2-ci tip şəkərli diabet əvvəllər hesab olunduğu kimi diabetin yüngül forması olmamaqla yanaşı, onun da müalicəsində bir çox çatışmamazlıqlar və çətinliklər vardır. Bu tip diabeti həmdə insulindən asılı olmayan diabet adlandırırlar, beləki xəstəliyin başlanğıc etaplarında insulinin inyeksiyası tələb olunmur. 2-ci tip şəkərli diabetin müalicəsində ənənəvi olaraq dieta, individual fiziki hərəkətlər və mədəalti vəzin betta-hüceyrələrinin insulin ifrazını gücləndirən, onun sekressiyasını stimullaşdıran, qlükozanın mədədən sorulmasını ləngidən, insulinə rezistentliyi aradan göturən həblərdən biri və ya onların kombinasiyası tə'yin olunur. Lakin müəyyən müddətən sonra bir çox xəstələrdə əlavə insulin tə’yininə ehtiyac yaranır. Bu zaman diabetli xəstənin orqanizmində nə baş verir? Mübadilə prossesləri necə dəyişir? Qanda şəkərin artmasının səbəblərindən biri mədəalti vəzin betta-hüceyrələri tərəfindən insulin hasilinin çatışmamazliğıdır. Xəstəliyin əvvəlində orqanizmin toxumalarının insulinə həssaslığının azalması və onların öz insulinlərini “qəbul etməmələri” ilə əlaqədər olaraq insulinin miqdarı bir qayda olaraq artıq olur. Mədəaltı vəzi qanda dövr edən qlükozanın mənimsənilməsi üçün getdikcə daha çox insulin hasil etməyə başlayır. Lakin onun imkanları hədsiz deyildir, getdikcə betta-hüceyrələrin fəaliyyəti tükənir və həmdə qanda artıq miqdarda olan qlükoza onlara dağıdıcı tə’sir göstərir. Müəyyən müddət kəçdikdən sonra insulinin hasili azalır.
Qanda insulinin nisbi çatışmamazlıği zamanı müxtəlif orqan, toxumaların hüceyrələrinə qlükoza çox az miqdarda çatır və periferik qanda qlükozanın miqdarı artır. 2-ci tip şəkərli diabet qanda yüksəlmiş şəkərin tə’yin olunması ilə aşkarlanır. Düzgün dieta gözləməklə qanda qlükozanın normal səviyyəsini tə’min etmək mümkün olmadıqda, xəstəyə şəkəri aşağı salan həblər tə’yin olunur. Onların əsas funksiyası elə insulin miqdarını tə'min etməkdir ki, onlar orqanizmə qida ilə və onun öz ehtiyatlarından daxil olan karbohidratları həzm etməyə çatsın. Bu necə baş verir? Şəkəri aşağı salan həblər mədəaltı vəzi güclü rejimdə işləməyə “məcbur edir”, betta-hüceyrələrini həddindən artıq “işlədir”, onlardan lazım olan miqdarda insulin “sıxışdırıb” çıxardır. Aydın məsələdir ki, mədəalti vəzin bu rezervləri hədsiz deyildir və hər bir xəstədə onlar müxtəlifdir. Axır nəticədə insulin sekresiya edən hüceyrələr gücdən düşür və həblərlə müalicə qeyri-effektiv olur, insulinin tə’yini məsələsi meydana çıxır. Insulinin tə’yininə tələbat 2-ci tip şəkərli diabetli xəstələrdə müxtəlif müddətlərdən sonra meydana çıxa bilər. Bəzi xəstələrdə 30 il, bəzilərində 5 il, bəzilərində daha tez müddət tələb oluna bilər ki, onlarin şəkər aşağı salan həblərdən insulinə keçməsi lazım gələ bilər. Bunda elə bir qanuna uyğunluq yoxdur. Hər bir şey xəstənin orqanizminin vəziyyətindən, öz sağlamlığına necə yanaşmasından və xəstəliyin başlanğıcından qanda şəkərin səviyyəsinə düzgün nəzarət etməsindən asılıdır. Beləliklə həkimin bütün məsləhətlərinə dəqiq əməl etməyə, dietaya ciddi əməl edilməsinə, maksimal dozada şəkəri aşağı salan həblərin qəbuluna baxmayaraq 2-ci tip diabet xəstələrin qanında şəkərin səviyyəsi yüksək olur, xəstənin vəziyyəti pisləşir və bunun nəticəsi olaraq diabetik agirlaşmalarin inkişaf riski dəfələrlə artir. Burda köməyə insulin gəlir. Qeyd etmək lazımdır, qanda şəkərin xroniki yüksələməsi bəzi hallarda diabetə tipik olan susuzluğun və ya sutkalıq sidiyin artimi ilə müşahidə olunmaya bilər. Çox vaxt zaman keçdikcə pasiyentlər ümumi zəifliyə, əhval ruhiyənin pis olmasına, qaşınmaya, dərinin tezləşmiş irinli zədələnmələrinə, çəki azalmasının proqlresləşməsinə fikir verirlər. Ona görə də qanda müntəzəm olaraq qlukozanın tə’yininin çox böyuk əhəmiyyəti vardır. Ən vacib, vaxtında insulini köməyə çağırmaqdır. Qanda şəkər 10 mmol/l (181 mq%) yüksək olduqda diabetə nəzarət qeyri kafi hesab olunmalıdır, əgər 13 mmol/l-dən (235 mq%) yüksək olduqda bir çox diabetoloqlar hesab edir ki, insulinin alternativi yoxdur.
