Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Tarixi .: Tarixi sənədlər .: Avropa Şurası Parlament Assambleyasının 1690 nömrəli tövsiyəsi, 2005 il (AŞPA)

Avropa Şurası Parlament Assambleyasının 1690 nömrəli tövsiyəsi, 2005 il (AŞPA)

İlkin nəşr

ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə

1690 (2005) saylı tövsiyə (1)

--------------------------------------------------------------------------------

1. Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:


ı. xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırsın;


ıı. Azərbaycan və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitorinqini aparsın və monitorinqin nəticələri barədə Assambleyaya hesabat versin;

ııı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişənin dinc yolla həll olunması üçün üzv dövlətlər tərəfindən göstərilən səylər barədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinin ziddinə olaraq üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinib-çəkinməmələri də öz əksini tapsın;


ıv. Dağlıq Qarabağ münaqişəsi haqqında özünün 1251 (1994) saylı tövsiyəsini xatırladaraq, Azərbaycan və Ermənistanın istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdirilməsinə köməklik məqsədilə ekspertləri onların sərəncamına versin;


v. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vəsait ayırsın;


vı. hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışıq məqsədi güdən xüsusi treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;


vıı. xüsusilə təhsil müəssisələri və ictimai KİV-ə dair İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vəsait ayırsın;


vııı. Səlahiyyətli rəhbər komitələri təlimatlandırsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasında münaqişələrin aradan qaldırılmasının müasir tələblərini nə dərəcədə əks etdirməsi və Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh yolu ilə həll olunması üçün adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin edilməsi ilə bağlı təhlil aparsın;


ıx. iki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) saylı qətnaməni nəzərə alsın;


x. 1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli və beynəlxalq səviyyədə dəstəklənməsi məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.

--------------------------------------------------------------------------------

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).



Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli Qətnaməsi, 2005 il (AŞPA)
İlkin nəşr ATƏT-in Minsk...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 45   
article 1-ci tip şəkərli diabetlər üçün məsləhətlər. IAŞD-lər üçün tövsiyələr.
Insulin qəbul edən...

(Səs verilməyib)  10-2-2007    Baxılıb: 94   
article Analar və qadınlar üçün tövsiyələr
Həmiləlik zamanı...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 289