Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Tarixi .: Tarixi sənədlər .: ATƏT Lissabon Sammiti 1996-cı il

ATƏT Lissabon Sammiti 1996-cı il

AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATI
1996-cı il SAMMİTİ LİSSABON 2-3 dekabr 1996-cı il

ATƏT-in FƏALİYYƏTDƏ OLAN SƏDRİNİN BƏYANATI

Hamınıza məlumdur ki, son iki ildə Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tənzimlənməsi məsələlərində heç bir irəlləyiş əldə edilməmişdir. Mən təəssüflə bildirirəm ki, tənzimlənmə barədə tərəflərin mövqelərinin razılaşdırılması üçün Minsk Konfransının Həmsədrinin bütün səyləri nəticəsiz olmuşdur.
Minsk Qrupunun Həmsədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün əsasa çevrilməli olan üç prinsip tövsiyə etmişdir. Həmin prinsiplər Minsk Qrupunun üzvü olan bütün dövlətlər tərəfindən dəstəklənmişdir. Bu prinsiplər aşağıdakılardır:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət dərəcəsi verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilir;

- Dağlıq Qrabağın və onun bütün əhalisinin zəmanətli təhlükəsizliyi, o cümlədən, tənzimlənmənin şərtlərinə bütün tərəflərin riayət etməsinin təmin olunmasına dair qarşılıqlı öhdəliklər.

Təsüflənirəm ki, Dövlətlərdən biri bu prinsipi qəbul edə bilməmişdir. Qalan iştirakçı dövlətlərin hamısı bu prinsipləri dəstəkləmişdir.

Bu bəyanat Lissabon Sammitinin sənədlərinə daxil edilmişdir.



Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article ATƏT Budapeşt Sammiti 1994-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
AVROPADA TƏHLÜKƏSİZLİK...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 92