|
1-ci tip şəkərli diabet insulindən asılı olduğuna görə, bu qrup xəstələrdə insulinin inyeksiyası yeganə müalicə vasitəsidir. Baxmayaraq ki, insulin terapiyası insulinin fizioloji tə'sirini imitassiya edir, dəri altı insulin terapiyasına hal hazırda alternativ müalicə yoxdur. Normal şəraitdə insulin vena sisteminə daxil olur, oradan qara ciyərə keçir, təxminən yarısı burda öz aktivliyini itirir, yarısı isə periferiyada meydana çıxır. Bu o qədər sü'rətlə baş verir ki, qlikemiyanın yüksək səviyyəsi hətta yemekdən sonra belə çox qısa zamanda saxlanılır. Dəri altına yeridilən insulinin tə'siri isə başqa cür olur. O, gec olaraq qan dövranına, daha gec isə qara ciyərə daxil olur və bundan sonra uzun müddət insulinin konsentrasiyası qanda qeyri fizioloji yüksək səviyyədə qalır. Insulinterapiyanın bu çatışmamazlığı xəstələri məcbur edir ki, öz qidalanmalarına, fiziki işlərə, maddələr mübadiləsinə və qlikemiyanın səviyyəsinə tə’sir edən digər faktorlara nəzarət etsinlər. Lakin insulinterapiyanın müasir taktikası və strategiyası imkan verir ki, 1-ci tip şəkərli diabetlərin həyat tərzi, normal həyat tərzinə çox yaxın olsun. Bunu həyata kəçirmək yalnız şəkərli diabet xəstələrin öyrədilməsi ilə mümkündür. Diabet zamanı tə’lim proqramlarının tətbiqinin lazımlığı lap çoxdan qəbul edilmişdir. 80-cı illərin əvvəllərində diabetoloqlar yüksək dərəcədə təmizlənmiş insulin preparatları, insan insulini, insulin yeritmək üçün təkmilləşdirilmiş vasitələr (birdəfəlik insulin şprisləri və şpris ruçkalar), test kağızlarının köməyi ilə qlikemiya və qlükozuriyanın ekspress analiz metodlarını əldə etdilər. Gözlənilənlərin əksinə olaraq bunların tətbiqi öz-özunə karbohidrat mübadiləsinin davamlı kompensasiyasına və gecikmiş ağırlaşmaların azalmasına gətirib çıxarmadı. Mütəxəssislər xəstənin özünü diabetə və onun müalicəsinə aktiv nəzarətə cəlb etməklə bu mürəkkəb xroniki xəstəliyi effektiv idarə etməyə imkan verən yeni yanaşmanın lazımlığı rəyinə gəldilər. Hal hazırda terapevtik öyrətmə termini ümümdünya səhiyyə təşkilatı tərəfindən rəsmi olaraq qəbul olunmuş və bu, şəkərli diabetin hər hansı tipinin müalicəsinin vacib və ayrılmaz hissəsidir. 1-ci tip şəkərli diabetə gəldikdə isə, bu hər şeydən əvvəl onu bildirir ki, xəstə çox savadlı insulinoterapevt olmalıdır. Insulinterapiya birinci tip xəstələrin ümuni qəbul olunmuş strategiyasıdır.
1-ci tip şəkərli diabetli xəstələrin hamı tərəfindən qəbul edilmiş müalicə strategiyası intensiv insulinterapiyadır. Intensiv insulinterapiya dedikdə, beta hüceyrələr tərəfindən insulinin fizioloji sekressiyasını imitassiya edən çoxsaylı insulin inyeksiyası rejimi başa düşülür. Aydındır ki, fizioloji şəraitdə insulinin bazal sekresiyası fasiləsiz olaraq baş verir və (qida qəbulundan asılı olmayaraq, o cümlədən gecədə) hər saatda bir vahid təşkil edir. Fiziki iş vaxtı insulinin sekresiyası normada əhəmiyyətli azalır. Qidalanma vaxtı qlikemiyanı normada saxlamaq üçün əlavə olaraq əhəmiyyətli miqdarda insulin sekressiyası tələb olunur (hər 10q karbohidrata 1-2 vahid). Insulin sekressiyasının bu mürəkkəb kinetikasını, nisbi daimi bazal və qidalanma ilə əlaqədər variassiya edən səviyyəsini aşağıdakı qaydada imitassiya etmək olar: qida qəbulundan qabaq xəstə qısa muddətli insulin inyeksiyası yeridir, bazal insulinemiya isə uzun müddəlti insulin inyeksiyası ilə saxlanılır. Belə insulinterapiya metoduna həmçinin bazis-bolius insulinterapiya deyilir.
