Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Tibb və təbabət .: Diabet .: Ümumi məlumat .: Diabetin dieta ilə müalicəsi.

Diabetin dieta ilə müalicəsi.

Diabetli xəstənin pəhrizi orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara olan fizioloji tələbatını tam düzgün ödəmək şərti ilə qurulur. Xəstənin çəkisini, fiziki aktivliyi nəzərə alınmalıdır. Düzgün təşkil olunmuş qidalanmada xəstələr çox vaxt bədən çəkisini itirmirlər və yaxşi əhval ruhiyyəni və iş qabiliyyətini saxlayırlar.
Diabetli uşaqların pəhrizində zulalların, yagların və karbohidratların fizioloji nisbətinə əməl olunması çox vacibdir ki, buda onların normal böyüməsini, fizioloji və psixoloji inkişafını təmin edir.
Bərpa olunmanı əldə etdikdən sonra, müalicəvi tədbirləri elə aparmaq lazımdır ki, onlar çəkinin normallaşmasına kömək etsin.
Diabetdə pəhrizlə müalicənin adekvatlığına nəzarət etmək üçün, axır illər bəzi qida məhsullar qruppasının ekvivalent əvəz etmə sistemi tətbiq olunur, hansıkı buda zülalların, yağların və karbohidratların miqdarına və özünə nəzarəti asanlaşdırır. Bu sistem qidalanmanı planlaşdırmagı, yəni orqanizmə lazımı miqdarda zülalların, yağların və karbohidratların daxil olmasını təmin edir.
Bütün qida məhsullarını 6 qrupa bölmək olar:
1. çörək
2. meyvələr
3. tərəvəzlər
4. süd
5. ət
6. yağ

Hər bir qrup üçün ekvivalent adlanan xüsusi vahid var.
Qida məhsullarının ekvivalent əvəz olunması:
1 stəkan süd= 1 stəkan qatıq = 1 stəkan kefir
1 stəkan çiy tərəvəz = 0,5 stəkan suda bişmiş tərəvəz.
1 orta ölçüdə alma = 0,5 stəkan giləməyvəyə (125 qram) = 1/3 stəkan təbii meyvə sokuna (80 ml).
0,5 stəkan sıyıq (3 yemək qaşığı) = 1 tikə 25 qram çörək = 1 ədəd kartof orta ölçüdə = 0,5 stəkan düyü və ya makaron
30 qram qaynadılmış və qızardırılmış ət = 1 yumurta = 30 qram pendir = 60 qr kəsmik = 45 qram (1 ədəd) sosiska = 30 qram balıq = 30 qram quş əti
1 çay qaşığı kərə yağı = 1 çay qaşığı bitki yağı = 1 çay qaşığı marqarin = 2 yemək qaşığı xama = 2 yemək qaşığı qaymaq.

Bir qrupa daxil olan qida məhsulların bir-biri ilə əvəz etmək olar, çünki onlar eyni energetik dəyərə malikdirlər. Misal üçün 1 dilim ağ çörək (25 qr) 1 kökəyə uyğun gəlir və s.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article 1-ci tip şəkərli diabetin insulin müalicəsi.
1-ci tip şəkərli diabet...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 141   
article 2-ci tip şəkərli diabetin müalicə metodları.
Şəkərli diabet termini...

  10-2-2007    Baxılıb: 226   
article Diabetin əlamətləri.
Bəzən diabet...

  10-2-2007    Baxılıb: 188