Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Din .: İslam .: Hədislər

Hədislər

Hədis:       Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və.s mənaları ifadə edir. İstilahi mənada isə - Peyğəmbərə (s.ə.s) istinad edilən kəlmə, ya hərəkət, ya təsdiq etmə ya da sifət hədis adlanır

   
İslam və ibadətlə əlaqəli seçilmiş hədislər
   İmanla əlaqəli seçilmiş hədislər
   Namazla əlaqədar seçilmiş hədislər
   Oruca aid seçilmiş hədislər
   Zəkat və həccə aid seçilmiş hədislər
   Səhabələrə dair seçilmiş hədislər
   Dua və tövbə ilə əlaqədar seçilmiş hədislər
   Halal və haramla əlaqədar seçilmiş hədislər
   Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər
   Elm haqqında seçmə hədislər
   Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər
   Ata ana və qonşu haqqında seçmə hədislər
   Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər
   Sədəqə və borc vermə haqqında seçmə hədislər
   Fitnə və fəsad haqqında seçmə hədislər
   Qohum əqrəba haqqında seçmə hədislər
   Əmanət, sidq, ədalət və zülmə aid seçmə hədislər
   Ticarət hiylə və rüşvətə aid seçmə hədislər
   Ədəb, həya və doğruluğa aid seçmə hədislər
   Çalışmaq, tənbəllik, israf və təsərrüfə aid seçmə hədislər
   Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər
   Kibir, təvazökarlıq, yumşaqlıq, comərdlik, xəsislik, həsəd, suı-zənn, tamah və dilin bəlalarına aid seçmə hədislər
   Sünnə ilə əlaqəli seçilmiş hədislər
   Müxtəlif mövzulara dair seçilmiş hədislər

İslam və ibadətlə əlaqəli seçilmiş hədislər

•  İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan orucunu tutmaq» «Səhihul Buxari, 8» «Səhih Muslim, 16»

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunur: Rəsulullah buyurdu: “Ehsan; Allaha, onu görərcəsinə ibadət etməndir. Hər nə qədər onu görməsən də o səni mütləq görür.” (Səhihi-Buxari, Kitrabul-İman, c. İ, səh. 18; Səhihi-Müslim, Kitabul-İman, Hədis ¹ 1, 5)

•  Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur: “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana və ataya yaxşılıq etməkdir” buyurdu. Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Müslim Kitabul-İslam, 137)

•  Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür» «Buõarinin Səhih əsəri, 1» «Səhih Muslim, 4904-cü hədis»

•  Əbu Hureyrə (r.a.) rəvayət edir ki, mən Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: «Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəõş etdiyi nemətlər haqqında õəbər verib deəyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək:"Sənin yolunda vuruşub şəhid olmuşam". Allah da ona deyəyəcək ki; Yalan deyirsən, sənə "qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoõlu Quran oõumuş bir şəõs Allahın hüzuruna gətiriləcək və Allah ona bəõş etdiyi nemətlər haqqında õəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin õatirinə elm öyərənib onu insanlara öyrətmişəm və Quran oõumuşam". Allah da ona deyəcək ki;"Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə "qaridir" (gözəl Quran oõuyan) deyilsin deyə Quran oõumusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən çoõlu var-dövlət verilmiş bir şəõs Onun hüzuruna gətiriləcək və"Allah ona bəõş etdiyi nemətlər haqqında õəbər verib deyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Var-dövlətimi Sənin õatirinə, Sənin istədiyin yerlərə sərf etmişəm". Allah da ona deəyəcək ki;"Yalan deyirsən, sənə "necə səõavətli insandır" deyilsin deyə var-dövlətini sərf etmisən və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq» «Muslimin Səhih əsəri 4900-cu hədis»

•  Əbu Hüreyrənin (r.) belə dediyi rəvayət olunub : Allahın elçisi (s.ə.s) dedi: «Uca Allah dedi: "Mən şərikə ən ehtiyacı olmayan şərikəm. Kim bir iş görərkən o işdə Mənə bir başqasını şərik etsə, onu özünü Mənə şərik qoşduğu ilə birlikdə qoyub tərk edərəm"» «Muslim səhih, 4/2289 2985»

•  Muaz bin Cəbəl (r.a.) rəvayət edir ki, mən Peyğəmbər (s.ə.s) birgə onun uzunqulağının tərkində olarkən o mənə dedi: «Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzərində və bəndələrin də Allah üzərində olan haqqı nədir?» Mən dedim: «Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Allahın bəndələr üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik qoşmayana əzab verməməsidir!» Mən dedim: «Ey Allahın elçisi, insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə ki, arxayınlaşmasınlar!» «Səhihul Buxari, 128» «Səhih Muslim, 30»

•  Peyğəmbər (s.ə.s) Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona belə demişdir: «Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "Əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə õəbər ver ki, Allah onlara gün ərzində beş vaõt namaz qılmaqlarını fərz (Hər bir müsəlmana vacib olan əməl) buyurmuşdur. Buna da itaət edərlərsə, o qövmə õəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə məzlumun duasından qorõ! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoõdur» «Buxarinin Səhih əsəri, 1395» «Muslimin Səhih əsəri, 121»

•  Əbu Hüreyrədən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən biriniz İslamını gözəlləşdirərsə, etdiyi hər yaxşılıq onun üçün on mislindən yeddi yüz mislinə qədər (artırılaraq) yazılır. Etdiyi hər pislik isə eyniylə yazılır.” (Səhihi-Buxari, Kitabul-İman, c.İ, səh. 16)

•  Ənəs ibn Malikdən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Ölən kimsəni üç şey təqib edər. İkisi geri dönər, birisi onunla qalacaqdır. Onu əhli, malı və əməli təqib edər. Əhli və malı geri dönər, əməli isə onunla qalacaqdır” (Səhihi-Buxari, Kitrabur-Riqaq, c. VII, səh.193; Səhihi-Müslim, Kitabuz-Zühd, Hədis ¹5)

•  Ayişə (r.anha)dan rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Allaha ən sevimli əməl hansıdır?” deyə soruşulanda, Allah Rəsulu (s.ə.s): “Az da olsa davamlı olanıdır” buyurdu. (Səhihi-Buxari, Kitabur-Riqaq c. VII, səh.182; Səhihi-Müslim, Kitabu Salatil-Müsafirin, Hədis ¹ 216).

