Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Tarixi .: Tarixi sənədlər .: ATƏT Budapeşt Sammiti 1994-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi

ATƏT Budapeşt Sammiti 1994-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi

AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ MÜŞAVIRƏSI
1994-cü il BUDAPEŞT SAMMİTİ

BUDAPEŞT
5-6 dekabr 1994-cü il
1994-cü il BUDAPEŞT SƏNƏDİ
YENİ DÖVRDƏ ƏSL TƏRƏFDAŞLIQ YOLUNDA
BUDAPEŞT QƏRARLARI

II
REGİONAL MƏSƏLƏLƏR
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi

1. İştirakçı dövlətlər münaqişənin davam etməsi və onun insanlar üçün faciəli nəticələr doğurması ilə əlaqədar təsüfləndiklərini bildirməklə, Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə qarşılıqlı əlaqəli şəkildə göstərdiyi vasitəçilik səyləri sayəsində 1994-cü ilin mayın 12-də münaqişə tərəfləri arasında atəşkəs barədə razılaşmanın təsdiq edilməsini alqışlamışlar. Onlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müqafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etmiş və Təhlükəsizlik Şurası tərəfindən ATƏM-in səylərinin siyasi cəhətdən dəstəklənməsini alqışlamışlar. Bu məqsədlə onlar münaqişə tərəflərini məsələnin mahiyyəti barədə daha intensiv danışıqlara, o cümlədən birbaşa kontaktlara başlamağa çağırmışlar. Onlar ATƏM-in bu kontekstdə göstərdiyi səyləri və onun dəstəyini qətiyyətlə artırmaq niyyətində olduqlarını bildirmişlər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini qətiyyətlə dəstəkləmiş, Rusiya Federasiyasının həlledici töhfələrinə və Minsk Qrupunun digər üzvlərinin fərdi xidmətlərinə görə minnətdarlığını bildirmişlər. Onlar bütün bu cür səyləri ATƏM çərçivəsində əlaqələndirmək və birləşdirmək barədə razılığa gəlmişlər.
2. Bu məqsədlə onlar fəaliyyətdə olan Sədrə iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tezliklə Minsk Konfransının həmsədrlərinə təsir göstərməyi tapşırmışlar ki, danışıqlar üçün vahid və razılaşdırılmış baza yaradılsın, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam kordinasiyası təmin edilsin. Bu həmsədrlər danışıqlarda özlərinin bütün səylərində ATƏM-in prinsiplərini və razılaşdırılmış mandatı rəhbər tutaraq, Minsk Qrupunun görüşlərində birgə sədrlik edəcək və fəaliyyətdə olan Sədrə birgə məruzə edəcəklər. Onlar öz işlərinin gedişi barədə Daimi Şuraya müntəzəm məlumat verəcəklər.

3. Bu səylər çərçivəsində ilk addım kimi onlar Minsk Konfransının həmsədrlərinə tapşırmışdılar ki, Rusiya Federasiyasının və Minsk Qrupunun digər ayrı-ayrı üzvlərinin dəstəyi sayəsində və onlarla əməkdaşlıq şəraitində atəşkəs barədə mövcud razılaşmaya bundan sonra da riayət olunmasına kömək etmək məqsədilə addımlar atılsın və vasitəçlik fəaliyyətinin gedişində əvvəllər əldə edilmiş tərəqqiyə əsaslanaraq, silahlı münaqişənin dayandırılması barədə siyasi saziş bağlanması məqsədilə əməli danışıqlar aparmaq, bu danışıqların həyata heçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldıracaq və Minsk Konfransını çağırmağa imkan verəcəkdir. Daha sonra, onlar Minsk Konfransının həmsədirlərindən xahiş etmişdilər ki, etimadın, xüsusən humanitar sahədə gücləndirilməsi ilə bağlı tədbirlərin bundan snora da həyata keçirilməsi istiqamətində birgə işlərini davam etdirsindər. Onlar həm də bu rayonun əhalisinə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların müvafiq tədbirlərinin həyata keçirilməsi, rayonun sakinlərinə humanitar yardım göstəriləməsi, qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqət yetirilməsinin zəruri olmasını vurğulamışlar.

4. Onlar razılaşmışlar ki, münaqişə tərəflərinin baxışlarında müvafiq olaraq yuxarıda göstərilən sazişir əldə edilməsi həmin sazişir həyata keçiriləməsinin ən mühüm elementi kimi sülhün qorunub saxlanması ilə bağlı çoxmillətli qüvvələr yerləşdirməyə imkan verərdi. Onlar bildirmişlər ki, BMT-nin müvafiq qətnaməsi qəbul edilərkən silahlı münaqişəyə son qoyulması barədə tərəflər arasındakı razılaşma əldə ediləndən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çox millətli qüvvələrini təqdim etməyə siyasi cəhətdən hazırdırlar. Onlar hazırkı sədrə təklif etmişdirlər ki, 1992-ci il Helsinki sənədinin III fəslinin müddəaları əsasında və BMT-nin nizamnaməsinə tam müvafiq olaraq təşkil edilə biləcək bu cür qüvvələrin yaradılması, onların tərkibi və fəaliyyəti ilə bağlı planın mümkün qədər qısa müddətdə işlənib hazırlanması təmin edilsin. Fəaliyyətdə olan sədr bu işdə Minsk konfransının həmsədirlərinin köməyinə və Minsk qrupunun köməyinə, eləcə də baş katib tərəfindən dəstək alacağına inanır. Müvafiq məsləhətləşmələr aparıldıqdan sonra həmsədr başqa məsələlərlə yanaşı bu qüvvələrin miqdarı və xarakteristikaları, onlara komandanlıq və onların idarə edilməsi, maddi-texniki təminat, müvafiq bölmələrin və resursların paylanması, qüvvələri təqdim edən dövlətlərlə razılaşmalar və qüvvələrdən istifadə edilməsi qaydaları barədə tövsiyyələn hazırlanması üçün Viyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradılacaqdır. O, BMT-nin texniki ekspert və məsləhət yardımı təqdim etməyə hazır olmasını ifadə etməsi ilə əlaqədar kömək üçün ona müraciət edəcəkdir.

5.1992-ci il Helsinki sənədinin III fəslinin müvafiq müddəaları və bu cür hazırlıq işi əsasında tərəflər arasında razılaşma əldə ediləndən və Minsk kofransının həmsədrləri vasitəsi ilə fəaliyyətdə olan sədrə rəsmi xahiş göndəriləndən sonra daimi şura ATƏM-in sülhün dəstəklənməsi ilə bağlı əməliyyatının keçirilməsi barədə qərar qəbul edəcəkdir.



Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article ATƏT Helsinki 1992-ci il - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
AVROPADA TƏHLÜKƏSİZLİK...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 91   
article ATƏT Lissabon Sammiti 1996-cı il
AVROPADA TƏHLÜKƏSİZLİK...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 98   
article Təbii işsizlik və onun müəyyən edilməsi
Müəllif: Fərid Paşayev...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 118