2-ci tip şəkərli diabetlə xəstələr insulin inyeksiyasından çox qorxurlar, bacardıqca ondan qaçmağa çalışırlar və çox vaxt onların insulin müalicəsi haqqıda təssəvürləri kəskin mənfi olur. Çox vaxt xəstələri belə müalicənin vacibliyinə inandırmaq üçün onlarla uzun müddətli söhbət etmək, onları başa salmaq lazım gəlir. Xəstənin əsas vəzifəsi bu addımın vacibliyini və problemin həllini sonraya saxlamamağı dərk etməkdir. Bu xəstələrin inyeksiya rejiminin, 1-ci tip şəkərli diabet xəstələrindəki 4-5 dəfəlik inyeksiya rejimi kimi olması vacib deyildir. Bəzən xəstələrə şəkəri aşağı salan həblərə əlavə kimi kiçik doza uzun müddətli insulinin bir və ya iki inyeksiyası bəs edir.
Insulin orqanizmdə bazal fon yaradır və buda şəkəri aşağı salan həblərin tə’siri nəticəsində orqanizmin özəl insulinininin hazırlanmasıni stimullaşır. Bəzi hallarda həblərin miqdarı 50% qədər azaldılır. Bəzən uzun müddət tə’sir göstərən “Monotard HM” insulininin yuxudan qabaq inyeksiyasi bəs edir ki, o qara ciyərin artıq qlükoza ifrazının qarşısını alsın və bunun nəticəsində səhər qanda şəkərin miqdarı normallaşsın. Bir çox şəkəri aşağı salan həblər qəbul edən 2-ci tip şəkərli diabetli xəstələrdə yeməkdən qabaq insulin inyeksiyası lazım olur. Bu o vaxt olur ki, mədəalti vəzin insulin sekretor rezervləri qida ilə qəbul edilən karbohidratları mənimsəməyə kifayət etmir. Bu zaman qısa müddətli insulin məsələn “Aktrapid HM” əsas qida qəbulundan qabaq gündə 3 dəfə tə’yin olunur. Bu imkan verir ki, qanda qlükozanın səviyyəsi tez aşağı salınsın və “toksik hiperqlikimiya qüsurlu dairəsi” aradan götürülsün. Bu zaman mədəalti vəzin özəl insulin sekresiyası yaxşılaşır, əzələ toxumasının və qara ciyərin insulinə həssaslığı artır və real olaraq insulinin dozasını azaltmaq və hətta onu tam kəsmək mümkün olur. Uzun müddətli 2-ci tip şəkərli diabetlə xəstə olan insanlarda insulin sekresiyası çatışmamazlığı çox kəskin ola bilər. Özəl insulinin tamamilə yoxluğu və onun sekresiyasının stimullaşdırılması imkanlarının tükənməsi hallarında yeganə seçim vasitəsi insulin olur. Insulinin inyeksiya rejimləri müxtəlif ola bilər. Bəzən iki uzun müddətli tə’sir göstərən insulin inyeksiyası, mübadilə kompensasiyasını tə’min edə bilər. Çox vaxt əlavə olaraq qısa tə’sirli insulinlərin əsas qida qəbullarından qabaq inyeksiyasına tələbat yaranır. Bu insulinterapiya rejimi gün ərzində qlükozanın tez-tez tə’yinini və pasientlərin diabetə nəzarətdə yaxşı vərdişlərini tələb edir. Hal hazırda çoxsaylı insulin inyeksiyalarını aradan göturmək üçün “Novo Nordisk” firması tərəfindən uzun və qısa müddətli tə’sir göstərən insulinlərin kombinasiyasından ibarət olan “Mikstard” insulin preparatları istehsal olunur və bizim ölkəmizdədə azda olsa istifadə olunur. Bunun tərkibində insulinlərin nisbəti 10, 20, 30, 40, 50 olmaqla müxtəlifdir. Bu o deməkdir ki, “Mikstard 10” insulinində 10% qısa tə’sirli insulin və 90% uzun müddətli insulin vardır. Beləliklə 10 vahid kombinə olunmuş preparatda 1 vahid qısa, 9 vahid uzun müddətli insulin vardır. Qarışıq insulinlərin tədbiqi daha çox 2-ci tip şəkərli diabetdə özünü doğruldur. Beləki qarışıq insulinlərin tədbiqi, gündə 2 dəfə - səhər və axşam yeməyindən qabaq insulin qəbul edən 2-ci tip şəkərli diabetlərdə daha məqsədə uyğundur. Hansı nisbətdə “Mikstard” insulininin xəstəyə lazım olduğunu həkim tə’yin edir.