Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Elm, tədris və Kariyera .: Elmlər .: Zoologiya .: Ümumi məlumat .: HEYVANLARIN TƏBIƏTDƏ ROLU VƏ INSANIN HƏYATINDA ƏHƏMİYYƏTİ

HEYVANLARIN TƏBIƏTDƏ ROLU VƏ INSANIN HƏYATINDA ƏHƏMİYYƏTİ

Heyvanlar havada, suda, torpaqda, bəziləri isə bitki, heyvan və insan orqanizmində yaşayır. Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri ozü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.
Heyvanlar ümumi canlılar ələminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş . heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.
Heyvanlar insanın həyətində də böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir.
Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, ərtırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.
Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar də az deyildir.
Təbiət üçün və insana faydalı olən heyvanların sayını artırmaq, qorumaq və onlarə düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün biz heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilməliyik. O da məlumdur KI, heyvaənların insan həyatında rolu zaman keçdikcə" dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış., bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.
Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəsteliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, ÖKÜZ soliteri, exinokokk və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübərizə apar
maq ücün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.
Heyvanların və bitkilərin oxşarlığı və fərqi. Heyvanlar bitkilərlə bir çox oxşarlığa malikdir. Həm heyvanlar və həm də bitkilər hüceyrəli quruluşa malikdir, hər ikisində hüceyrələr toxumaları, toxumalar isə orqanları əmələ gətirir. Heyvanlar da, bitkilər də qidalanır, tənəffüs edir, coxalır, böyüyür və inKişaf edir. Bununla bərabər, heyvanlarla bitkilər arasında mühüm fərqlər da vardır. Heyvanlar hazır üzvi maddələrlə qidalanır, əksər bitkilər isə üzvi maddələri qeyri-üzvi maddələrdən özləri hazırlayir. Bitkilərdən fərqli olaraq, əksər heyvanlarda sinir sistemi mövcüddur və heyvanlar hərəkət edir. Göstə-rilən oxşar və fərqli cəhətlərlə yanaşı, ibtidai qurulu§a malik orqanizmlərin bəzən heyvanlar aləminə, yoxsa bitkilər aləminə aid edilməsi çətinlik törədir.
Heyvanlarla bitkilər arasında olan böyük oxşarlıqlar tasadüfi olmayb, onlarn bir əcdadan inkişaf etdiklərini göstərir.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Fiziki hərəkətlərin şəkərli diabetdə rolu.
Qeyd etdiyimiz kimi, şəkərli...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 155