•  Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis ¹ 1)

•  Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz” (Səhihi-Müslim, Kitabut-Təharə, Hədis ¹ 224)


•  Əbu Cəmrə (r.a) rəvayət olunur: Rəsulullah (s.ə.s) belə soruşdu: “Bilirsinizmi, bir olan Allaha iman etmək nə deməkdir?” Oradakılar belə cavab verdilər: “Allah və Rəsulu daha yaxşı bilər”. Rəsulullah (s.ə.s) belə dedi: “Allahdan başqa ilah olmadığına və Mühəmmədin Rəsulullah olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və qənimətin beşdə birini vermənizdir.” (Səhihi-Buxari, Kitabul-İman, c. I, səh.19)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Üç şey (xüsusiyyət) kimdə olarsa, o, imanın şirinliyini dadmış olar: Allah və Rəsulu ona başqalarından daha çox sevimli olmaq, sevdiklərini yalnız Allah üçün sevmək, Allah onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ¹ 56.)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Heç biriniz; məni, özünə uşağından, atasından və bütün insanlardan daha sevimli qəbul etmədikcə iman etmiş sayılmaz.” (Səhihi-Buxari, Kitabul-İman, c. 1, səh.9; Səhihi-Müslim, Kitabul-İman, 70)

•  Abbas ibn Əbdülmüttəlib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Allahı Rəbb, İslamı din və Muhəmmədi rəsul qəbul edən adam, imanın dadını dadmışdır.” (Səhihi-Müslim, Kitabül-İman, Hədis ¹56 )

•  Əbu Hüreyrə (r.a), rəvayət edir ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş ola bilməzsiniz.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ¹ 93)

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir, həya da imanın şöbəsindəndir» «Səhih əl-Buxari İman kitabı, 1/9 səh.67»


•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Sizdən birinizin qapısının önündən bir çay axsa və o da bu çayda hər gün beş dəfə yuyunsa, üzərində kirdən bir şey qalarmı?” deyə soruşdu. Ətrafındakılar; “Xeyr, heç bir kir qalmaz” dedilər. Rəsulullah (s.ə.s) da belə buyurdu: “Elə bu, beş vaxt namaza bir misaldır. Allah (cc) bu namaz səbəbiylə xətaları yox edər” (Səhihi-Buxari, Kitabu Məvakitis-Salat, c.İ, səh.134; Səhihi-Müslim, Kitabul Məsacid ¹ 283)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Bir kəs evində gözəlcə təmizlənir və sonra, Allahın fərzlərindən birini yerinə yetirmək məqsədilə Allahın evlərindən (məscidlərindən) birinə gedərsə, atdığı hər iki addımdan biri bir günahını silər, digəri də onu bir dərəcə (onun bir dərəcəsini) yüksəldər.” (Səhihul-Müslim, Kitabul-Məsacid, Hədis ¹282)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : Kim, (namaz üçün) məscidə gedib gələrsə, hər gedib gəldiyində Allah Təala ona cənnətdəki qonaq yerini hazırlayar.” (Səhihi-Buxari, Kitabul-Əzan, c.İ, səh. 161)

•  Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Allah Azzə və Cəllə, beş vaxt namazı fərz qılmışdır. Kim gözəlcə abdəstini alar, namazları vaxtında qılar, rüku və səcdəsini xüşu içində tamamlayarsa, Allahın, o kəsi bağışlayacağına dair bir əhdi vardır. Bunları etməyən kəs üçün isə Allahın hər hansı bir əhdi yoxdur. İstərsə o kəsi bağışlayar, istərsə əzab verər.” (Sünəni Əbi Davud, Kitabus-Salat, Hədis ¹ 425)

•  İbn Cüreyc (r.a) rəvayət edilir: Mənə Əbu Zübeyir xəbər verdiki, o, Cabir ibn Abdullahın, belə dediyini eşitmişdir: Mən Rəsulullahdan (s.ə.s) belə buyurduğunu eşitdim: “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ¹ 2752, 2753)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bizim qıldığımız namazı qılar, qibləmizə yönələr, kəsdiyimizi yeyərsə, O, Allahın və Rəsulullahın əhd və əmanını haqq edən müsəlmandır. Siz, o kəsin Allaha (və Rəsulullaha) qarşı əhd və əmanına xəyanət etməyin” (Səhihi-Buxari, Kitabus-Salat, c.İ, səh. 102)

•  Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər işin başı İslam, dirəyi namaz və zirvəsi də cihaddır.” (Sünəni-Tirmizi, Kitabul-İman, Hədis ¹ 2749).

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qulun, qiyamət günündə hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazı tam və doğru çıxarsa qurtulmuş və qazanmışdır. Əgər xətalı çıxarsa, hüsrana uğrayacaqdır. Fərz namazlar düzgün, ancaq əksik olduğunda (qılmadıqları varsa) Əziz və Cəlil olan Allah buyurur ki: “(O qulumun) fərz namazlarını nafilələri ilə tamamlayın.” Sonra digər əməlləri də bu tərzlə hesaba çəkilir.” (Sünəni-Tirmizi, Kitabus-Salat, Hədis ¹ 409)

•  İbn Ömərdən rəvayət olunduğuna görə: “Hz. Peyğəmbər (s.ə.s) namaza başlayarkən əllərini çiyinlərinin səviyyəsinə qaldırardı (təkbir alardı).” (Təcridi-Sarih Tərcüməsi, c. II, səh. 696)

•  Vail ibn Hucrun (r.a) rəvayət olunur: Allah Rəsulunu (s.ə.s) (namaz qıldığı vaxt) gördüm. Səcdəyə gedərkən dizlərini əllərindən əvvəl yerə qoydu. Səcdədən qalxarkən də əllərini dizlərindən əvvəl yerdən qaldırdı. (Sünnəni-Əbu Davud, Kitabus-Salat, Hədis ¹ 57.)


•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə “Mən orucluyam” desin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah Təala yanında müşk iyindən daha təmizdir. (Allah buyurmuşdur ki:) Oruclu kəs mənim rizam üçün yeməsindən, içməsindən, cinsi arzusundan uzaq olmuşdur. Oruc sadəcə mənim üçün (edilən bir ibadət)dir. Onun əcrini də mən verəcəyəm. Halbuki, başqa ibadətlərin hamısı on misliylə ödənməkdədir.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, səh 226; Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No 1151; Sünəni Əbi Davud, Kitabus-Savm, Hədis No: 2363)

•  Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah təala belə buyurdu: Oruc mənim (rizam) üçün (edilən bir ibadət)dir. Onun qarşılığını da mən verərəm. Oruclu üçün iki sevinc vardır: Bir iftar etdiyi vaxt, digəri də Rəbbinə qovuşduğu vaxt.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No: 1151; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh.159-160)

•  Əbu Umamədən (r.a) rəvayət edilir: Mən Rəsulullaha (s.ə.s): “Mənə bir şey əmr et ki: Allah məni onunla faydalandırsın.” dedim. Buyurdu ki: “Sənə orucu tövsiyə edirəm. Ona davam et. Çünki, o, bənzəri olmayan bir ibadətdir.” (Sünəni-Nəsai, Kitabus-Siyam, c.IV, səh.165)


•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Malının zəkatını verdiyin vaxt, şübhə yox ki, üzərinə düşən vəzifəni etmiş olarsan” (Sünəni-Tirmizi, Kitabuz-Zəkat, Hədis ¹ 614).

•  Bir nəfər Peyğəmbərimizə (s.ə.s): “Ya Rəsulullah! Zəkatdan başqa (malım haqqında) üzərimə düşən başqa bir şey varmı?” deyə soruşanda, Rəsulullah (s.ə.s), ona; “Xeyr, Ancaq könüllü olaraq verərsən o başqa” cavabını vermişdir.

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, Allah bir kəsə mal verdiyi halda o malın zəkatını verməzsə, zəkatı verilməyən mal, qiyamət günündə sahibi üçün, çox zəhərli, erkək bir ilan surətinə qoyular. Bu ilanın iki gözü üstündə iki nöqtə vardır. Bu azğın ilan qiyamət günündə mal sahibinin boynunda boyunbağı olacaq. Sonra ilan, sahibinin çənəsini iki tərəfindən tutub, “mən sənin malınam, mən sənin xəzinənəm” deyər. (Səhihi-Buxari, Babü Vücübüz-Zəkat, c.2.səh.110-111)

•  İbn Şümamə əl-Mehridən (r.a) rəvayət edilir: Əmr ibn As ölüm xəstəliyində ikən onun yanına getmişdik. Əmr ibn Asl, Rəsulullahın (s.ə.s) belə buyurduğunu söylədi: “Həqiqətən İslam (müsəlman olmaq,) özündən əvvəlki günahları yox edər... Həcc də özündən əvvəlki günahları yox edər.” (Səhihi-Müslim, Kitabul-İman, Hədis ¹ 121.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim, Allah rizası üçün həcc edər, bu əsnada çirkin sözlər söyləməz, günah və pis bir hərəkət etməzsə, o kəs, anadan yeni doğulmuş kimi tər-təmiz, günahsız bir halda geri dönər” (Səhihul-Buxari, Kitabul-Həcc, c.2, səh. 141)

•  Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) bizə bir xütbə etdi və “Ey insanlar! Allah Təala, üzərinizə həcci fərz qıldı. Həcc edin.” buyurdu. Bundan sonra bir nəfər; “Hər ilmi, ya Rəsulallah:” deyə soruşanda, Peyğəmbərimiz (s.ə.s) sükut etdi. O nəfər də sualı üç dəfə təkrar etdi. Sonra Rəsulallah (s.ə.s) belə buyurdu: “Əgər mən (bu suala cavabən) “bəli” desəydim, hər il həcc etmək mütləq vacib olardı və sizin buna əsla gücünüz yetməzdi.” (Səhihi-Müslim, Kitabul-Həcc, Hədis ¹ 1337)


Səhabələrə dair seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanların xeyirlisi yaşadığım dövrdə yaşayanlardır. Sonra onları təqib edən (tabiunlar), sonra da onları təqib edən (təbəut-tabiun) gəlir.” (Səhihi-Müslim, Kitabu Fədailus-Səhabə, c.VII, səh. 479-480)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Əshabıma dil uzatmaqdan uzaq durun. Məndən sonra qəti onları hədəf tutmayın. Kim onları sevərsə məni sevdiyinə görə sevmiş olar. Kim də üz çevirərsə, məndən üz çevirdiyi üçün olar. Onlara əziyyət verən mənə əziyyət vermiş olar, mənə əziyyət verən isə Allaha əziyyət verir deməkdir. Allah, özünə əziyyət edəni yaxında yaxalayar. (Mişkatül-Məsabih. c.III .səh.219, Hədis ¹6005)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Məni görüb iman edənlərə müjdələr olsun, məni görənləri də görənə müjdələr olsun. (İbn Həcər əl-Əsqəlani, əl-Mətalibul-Aliyyə, c. IV, səh. 156)


•  Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa qulluğa layiq heç bir ilah yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri ikrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. (Buxari, Kitabud-Dəavat, c. VII, səh. 145).

•  Ayişə (r.anha) gələn bir rəvayətə görə, Allah Rəsulu (s.ə.s), vəfatından öncə: “Allahım! Səni nöqsan sifətlərdən tənzih edər, Sənə həmd edirəm; Səndən əfv və məğfirət dilər, Sənə tövbə edirəm.” Duasını təkrarlamağı adət etmişdi. (Riyazus-Salihin, c. IIİ, səh. 392).

•  Peyğəmbərimiz (s.ə.s) də heç bir günahı olmadığı halda, gündə yetmiş səfər istiğfar edərdi. (ət-Tac, c. V, səh. 147).

•  Abdullah ibn Abbas (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim günahdan tövbə ilə istiğfara davam edərsə, Allah, o kimsəni hər darlıq və sıxıntıdan xilas edər, hər qəm və kədərdən azad qılar, onu heç ummadığı yerdən riziqləndirər” (Əbu Davud, Kitabus-Salat, c.II, səh. 179)

•  Əbu Musa əl-Əşaridən (r.a): Allah Rəsulu (s.ə.s): “Ey insanlar! Canınıza yazığınız gəlsin, səsinizi yüksəltməyin. Şübhəsiz siz nə bir karı çağırır, nə də olmayan bir adamı çağırırsınız. Dua etdiyiniz Allah, şübhəsiz sizinlə bərabərdir. O sizə çox yaxındır, və sizi çox yaxşı eşidir” buyurdu. (Müslim, Kitabuz-Zəkat, c. IV, səh. 2076)

•  Ənəs ibn Malikdən (r.a) gələn bir rəvayətdə, Allah Rəsulunun (s.ə.s) ən çox oxuduğu dua bu idi, deyilmişdir: “Ey Allahım! Bizə dünyada da axirətdə də gözəllik, yaxşılıq, səadət ver və bizi cəhənnəm əzabından qoru!” (Buxari, Kitabud-Daavat, c. VII, səh. 163; Müslim Ktiabuz-Zikr, c. IIİ, səh. 2069).

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Günah işləyən heç bir kim yoxdur ki, gözəlcə abdəst alaraq iki rəkat namaz qıldıqdan sonra istiğfar etsin də Allah onu bağışlamamış olsun.

•  Abdullah bin Busurdan (r.a) belə rəvayət edir: «Bir şəxs Allahı elçisinə (s.ə.s) dedi: «Ey Peyğəmbər, islam ayinləri o qədər çoxdur ki, hamısı yadda saxlaya bilmirəm. Mənə elə bir şey öyrət ki, mən ondan bərk yapışım». Peyğəmər (s.ə.s) buyurdu: «Qoy dilin Allahı zikr etməkdən qurumasın» «ət-Tirmizi, 5/458» «İbn Macə, 2/1246» «Həmç bax: ət-Tirmizi, dəqiq. nəşr, 3/139» «İbn Macə, dəqiq. nəşri, 2/317»

•  Ən-Nümandan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Dua ibadətdir» «Səhih hədislər silsiləsi, 6/326»

•  Salman əl-Farisnin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizin Rəbbiniz Həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmasından utanır» «Əbu-Davud, 1485-ci hədis»


Halal və haramla əlaqədar seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Kim haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirərsə qiyamət günü qəsb etdiyi torpaq parçası onu yeddi qat yerin dibinə batırar. buyurduğu İbn Ömərdən (r.a) rəvayət edilmişdir. (Buxari, Məzalim 13; Budul-Xalq 2; Müslim, Müsaqqat, 30)

•  Numan ibn Bəşirdən, (r.a) rəvayət edilmişdir. Peyğəmbərin (s.ə.s) belə buyurduğunu eşitdim: Halal müəyyəndir, haram da müəyyəndir. Bu ikisinin arasında çox kəslərin bilmədikləri şübhəli şeylər vardır. Bir kəs bu şübhəli şeylərdən uzaq durarsa, dinini və namusunu qorumuş olar. Bir qoruğun ətrafında heyvanlarını otladan çobanın, hər ehtimalla qoruğa girməsi necə mümkünsə, şübhəli iş işləyənlər də bunun kimi harama düşə bilərlər. Diqqət edin! Hər hökmdarın bir qoruğu vardır. Allahın qoruğu da haram qıldığı şeylərdir” (Buxari, Kitabul-İman, c. İ, səh. 19)

•  Əbu Hüreyrədən (r.a) rəvayət edildiyinə görə (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan birinin yanına gəldi. Ona “bunu necə satırsan?” deyə soruşdu. Adam başa saldı. Elə bu anda əlini qida maddəsi olan bir kisənin içinə soxması vəhy edildi. Əlini qaldıranda nə görsə yaxşıdır, alt tərəfi islaqdır. Bundan sonra “Alış verişdə, hər işində hiylə edən bizdən deyildir” buyurdu. (Müslim, İman 43; Əbu Davud, Buyu, 52)

•  Abdullah ibn Əmrdən (r.a) rəvayət edildiyinə görə: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” demişdir. (Tirmizi, Əhkam, 9)

•  Əbu Hüreyrədən (r.a) rəvayət edilmişdir. Hz. Peyğəmbər: “Zəndən uzaq durun; çünki zənn, sözün, yalanı ən çox olanıdır. Bir-birinizin qüsurunu görməyin; xüsusi həyatını araşdırmayın. Almayacağınız bir malın qiymətini, sırf alıcıya zərər vermək üçün, artırmayın. Bir-birinizə həsəd etməyin; bir-birinizə üz çevirməyin. Bir-birinizə qarşı kin bəsləməyin. Ey Allahın qulları, qardaş olun!” buyurmuşdur. (Buxari, Vəsaya 8, Nikah 45; Ədəb 57,58; Müslim, Birr 9)

•  Əsma bint Yezid nəql edir ki: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Sizə xeyirlilərinizi xəbər verimmi?” Səhabələr; “Bəli ver” dedilər. “Üzlərinə baxıldığı zaman Allah xatıra gələnlərdir. Ən Pislərinizi də xəbər verimmi?” Əshab “bəli” dedilər. “Aravuranlar, sevənlərin arasını vuranlar, insanları bir-birindən ayrı düşürmək istəyənlərdir.” (Əxlaqi Hədislər, I/338).

•  Süfyan ibn Useyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qardaşın sənə inanarkən, sənin ona yalan söyləyərək danışman, ən böyük xəyanətdir. (Əbu Davud, Ədəb, 79)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir. Ağzını pozaraq dil uzadan birinə cavab ver(ib daha çox söy)mək də böyük günahlardandır. (Əbu Davud, Ədəb, 40)


Quran öyrətmək və öyrənməyin fəziləti haqqında seçmə hədislər

•  Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. (Sünəni-Tirmizi, Kitabüs-Səlat, 349; Sünəni-İbn Macə, Muqəddimə, 16.)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: Hər kim Allah Təalanın Kitabından bir hərf oxusa bunun əvəzində ona bir savab vardır və hər savab on misliylədir. (Sünəni-Tirmizi, Babu Fəzailil-Quran, Hədis: 3076.)

•  Əbu Musa əl-Əşari (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qurani-Kərimi oxuyan və lazım olduğu kimi əməl edən mömin, dadı gözəl, iyi də sitrus meyvələr kimidir. Quranı-Kərimi oxumayan, ancaq hökmləri ilə əməl edən mömin isə, dadı gözəl olan, fəqət iyi olmayan xurma kimidir. (Səhihi-Buxari, Kitabul-Fəzailil-Quran, c. VI səh. 115.)

•  Ayişə (r.anha) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Qurani-Kərimi yaxşı bilib oxuyan, comərd, itaətkar olan mələklərlə bərabərdir. Qurani-Kərimi çətinliklə oxuyan kimsəyə də iki savab vardır.” (Səhihi-Buxari, Tövhid Kitabı, 52)

•  Uqbə ibn Amir rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Sizdən hər hansı biriniz məscidə girər, Əziz və Cəlil olan Allahın Kitabından iki ayə oxuyarsa və ya öyrənərsə, bunlar onun üçün iki dəvədən daha xeyirlidir. Üç ayə onun üçün üç dəvədən daha xeyirlidir. Dörd ayə onun üçün dörd dəvədən daha xeyirlidir. Bu ayələrin sayları eyni şəkildə artdıqca, o qədər dəvədən daha xeyirlidir.” (Səhihi-Müslim, Kitabu Salatul-Musafirin, Hədis: 251 (803)).


Elm haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər hansı bir camaat, Allah Təalanın evlərindən bir evdə toplanar, Qurani-Kərim oxuyar və onu aralarında müzakirə edərsə, şübhəsiz ki, onların üzərinə hüzur və səkinə (mənəvi rahatlıq) enər; onları rəhmət əhatə edər, mələklər onları əhatə edər və Allah Təala onları, öz dərgahındakı xeyirli topluluq arasında yad edər.” (Müslim, Zikir Kitabı, 38)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə elm öyrənmək üçün yola çıxarsa, Allah Təala da onu cənnət yollarından bir yola qoyar; mələklər də elm tələbəsinin rizası üçün qanadlarını açarlar. Göylərdə və yerdə olanlar, hətta suyun içindəki balıqlar, alim üçün Allah Təaladan əfv və məğfirət diləyirlər. Alimin abidə üstünlüyü tamamlanmış ayın digər ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras olaraq dinar və dirhəm deyil, elm buraxmışlar. Kim onu (elmi) alarsa (bu mirasdan) bol pay almış olar.” (Sünəni-Əbi Davud, Elm Kitabı, 1)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ancaq iki xüsusiyyət sahibinə qibtə edilər. Biri Allah Təalanın ona mal-mülk verdiyi kimsədir ki, bu malı Allah Təala yolunda xərcləmək üzrə qüvvətləndirilmişdir. Digəri isə Allah Təalanın ona hikmət ehsan etdiyi kimsədir. O, bu hikmətlə hökm edər və onu başqalarına da öyrədər” (Səhihi-Buxari, İman Kitabı, 15)

•  Əbu Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim bir xeyirli işə dəlalət edərsə (yol göstərər və səbəb olarsa) ona o xeyir işi edən kimsəyə verilən savab qədər savab vardır” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2809)

•  Kəb ibn Malik(r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (“Elm adamlarına qarşı mübarizə aparmaq (elmilə öyünmək) və ya səfeh kimsələrlə mücadilə etmək ya da xalqın diqqətini özünə cəlb etmək üçün elm öyrənən kimsəni Allah Təala cəhənnəmə atacaqdır.” (Sünəni-Tirmizi, Elm Babı, Hədis: 2792)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: «Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır. Yalnız üç şeydən başqa: (Yəni vəfatından sonra da bu üç şey ona savab qazandırır) Ardı kəsilməyən sədəqə (yol çəkdirmək, su quyusu qazdırmaq, və s.) fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad» «Muslimin Səhih əsəri, 1631-ci hədis»

•  Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Elmə öyrənməklə, həlim olmağa isə mülayimliklə yiyələnmək olar. Xeyrə nail olmaq üçün səy göstərən onu əldə edər, şərə düşməmək üçün səy göstərən də ondan qorunar» «Silsilətu-l-əhadisi-sahihə 342» «Səhihu-l-cami, 2328» (Hədis həsəndir)

•  Hər kim elm axtarmaq məqsədiylə bir yola çıxarsa, Allah, ona cənnətə çatan yolu asanlaşdırar.” (Tirmizi, Elm Babı, HN: 2784)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Elm öyrənmək, hər müsəlmana fərzdir.” (İbn Macə (Tərcümə və Şərh, H.Xətiboğlu) 1/387)


Allah və peyğəmbər sevgisi, Allah qorxusu haqqında seçmə hədislər

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kimdə üç xüsusiyyət olsa, o kimsə bu xüsusiyyətlə imanın ləzzətini dadar: Allah Təala və Rəsulu ona hər şeydən daha sevimli olmaq, sevdiklərini ancaq Allah Təala rizası üçün sevmək, Allah Təala onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11)

•  Ənəs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç biriniz; mən ona uşağından, atasından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş sayılmaz” (Səhihi-Buxari, İman Kitabı c. 1, səh. 9; Səhihi-Müslim, İman Kitabı, 70)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sağılan süd, geri qayıdıb məməyə girə bilmədiyi kimi, Allah Təala qorxusundan ağlayan bir kimsə də cəhənnəmə girməz. Allah Təala yolunda meydana gələn tozla cəhənnəmin dumanı bir araya gəlməz.” (Sünəni-Tirmizi Zühd Babı, Hədis: 2413)

•  Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar: 1. Adil imam (yəni idarəçi), 2. Allah Təalaya ibadət edərək böyüyən gənc, 3. Qəlbi məscidlərə bağlı olan insan, 4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər, 5. Məqam sahibi və gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi, 6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə, 7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.” (Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Məndən (Qurani Kərim xaricində) başqa bir şey yazmayın. Hər kim məndən Qurani-Kərimdən başqa bir şey yazmışsa onu yox etsin. Sözlərimdən istədiklərinizi yazmadan rəvayət edin. Buna icazə var. Hər kim bilə-bilə mənim adıma yalan danışarsa (Hədis uydurarsa), cəhənnəmdəki yerinə hazırlansın” buyurmuşdur. (Əhməd ibn Hənbəl, əl-Müsnəd, c. 3, səh. 12)

•  İrbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) səhabələrə (r.a.) tövsiyə edərək demişdir: «Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!» «Əbu Davudun Sünən əsəri, 4607» «Tirmizinin Sünən əsəri, 2676» «Əhmədin Müsnəd əsəri, 4/126-127»


Ata ana və qonşu haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

•  Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)

•  Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təalaya və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməsin. Allah Təalaya və axirət gününə inanan kimsə qonağına ikram etsin. Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir (söz) söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)

•  Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) (bir gün üç dəfə arxa arxaya and içərək) “Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz!” buyurdu. (Oradakılar): “Ya Rəsulallah! Bu iman etməyən kimdir?” deyə soruşdular. Rəsulullah (s.ə.s): “Zülmündən və şərindən qonşusunun əmin olmadığı kimsə” deyə cavab verdi. (Səhih-Buxari, Ədəb Kitabı, c. VII, səh. 78)

•  Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»

•  Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»

•  Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»


Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)

•  Numan ibn Bəşir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalıdır. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər kim bir müsəlman qardaşının dünya sıxıntılarından bir sıxıntısına kömək edərsə o, qardaşına kömək etdiyi müddətdə Allah Təala da ona yardım edər.”

•  Əbu Musa (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edir: “Mömin möminə qarşı kərpicləri bir-birinə keçərək hörülən bina kimidir.”

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz tərk etməz. Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır... Müsəlmanın qardaşına qəliz söz söyləməsi, bir şəxsə pislik olaraq kifayətdir.” (Sünəni-Tirmizi, Birr və Sıla Babı, Hədis: 1992)

•  Əbq Əyyub əl-Ənsaridən (ra) gələn bir rəvayətdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir müsəlmanın, (din) qardaşına üç gündən çox küsülü durması halal olmaz.” (Səhihi-Müslim, Kitabul-birr vəs-sila, Hədis ¹ 25)

•  Əbu Musa (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə demişdir: «Yaõşı dostla pis dost misalı ətir satanla, körük vuranın misalına bənzəyir. Ətir satanla ünsiyyətdə olduqda ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan, körük vuranla bərabər olduqda isə paltarını yandırmasan da tüstüsündən əziyyət çəkəcəksən» «Buõarinin səhih əsəri, 2101» «Muslimin səhih əsəri, 6635»

•  Abdullah bin Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlman o kəsdir ki, (onun) əlindən və dilindən başqa müsəlmanlar əziyyət çəkmir» «əl Buxari, 10-cu hədis»


Sədəqə və borc vermə haqqında seçmə hədislər

•  İbn Ömər, Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Hər kim din qardaşının bir ehtiyacını görərsə, Allah Təala da ona kömək edər. Kim bir müsəlmandan bir sıxıntını uzaqlaşdırarsa, Allah Təala da qiyamət günü olan sıxıntılardan bir sıxıntını uzaqlaşdırar. Hər kim bir müsəlmanı(n ayıbını) örtərsə, Allah Təala da qiyamət günü onun (ayıbını) örtər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, 58)

•  Əbu Hüreyrədən (r.a.) rəvayət edilmişdir. Rəsulallahın (s.ə.s) yanına bir adam gəldi və ya Rəsulallah! Savab yönündən hansı sədəqə daha böyükdür? deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Savabı böyük olan sədəqə sənin sağlam və paxıl olduğun, fağırlıqdan qorxub, zənginliyi umduğun halda verdiyin bir sədəqədir. Can boğaza gələndə də bu mal buna, bu mal da buna aiddir; bu da bunun oldu deyənə qədər sədəqəni gecikdirmə.” (Səhihi-Müslim, c.IV. səh. 1994)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sədəqə malı əskiltməz. Allah Təala günah bağışlayanın ancaq şərəfini artırar. Allah rizası üçün təvazökar olanları yüksəldər” (Səhihi-Müslim, Birr Kitabı, 19)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Comərd mömin Allah Təalaya yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Paxıl isə Allah Təaladan uzaq, insanlardan uzaq, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 40)


Fitnə və fəsad haqqında seçmə hədislər

•  Əbu Hüreyrə (r.a.), Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir.” (Səhihi-Müslim, Birr və Sıla və Ədəb Kitabı, 98)

•  Hz. Ayişə Hz. Peyğəmbərdən (s.ə.s) belə rəvayət etmişdir: “Qiyamət günü Allah Təalanın dərgahında dərəcə yönündən insanların ən pisi, şərindən uzaqlaşmaq üçün insanların tərk etdiyi kimsələrdir.” (Səhihi-Buxari, Ədəb Kitabı, 37)

•  Əbu Bəkir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “İki müsəlmandan hər biri din qardaşına silahla hücum edərsə hər ikisi də cəhənnəmin kənarında olar. Onlardan biri digərini öldürdüyü zaman hər ikisi birdən cəhənnəmə girərlər.” (Səhihi-Müslim, Fitnələr Kitabı, 16)

•  Abdullah ibn Amr (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Dörd şey vardır ki, kimdə olarsa o, xalis münafiq olar: kimdə bunlardan bir parça olarsa, onu tərk edənə qədər özündə münafiqlikdən bir parça qalmış deməkdir. Bu dörd şey bunlardır: Ona etibar edildiyində xəyanət edər; bir şey söylədiyi zaman yalan söyləyər, əhd etdiyi zaman sözündə durmaz, düşmənçilik etdiyi zaman da haqdan ayrılır.” (Səhihi-Buxari, İman Kitabı, 24)


Qohum əqrəba haqqında seçmə hədislər

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ruzisinin çoxaldılmasını istəyən kəs yaxınlarını ziyarət etsin.” (Müslim, Birr və Sila Kitabı, Hədis: 21 (2557)

•  Əbu Əyyubdan (r.a.) rəvayət olunmuşdur: Bir adam Rəsulallaha (s.ə.s): Mənə, məni cənnətə qoyacaq bir əməli bildir. demişdir... Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “...Allah Təalaya ibadət et, ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və silayi-rəhim et.” (Səhihi-Buxari, Zəkat Kitabı, 1)

•  Cubeyr ibn Mutim rəvayət etmişdir. Peyğəmbərimiz (s.ə.s) buyurdu ki: “Əqrəbalıq əlaqələrini kəsib qoparan kimsə cənnətə girə bilməz.” (Səhihi-Müslim, Birr və Sila Kitabı, Hədis: 1974)


Əmanət, sidq, ədalət və zülmə aid seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Sənə əmanət buraxanın əmanətini geri ver. Sənə xəyanət edənə sən xəyanət etmə!” (Sünənü Əbi Davud, Kitabul-Buyu, 3534; Sünənüt-Tirmizi, Babul-Buyu, 1264)

•  Abdullah ibn Ömər rəvayət etmişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeyə görə cavabdehsiniz. İnsanların başında idarəçi olan kimsə bir çobandır və o, idarəsi altındakı kimsələrdən məsuldur. Kişi, ailəsi üzərində bir çobandır və o, əli altındakı şəxslərdən (həyat yoldaşından, uşaqlarından məsuldur. Bir şəxsə xidmət edən adam (işçisi), sahibinin (işverən, iş sahibi) malı üstündə bir çobandır və o, özünə əmanət edilən maldan məsuldur. Diqqət edin! Hamınız bir çobansınız və hamınız qorumağa məcbur olduğunuz şeydən məsuliyyət daşıyırsınız.” (Səhihi-Buxari, C. 1, səh.215; Səhihi-Muslim, C. 6, səh. 20)

•  Əbul-Cəvza nəql edir: Həsən ibn Əliyə; “Rəsulullahdan nə əzbərlədin?” deyə soruşdum, mənə bu cavabı verdi: Ondan (Rəsulullahdan) bunu əzbərlədim: “Sənə şübhə verən şeyi tərk et, əmin olduğun şeyə çatana qədər. Çünki sidq, qəlbin əmin olmasıdır; yalan isə şübhədir.” (Sünnəi-Tirmizi, Babül-Qiyamə, 2520; Sünəni-Nəsai, Kitabül-Əşribə, 327)

•  İbn Ömər rəvayət etmişdir. Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Kim, haqsız yerə zülmlə bir qarış torpaq ələ keçirirsə, qəsb etdiyi torpaq parçası, onu qiyamət günü yeddi qat yerin dibinə batıracaqdır.” (Səhihi-Buxari, Kitabul-Məzalim, 13.)

•  Əbu Şüreyh rəvayət etmişdir: Peyğəmbər (s.ə.s): “Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz! Vallahi iman etmiş olmaz!” buyurdu. “Bu (iman etmiş olmayan) kimdir, ya Rəsulallah?” deyə soruşuldu. Peyğəmbər Əfəndimiz: “Şərindən, zülmündən qonşusunun əmin (dinclikdə, hüzurda) olmadığı adam” deyə cavab verdi. (Səhihi-Buxari, Kitabul-Ədəb, C.7, səh.78.)


Ticarət hiylə və rüşvətə aid seçmə hədislər

•  Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Güvənilən və doğruluqdan ayrılmayan ticarət əhli; peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir (axirətdə onlarla birlikdə olacaqdır).” (Sünəni-Tirmizi, Babul-Buyu, 1208, Sünən İbn Mace, Kitabut-Ticarət, 2139.)

•  Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Al-ver edən iki insan, bu al-veri doğruluq üzrə edərlər və (əgər malda qüsru varsa o) qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün də mübarək qılınır (bərəkətli olur). Əgər yalan söylərlər və (maldakı) qüsuru gizləyərlərsə, müəyyən bir qazanc qazansalar belə alış-verişlərinin bərəkətini itirərlər.” (Səhihi-Buxari, Kitabul-Buyu, 19, 22, 44; Səhihi-Müslim, Kitabul-buyu, 532; Sünənü Əbi Davud, Kitabul-Buyu, 3459.)

•  İbn Ömərdən alınan bir rəvayətdə o, belə demişdir: “Rəsulullah (s.ə.s); satıcının malını tərifləməsini və malın, daha bazara çatmadan (mal bazara gətirilmədən ) yolda satın alınmasını qadağan etdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, 71; Səhihi-Muslim, Kitabul-Buyu, 1518; Sünənü Əbi davud, Kitabul-İcarə, 3436; Sünənün-nəsai, Kitabul-Buyu, 257.)

•  İbn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «Birinizin satışı üzərinə başqası satış etməsin.» (Səhihi-Buxari, Kitabul-Buyu, 57,64,70; Səhihi-Müslim, kiabul-Buyu, 1412; Sünənü Əbi Davud, Kiabul-buyu 3436.)

•  Əbu Hüreyrə rəvayət edir: Rəsulullah (s.ə.s) belə buyurdu: “(Alıcı olmadığınız halda qiymət qızışdırmaq üçün) müştəri ilə satıcının arasına girməyin” (Səhihi-Buxari, Kitabul-Buyu, 58; Səhihi-Müslim, Kitabul-Buyu, 1515.)

•  Hakim ibn Hazim (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz.” (Səhihi-Müslim, Kitabut-Təharə, 224.)

•  Əbu Hüreyrədən rəvayət edilir: (bir gün) Hz. Peyğəmbər (s.ə.s) ərzaq satan bir nəfərin yanına gəldi. Ona; “Bunu necə satırsan?” -deyə soruşdu. O da izah etdi. Bu əsnada Rəsulullaha, əlini satılan ərzağın içinə batırması vəhy edildi. Rəsulullah əlini ora batıranda, qida maddəsinin alt tərəfi nəm idi. Bundan sonra Rəsulullah belə buyurdu: “Alış- verişdə, hər işində) hiylə edib aldadan adam bizdən deyildir.” (Sünəni-Tirmizi, Babul-Buyu, 1315.)

•  Əbul-Hamradan rəvayət edimişdir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Bizi aldadan, bizdən deyildir” (Sünənü İbn Macə, Kitabul Buyu, 2225.)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: (rüşvət alan bir hakim haqqında) belə buyurdu: Xalq arasında (rüşvət və haqsızlıqla) hökm verən heç bir hakim yoxdur ki, qiyamət günündə bir mələk onu, ənsəsindən tutmuş olaraq gətirməsin. Sonra mələk, başını səmaya (göy üzünə doğru) qaldırar. Əgər mələyə; “Onu at!” deyən olursa mələk onu, cəhənnəmin, dibinə qırx ildə ancaq çata bilən bir çuxura atar” (İbrahim Canan, Hədis Ensiklopediyası, c. 17, səh. 274-275.)

•  Abdullah ibn Əmrdən (r.a) rəvayət olunur: “Hz. Peyğəmbər (s.ə.s), rüşvət alana da verənə də lənət oxudu.” (Sünəni-Tirmizi, Babul-Ahkam, 9)


Ədəb, həya və doğruluğa aid seçmə hədislər

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Möminlərin iman baxımından ən kamil olanı, əxlaq baxımından ən gözəl olanıdır. Sizin xeyirliniz də ailəsinə xeyirli olanınızdır.” (Sünəni-Tirmizi, Babür-Rada, 1162; Sünəni Əbi Davud, Kitabus-Sünnə, 4682)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qiyamət günü möminin mizanında gözəl əxlaqdan daha ağır basan bir şey yoxdur.” (Sünəni-Tirmizi, Babul-Birr, 2003; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799).

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim.(” Əs-Süyuti, əl-Camius-Səğir, C. 1, səh 177.)

•  Hz. Ayişə, Peyğəmbərimizin əxlaqının Quran əxlaqı olduğunu ifadə etmişdir. (Səhihi-Müslim, Kitabul-Müsafirun, 139.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Uşaqlarınıza, lazımi şəkildə ikram edin. Onları gözəl tərbiyə edin.” (Sünəni İbn Macə, 7091; Hədis Ensiklopediyası (Kütübi-Sittə), C. 17, səh. 488.)

•  Əbud-Dərda (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təala çirkin və alçaq söz və davranış sahiblərinə qəlbən düşmənçilik göstərər.” (Sünəni-Tirmizi, Babül-Birr, 2004; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4799.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ədəbsizlik və çirkin söz, girdiyi şeyi çirkinləşdirir. Həya isə girdiyi şeyi gözəlləşdirir.” (Sünəni-Tirmizi, Babul-Birr, 1975; Sünəni İbn Macə, Kitabuz-Zühd, 4185)

•  Zeyd ibn Talha (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər dinin özünə xas bir əxlaqı vardır. İslamın əxlaqı həyadır.” (Sünəni İbn Mace, Kitabuz-Zühd, 4181.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman yetmiş şöbədir; həya da imandan bir şöbədir” (Səhihi-Buxari, Kitabul İman, 3; Səhihi-Müslim, Kitabul-İman, 35,36)

•  Abdullah ibn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Doğruluq, insanı (Allahı razı edəcək) yaxşılığa götürər; yaxşılıq da cənnətə götürər. İnsan, daima doğrunu söylər və doğru olanı axtararsa nəticədə Allah qatında siddiq (doğru sözlü) deyə yazılar...” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəb, 4989.)

•  İbn Məsudun (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar» «Buxari, 6094-cü hədis» «Muslim, 6579-cu hədis»


Çalışmaq, tənbəllik, israf və təsərrüfə aid seçmə hədislər

•  Miqdam ibn Mədikərbin (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Heç bir adam, öz əlinin əməyini (çalışaraq, işləyərək qazandığını) yeməkdən daha xeyirli bir şey əsla yeməmişdir. Allahın Peyğəmbəri Davud (ə) da əlinin əməyini (çalışaraq qazandığını) yeyərdi.” (Səhihi-Buxari, Kitabul-Buyu, C. 3, s. 9; Sünəni İbn Mace, Kitabut-Ticarət, 2138)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların hümmət cəhətlə ən ulusu, həm dünya işinə, həm də axirət işinə səy göstərən mömindir” (Sünən-İbn Mace, Ktiabut-Ticarət, 2143.)

•  Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İşçinin maaşını, təri qurumadan əvvəl verin.” (Sünəni-İbn Mace, Babür-Ruhun, 2143.)

•  Ənəs ibn Malik nəql edir. Hz. Peyğəmbər (s.ə.s) belə deyərdi (dua edərdi): “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqda və xəsislikdən sənə sığınıram.” (Səhihi-Buxari, Kitabud-Daavat, 38, 40, 42; Səhihi-Müslim, Kitabuz-Zikr, 2706; 10)

•  Əmr bin As (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İsraf etmədən və kibirlənmədən yeyin, sədəqə verin və geyinin.” (Səhihi-Buxari, Kitabul-Libas, 1.)

•  Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Allah sizin üçün; dedi-qodunu və faydasız sözləri, çox sual verməyi, malı lazımsız yerə xərcləyib israf etməyi çirkin saydı.” (Səhihi-Buxari, Kitabul-Buyu, c. 3, səh. 87)

•  Muğirə bin Şubə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Səhhət və boş vaxt” (Səhihi-Buxari, Kitabur-Riqaq, c. 7, səh. 170)

•  Abdullah ibn Əmr (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman olub da özünə kifayət qədər rizq verilmiş olan və Allahın verdiyinə qənaət edən şəxs mütləq qurtulmuşdur.” (Səhihi-Müslim, Kitabuz-Zəkat, 43)


Yalan, iftira, söz gəzdirmək və qeybətə aid seçmə hədislər

•  İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Qul, yalan söyləməyə və yalan söyləmə niyyətini daşımağa davam edərsə bir an gələr ki, qəlbində qara bir nöqtə görünür; sonra bu nöqtə böyüyür və qəlbinin tamamı qap-qara olur. Sonunda, Allah qatında yalançılardan yazılır.” (İbrahim Canan, Hədis Ensiklopediyası, C. 14, səh. 363)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki, yalan söyləməyi və yalanla iş görməyi tərgitməzsə, o adamın yeməsini, içməsini tərk edib ac qalmasına Allahın ehtiyacı yoxdur.” (Səhihi-Buxari, “Kitabus-Savm”, c. 2, səh. 228; Sünəni Əbu Davud, Kitabu Savm, 2362)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Müsəlman Müsəlmanın qardaşıdır; ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz buraxmaz... Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır...” (Səhihi-Müslim, Kitabul-Birr vəs-Sila, 2564; Sünəni-Tirmizi, Babül-Birr vəs-Sila, 1992.)

•  İbn Məsud (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Yalan, insanı həddi aşmağa götürür; həddi aşmaq da atəşə götürür. İnsan yalan söyləməyə davam edər və daima yalanı araşdırarsa (hər şeydə yalançılıq edərsə) sonunda Allah qatında “yalançı” olaraq qeyd edilir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 69; Səhihi-Müslim, Kitabul-Birr, 2606; Sünənü Əbi Davud, Kitabul Ədəbi, 4989; Sünənüt-Tirmizi, Babül-Birr, 1972.)

•  Ənəs ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən böyük günahlardan biri, bir müsəlmanın namusuna dil uzadaraq haqsız yerə ona iftira etməkdir.” (Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4773.)

•  Səid ibn Zeyd (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Ən çox vəbal və günaha səbəb olan şey, Müsəlmanın namusunu (namus və şəxsiyyətini) narahat etməkdir.” (Sünənü Əbi Davud, Kitabul Ədəb, 4876.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İnsanların ən şərlisi, bir qrup insanın yanına bir üzlə, başqa bir qrup insanların yanına isə başqa bir üzlə gələn ikiüzlülərdir.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 87.)

•  Əsma Bint Yeziddən rəvayət edildiyinə görə o, belə demişdir: Hz. Peyğəmbər (s.ə.s); “Sizə, ən pislərinizi xəbər verimmi?” dedi. Oradakılar; “Bəli, xəbər ver!” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Dedi-qodu edənlər, bir-birlərini sevən insanların arasını pozanlar, insanları bir-birindən ayrı düşürmək istəyənlər.” (Əxlaqi Hədislər, C. 1, səh. 338)

•  Hüzeyfə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Söz gəzdirən adam cənnətə girə bilməyəcək.” (Səhihi-Buxari, Kitabul-Ədəb, C. 7, səh. 86; Sünəni Əbi Davud, Kitabul-Ədəb, 4771; Sünəni-Tirmizi, Babül-Birr, 2027.)

•  Əbu Hüreyrədən rəvayət edilmişdir. Rəsulullah (s.ə.s); “Qeybət nədir, bilirsinizmi?” deyə soruşdu. Oradakılar; “Allah və Rəsulu daha yaxşı bilər” dedilər. Rəsulullah (s.ə.s) belə buyurdu: “Qeybət, din qardaşını, onun xoşuna gəlməyəcəyi bir sözlə anmaqdır”. Oradakılardan biri; “Söylədiyim şeyin, qardaşımda mövcud olduğunu görürsəm yenə qeybət olarmı?” deyə soruşanda Rəsulullah belə buyurdu: “Əgər söylədiyin şey, qardaşında varsa qeybət etmiş olarsan. Əgər söylədiyin şey onda yoxsa ona iftira atmış olarsan.” (Səhihi-Müslim, Kitabul-Birr 2589; Sinənü Əbi Davud, Kitabul-Ədəb, 4874; Sünənit-Tirimizi, Babül-Birr, 1935.)


Kibir, təvazökarlıq, yumşaqlıq, comərdlik, xəsislik, həsəd,
suı-zənn, tamah və dilin bəlalarına aid seçmə hədislər

•  Harisə ibn Vəhb (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Sizə cəhənnəm əhlindən xəbər verimmi? Bunlar; kobud, xəsis və kibirli adamlardır.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 61; Sünəni-Tirmizi, Babül-Cəhənnəm, 2608.)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanlar! Bilin ki, Rəbbiniz birdir. Atanız da birdir, hamınız Adəmdənsiniz, Adəm də torpaqdandır... Ərəbin ərəb olmayana üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” (Səhihi-Müslim, c. 2, səh. 890)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “...Allah Təala, günah bağışlayan kimsənin şərəfini artırır; Allah rizası üçün təvazökar olan şəxsləri ucaldır...” (Səhihi-Müslim, Kitabul-Birr, 19.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Comərd mömin Allaha yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Xəsis isə Allahdan uzaqdır, cənnətdən uzaqdır, insanlardan uzaqdır, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 1988.)

•  Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “İki xislət vardır ki, bunlar, bir mömində əsla birlikdə olmaz: Xəsislik və pis əxlaq.” (Sünəni-Tirmizi, Babul-Birr, 1962; İbrahim Canan, Hədis Ensiklopediyası, c. 2, səh. 42.)

•  Əbu Hüreyrədən, Rəsulullahın belə buyurduğu rəvayət edilmişdir: “Zənn etməkdən uzaq durun, Çünki (pis) zənn, sözlərin ən yalan olanıdır...” (Səhihi-Buxari Kitabul-Ədəb, c. 7, səh. 88-89, Səhihi-Müslim, Kitabul-Birr, 2563.)

•  Kəb ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Bir sürüyə salınan iki ac qurd, o sürüyə, insanın mal və şərəf ehtirasıyla dininə verdiyi zərərdən daha ağır zərər verə bilməz.” (Sünəni-Tirmizi, Babuz-Zühd, 2377.)

•  Sabit ibn Dahhak (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “... Müsəlmana lənət edən adam, onu öldürmüş kimi olur...” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7 səh. 84.)

•  Abdullah bin Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlmanı söymək fasiqlik (asilik), onu öldürmək isə küfürdür» «Muslim, 218-ci hədis»

•  Əbu Hüreyrənin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Əməli saleh olan lənət oxumaz» «Muslim, 6551-ci hədis»

•  Əbud-Dərdənin (r.a) rəayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Lənət oxuyanlar Qiyamət günü nə şəfaətçi (Qiyamət günü Allah qarşısında günahkar müsəlman üçün bağışlanma diləyən) nə də şahid ola bilər» «Muslim 6553-cü hədis»

•  Səmurə bin Cündəbin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Bir-birinizlə Allahın qəzəbiylə və ya lənətiylə və ya Cəhənnəmiylə lənətləşməyin» «Əbu-Daud, 4906-cı hədis» «Tirmizi, 1977-ci hədis»

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Allaha və axirət gününə inanan adam qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə inanan adam müsafirinə ikram etsin. Allaha və axirət gününə inanan adam ya xeyir danışsın yaxud sussun.” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7, səh. 78-79.)


Sünnə ilə əlaqəli seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir adam, İslamda gözəl bir sünnə buraxar və bu gözəl sünnə həmin adamdan sonra da davam etdirilərsə; ona davam edənlərin qazandıqları savabların misli öz savabları azalmadan həmin sünnəni ilk başladanın lehinə yazılır. Kim də pis bir sünnə başladar və ondan sonra da bu pis adət tətbiq edilərsə, onu davam etdirənlərin günahlarının misli öz günahları əksilmədən həmin pis sünnəni ilk başladanın üzərinə yazılır. (Səhihi-Müslim, Kitabuz-Zəkat, Hədis no; 69 1017.)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: (Sui) Zənn etməkdən uzaq durun. Çünki, sui-zənn etmək, sözlərin ən yalanıdır. Bir-birinizin danışıqlarına (gizli-gizli) qulaq asmayın. Bir-birinizin gizli hallarını araşdırmayın. Bir-birinizlə mənfəət yarışına girməyin. Bir-birinizə həsəd etməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları! Qardaş olun. (Səhihi-Müslim, Kitabul-Birr, Hədis ¹ 289 (2563))

•  Əbu Səid əl-Xudri (r.a) rəvayət olunur: Səfərə çıxan iki yoldaşın yanlarında su yox idi. Təyəmmüm edib, namazlarını qıldılar. Daha sonra namaz vaxtı çıxmadan su tapdılar. Onlardan biri abdəst alıb, təyəmmümlə qılmış olduğu namazını yenidən qıldı, digəri qılmadı. