Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mikayıl Müşfiq .: Şerlər (1928-1930) .: 28 APREL

28 APREL

Mən əzilən bir sinifin hayqıran,

Haq bağıran sədasından yarandım.

Ölümlərin pəncəsində hıçqıran

Məzlumların nəvasından yarandım.

İnsan oğlu, uzaqlaşma, gəl yaxın;

Başqa yoldan alınmasın sorağın.

Bir günəşin, bir məsləkin, bir aşqın

Ən həqiqi mənasından yarandım.

 

Yeni eşqi, yeni zövqü yaratan,

Yeni dünya qurmaq üçün can atan,

Yeni sazın tellərini çınlatan

Beynəlmiləl havasından yarandım.

Məlumatlar http://mikayilmushfiq.azeriblog.com saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may - 1920-ci il aprel)
AZƏRBAYCAN XALQ...

  10-1-2007    Baxılıb: 568