AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ MÜŞAVIRƏSI ŞURANIN BİRİNCİ ƏLAVƏ GÖRÜŞÜ
Helsinki
mart 1992-ci il
Nəticələrin xülasəsi
II
3. Nazirlər Dağlıq Qarabağda və onun ətrafında davam etməkdə olan, dinc əhali arasında insan tələfatının artması və insanların əziyyətinin artması ilə nəticələnən silahlı münaqişənin miqyasının artması ilə əlaqədar ciddi narahat olduqlarını bildirmişlər. Onlar münaqişəyə xitam verilməsinin yollarını və vasitələrini geniş müzakirə etmiş, münaqişənin davam etməsinin və daha da genişlənməsinin regional və Beynəlxalq təhlükəsizlik üçün doöura biləcəyi nəticələri xatırlamışlar. Onlar bütün tərəfləri təmkin göstərməyə çağınmışlar.
4. Nazirlər ən qətiyyətli şəkildə atəşkəsin dərhal və səmərəli şəkildə həyata keçirməyə, bu işdə yerlərdəki məsul komandirlərin fəal iştirakına çağırmışlar. Onlar Etimad şraitinin və kostruktiv daloq üçün şəraitin bərpa edilməsinə, o cümlədən iqtisadi və siyasi təzyiq tədbirlərinə son qoymağa çağırmışlar.
5. Nazirlər ATƏM çərçivəsində cair fəaliyyəti təhlil etmiş və yüksək vəzifəli şəxslər komitəsi tərəfindən həyata keçirilən qərarları bütölükdə bəyənmişlər. Onlar ATƏM-in hazırkı sədrinin bu istiqamətdə atdığı addımlarına görə ona minnətdarlıqlarını bildirmiş və zəruri hallarda ona hər cür kömək göstərməyə hazır olduqlarını vurğulamışlar.
6. Nazirlər Avropa birliyi və onun üzvü olan dövlətlər tərəfindən, müstəqiq dövlətlər birliyinin üzvü olan dövlətlər tərəfindən, şimali atlantika əməkdaşlıq şurasının üzvüləri tərfindən göstərilən, bir-birini qarşılıqlı tamamlıyan səyləri, o cümlədən BMT-nin baş katibinin göstərdiyi səyləri alqışlamışlar.
Onlar ATƏM-in fəaliyyətdə olan sədrindən xahiş etmişlər ki, bu məsələdə BMT ilə sıx əlaqə saxlanılsın və müntəzəm informasiya mübadiləsi təşkil edilsin. Nazirlər razılaşmışlar ki, ATƏM bu münaqişə ilə əlaqədar sülh prosesinin inkişafı məsələsində mühüm rol oynamalıdır. Onlar razılaşmışlar ki, Dağlıq Qarabağda və onun ətrafında yaranmış vəziyyət ATƏM tərəfindən əlavə tədbirlər görülməsini tələb edir.
7. Nazirlər ATƏM-in Nazirlər Şurasının fəaliyyətdə olan sədri cənab İrji Dinstbirə tapşırmışlar ki, atəşkəs əldə edilməsinə və səmərəli atəşkəsin qorunub saxlanmasına, eləcə də ümumi əhatəli dinc tənzimləmə üçün hüdudların yaradılmasına kömək etmək üçün ən yaxın vaxtda bu regiona getsin.
8. Nazirlər qəti əmin olduqlarını bildirmişlər ki, ATƏM-in himayəsi altında Dağlıq Qarabağ məsələsinə dair konfrans keçirilməsi böhranın dirc yolla, ATƏM-in prinsipləri, öhtəlikləri və qaydaları əsasında tənzimlənməsi məqsədilə danışıqlar aparılması üçün daimi fəaliyyətdə olan form yaradılmasını təmin edəcəkdir. Bununla əlaqədar Nazirlə ATƏM-in Nazirlə Şurasının hazırkı sədrindən xahiş etmişlər ki, elə bir konfrans mümkün ədər tezliklə çağırılsın.
9. Bundan əlavə, nazirlər razılaşmışlar ki, Minskdə keçiriləcək həmin konfransın iştirakçıları Ermənistan, Azərbaycan, Belarus, Çexiya və Slovakiya federativ Respublikası, Fransa, Almaniya, İtaliya, Rusiya federasiyası, İsveç, Türkiyə və Amerika Birləşmiş Ştatları olacaqdır. Seçilmiş nümayəndələri və Dağlıq Qarabağın digər nümayəndələrini konfransa onun sədri tərəfindən, konfransda iştirak edən dövlətlərlə məsləşətləşmələrdən sonra bu işdə marağı olan tərəflər kimi dəvət ediləcəkdir.
10. Nazirlər ATƏM-in iştirakçısı olan bütün dövlətləri və bütün əlaqədar tərəfləri təkidlə buna çağırmışlar ki, humanitar yardıma ehtiyacı olan hər bir kəsə çevik və səmərəli vasitələrdən, o cümlədən beynəlxalq nəzarət altında təhlükəsizlik dəhlizlərindən istifadə etməklə bütün zəruri addınmlar atılsın.
11. Nazirlər Ermənistanın və Azərbaycanın ATƏM-in fəaliyyətdə olan sədrinin bu regiondakı missiyasını, eləcə də barəsində ATƏM-in şurasının razılığı əldə edilmiş başqa tədbirləri tam dəstəkləmək öhtəliklərini nəzərə almışlar və möhkəm dinc tənzimləməyə nail olmaq məqsədilə bu ölkələrin hər ikisini həmin öhdəliyi fəal yerinə yetirməyə çağırmışlar.