azalır. Bu mexanizm tək fiziki iş zamanı yox, həmçinin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olduqca möhkəmlənir. Hətta olimpiya oyunlarında iştirak edən bəzi idmançılar şəkərli diabeltlə xəstədirlər.

Misal üçün, məhşur xokkeyçi Bobbi Xalla – 1-ci tip şəkərli diabetlə uşaqlıqdan xəstədir. Aktiv idman tə’limləri vaxtı, onun insulinə gündəlik tələbatı 6-8 vahid təşkil edirdi. Adi gündəlik dozası isə - 50-60 vahiddir.

Fiziki işin faydalı təsiri üçün, aşağıdakı qaydalara riayət etmək lazımdır:
• Qanda şəkərin miqdarı 15,0 mmol/l çox olmamalıdır.
• Düzgün qidalanma rejimi və insulinoterapiya.
• `Ozünü pis hiss etdikdə və ya xəstəlik zamanı idmanla məşğul olmaq olmaz.
• Hipoqlikemiyanın simptomlarını bilmək.
• Asan həzm olunan karbohidratlardan istifadə etmək.

Ağirlaşmalar olmadıqda şəkərli diabetli xəstə idmanın hər növu ilə məşğul ola bilər.
Məsləhət görülən idman növləri – valeybol, velosiped idmanı, qaçış, badminton, tennis, basketboldur. Qeyd etmek lazımdır ki, həddən artıq fiziki işlər və güclü emosional stresslər qanda şəkərin kəskin dəyişmələrinə, hipoqlekimiya və qanda şəkərin çoxalmasına, asetonun yaranmasına səbəb ola bilər.
Diabetə uyğun olan fiziki işləri qisa müddətli və uzun müddətliyə bölmək olar. Müxtəlif fiziki işlərdən asıli olaraq, pasientin hərəkətləri fərqlənir.

Qısa muddətli fiziki işlərə aşagıdakılar aiddir:

• 20-30 dəqiqəlik, sakit tempdə idman;
• 1 saata qədər, sakit tempdə piyada və velosiped gəzintiləri;
• Yüngül ev işləri;
• Bağda işlər
• 1 saat müddətində fulbol, xokkey, basketbol və ya üzgüçülük.
Hipoqlekimiyanın qarşısını almaq üçün qısa müddətli fiziki işlə bərabər, qidalanma rasionuna artıq karbohidratlar əlavə olunmalıdır. Adekvat qidalanma və düzgün insulin dozası üçün, fiziki hərəkətlərdən əvvəl və sonra, qanda qlükozanın miqdarı tə’yin olunmalıdır.
Fiziki hərəkətlərdən əvvəl qanda şəkərin miqdarı 7 mmol/l-dən azdırsa, 2-3 əlavə çörək vahidi qrupundan istifadə etmək lazımdır; 7-10 mmol/l arası isə-1 çörək vahidi. Siz ağır qısa müddətli fiziki hərəkətlərlə məşğul olacaqsınızsa və qanda şəkərin miqdari 7 mmol/l azdırsa 3-4 çörək vahidi , 7-10 mmol/l arası – 2-3 çörək vahidi , 10-15 mmol/l- 1-2 çörək vahidindən istifadə etmək məsləhət görülür.

Uzun müddətli fiziki işlərə aşağıdakılar aiddir:
• Bir neçə saatlıq səfər;
• Velosipədlə uzun müddətli səfər;
• Rəqslər.

Hipoqlikimiyanın qarşısını almaq üçün uzun müddətli fiziki işlə bərabər, qidalanma rasionuna çörək vahidləri əlavə olunmalıdır. Fiziki hərəkətlərə başlamamış, 30-50% insulinin dozasını azaltmaq lazımdır. Fiziki hərəkətlərdən sonra isə qanda şəkərin miqdarını yoxlamaq lazımdır.
Qanda şəkərin miqdari 5 mmol/l-dən az olduqda fiziki iş görmək məsləhət görülmür. Buna görə 2-4 çörək vahidi yemək lazımdır, 5-9 mmol/l olduqda isə – 1-2 çörək vahidi.
Hipoqlekimiyanın qarşısını almaq üçün, əgər siz planlaşdırılmamış fiziki hərəkət etmisinizsə, misal üçün avtobus dalınca qaçmısınız və ya ağır yük daşımısınızsa, onda dərhal 1 tez həzm olunan çörək vahidi yeməlisiniz. Bu halda, insulinin dozasını azaltmaq üçün siz vaxti geri qaytara bilməzsiniz.
Intensiv fiziki işlə məşğul olduqda, qanda insulinin artıqliğinda, qaraciyər qana lazım olan miqdarda karbohidrat buraxa bilmir və bununla da hipoqlekimiya inkişaf edir.
Və elə buna görə, fiziki işdən asılı olaraq, əlavə karbohidratların qəbulu və ya insulinin dozasının azalması lazımdır.
Hipoqlekimiya tək fiziki iş vaxti yox, həm də o qurtaran zamanı yarana bilər. Tədbir görmək lazımdır ki, gecə hipoqlekimiyası olmasın.
Lakin bə'zən fiziki iş qanda şəkərin miqdarını azaltmır. Ola bilər ki, fiziki iş vaxtı qanda şəkərin miqdarı artır, və hətta aseton əmələ gəlir.
Qanda şəkərin miqdarı normal olduqda, orta intensivli fiziki iş, qaraciyərlə hasil olan qlukozanın və əzələlərlə istifadə olunan qlukozanın miqdarları bərabərləşir, və qanda şəkərin miqdarı sabit qalır. Lakin, qanda insulinin çatişmamazlığı və intensiv fiziki iş nəticəsində hüceyrələr aclıq çəkirlər. Qaraciyər, hücəyrələrin ac qalması haqqında siqnal alır və qana əlavə qlukoza hasil edir. Lakin, bu qlukozada hədəfə çatmır, çünki qlükoza hüceyrələrə yalnız insulinin vasitəsi ilə çata bilər. Fiziki iş nə qədər intensiv olsa qaraciyər bir o qədər çox qana şəkər ifraz edir.
Beləliklə, qanda şəkərin miqdarı 15 mmol/l-dən çox olduqda fiziki işə başlamaq olmaz. Insulin təsiri ilə qanda şəkərin azalmasının gözləmək lazımdır.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Diabetdə qidanın tərkibi.
Müalicəvi dietalarda qida...

  10-2-2007    Baxılıb: 169   
article Fiziki iş zamanı insulinin köməyi.
Bədən tərbiyəsi, idman...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 172   
article HEYVANLARIN TƏBIƏTDƏ ROLU VƏ INSANIN HƏYATINDA ƏHƏMİYYƏTİ
Heyvanlar havada, suda, torpaqda,...

  10-21-2007    Baxılıb: 63