Intensiv insulinterapiya fizioloji şəraitə nə qədər yaxınlaşsada yaddan çıxarmaq lazım deyil ki, dəri altına yeridilən sadə insulin heç də insulinin alimentar sekresiyasının fizioloji kinetikasına dəqiq uyğun gəlmir. Bu insulinterapiya həm də tələb edir ki, xəstə hər gün bir nəçə dəfə qanda qlükozanı tə’yin etsin və bunu insulin dozasını seçərkən nəzərə alsın. Bir qayda olaraq qısa müddətli insulin inyeksiyası sutkada 3 dəfə yəməkdən qabaq, bəzən daha çox edilir. Insulinə bazal tələbat çox vaxt uzun müddətli iki insulin inyeksiyası ilə təmin edilir. Instensiv insulinterapiyanın ən çox rast gələn sxemi aşağıdakı inyeksiya kombinasiyalarından ibarətdir:
Səhər (səhər yeməyindən qabaq) qısa və uzun müddətli təsir edən insulinin inyeksiyası Günorta (nahardan əvvəl) qısa təsir göstərən insulinin inyeksiyası Axşam (şamdan əvvəl) qısa təsirli insulinin inyeksiyası Gecə, yuxudan əvvəl uzun müddətli insulinin inyeksiyası
Bu sxem baza sxemi sayılır, hər xəstə üçün o bəzi dəyişikliklərə mə’ruz qala bilər: qısa müddətli insulinin miqdarı hər hansı bir şəraitdən asılı olaraq (misal üçün əlavə qida qəbulu, qəfil qanda şəkərin yüksəlməsi, xəstəliklər) çox və ya az ola bilər. Insulinin dozasından danışdıqda, demək olmaz ki, həmişəlik dəyişilməz qaydada vurulmalıdır. O, xəstənin həyat tərzindən asılı olaraq tez-tez dəyişilə bilər. Buna görə teoretik olaraq, qabaqcadan konkret xəstə üçün doza hesablamağın mənası yoxdur (1kq bədən çəkisinə görə sutkalıq doza, gündüz və gecə tələbatı, insulinin bazal və prandial nisbətinə görə), bunlar yalnız orta statistik miqdarlardır. Insulinin dozasının düzgün tə’yin etməyə imkan verən yeganə kriteriya, xəstənin özü tərəfindən ölçülən qlikemiyanın ölçüləridir. Uzun müddətli insulinin dozasını tə'yin etməklə nəzərə almaq lazımdır ki, insulinin tə’sir profili, onun dozasının miqdarından asılıdır. Belə ki kiçik doza böyük dozaya nisbətən daha qisa müddətdə tə'sirlidir. Bu elə bir situasiyaya gətirib çıxara bilər ki, uzun müddətli insulinin səhər vurulan kiçik dozası şam yeməyinə qədər lazım olan bazal insulinemiyanı təmin edə bilməsin və bu axşama yaxın qlükozanı qanda artıra bilər. Belə hallarda ya axşam yeməyi vaxtı əlavə olaraq qısa müddətli insulin inyeksiyası etmək, ya da nahar vaxtı lazımı dozada uzun müddətli insulin qəbul olunmalıdır. Beləliklə bəzən uzun müddətli insulinin inyeksiyası üç dəfə tələb olunur ki, buda getdikcə daha çox rast gəlinir. Indi daha çox insan insulinindən hazırlanmış preparatlar yayılıb. Bununla barabər uzun müddətli sink-insulinlərdən fərqli olaraq NPX-insulinlərindən istifadə etmək daha əlverişlidir. Beləki, onları qısa müddətli insulinlərlə eyni şprisdə qarışdırıb istifadə etmək olar. Intensiv insulinterapiya sahəsinin sonuncu nailiyyətlərindən danışdıqda, xüsusi olaraq qısa müddətli insan insulini analoqları və ya ultra qısa tə'sirli insulinləri qeyd etmək lazımdır. Beləki sadə insulinlərin dərialtı inyeksiyaları zamanı onun tə'siri 30-40 dəqiqədən sonra başlayır, qanda isə konsentrasiyası ən yüksək həddə daha gec (2-4 saatdan sonra) çatır və belə yüksək halda bir qədər uzun müddət qalır (tə’sir müddəti 6-8 saat). Mədəaltı vəzin normal insulin sekresiyası isə daha qısa müddətli və daha operativ tə’sir göstərir. Müalicənin bu çatışmamazlığını minimuma endirmək üçün qısa müddətli insan insulinininin dərialtı inyeksiyasıni yeməkdən 30 dəq. qabaq etmək və yemək arası əlavə yüngül qəlyanaltı məsləhət görülür. Bu isə xəstələrdə, xüsusilə də aktiv həyat tərzi kəçirənlərdə narahatçılıq yarada bilər. Insan insulinlərinin molekullarının strukturunu dəyişdirməklə yeni keyfiyyətlərə malik analoqlar almaq olar. Bu analoqlar dərialtina yedirdikdən sonra daha tez sorulur və tə’sirə başlayır (0-15 dəqiqə), ən yüksək tə’siri daha təz yaranır (45-60 dəqiqə) və adi insulinə nisbətən tə’sir müddəti daha qısa olur (3-4 saat). Belə insulinin tə’sir profili xəstələrə gün rejimində, qidalanmasında, fiziki aktivliyində daha böyük manevrliyə imkan verir. Hal hazırda təkzib edilməz sürətdə sübut olunmuşdur ki, şəkərli diabetin gecikmiş ağirlaşmalarının qarşısını almaq üçün ən vacib şərt qlikemiyanın daim normaya yaxın səviyyədə saxlanmasını təmin etməkdir. 1-ci tip şəkərli diabetdə buna yalnız intensiv insulinterapiya vasitəsi ilə nail olmaq olar. Ilk baxişda intensiv insulinoterapiya xəstələr üçün əziyyətli gəlir. Lakin axir nəticədə onun hesabına xəstələrin həyat səviyyəsi yüksəlir. Onlar sərbəst sü'rətdə yeməyin tərkibini və qəbul etmə vaxtını dəyişə bilirlər. Qısa tə’sirli insulini qidadan qabaq inyeksiya edərkən onlar hal hazirki zamanda qlikemiyanın səviyyəsini nəzərə alaraq və planlaşdırılmış karbohidrat miqdarından (hansıkı onun miqdarını istədiyi kimi dəyişə bilər) asılı olaraq lazım olan insulin dozasını tə’yin etməyi öyrənirlər. Intensiv insulinterapiya şəkərli diabet 1-ci tipin müalicəsinin digər vacib komponentləri; maddələr mübadiləsinə nəzarəti, dietanın liberallaşdırılması, fiziki aktivliyin və öyrənmənin nəzərə alınması ilə bir yerdə kompleks tətbiq olunmalıdır. Bir çox xəstələr intensiv insulinterapiyanın üstünlüklərini bilmir və buna görə ona keçmirlər. Bu nöqteyi nəzərdən diabetli xəstələrin öyrədilməsi və diabet məktəbləri daha effektli olan bu müalicə metodunun tətbiqində əsas rol oynamalıdırlar.
|
|
Məqalə
|
303
|
|
Yazılma tarixi
|
10-2-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|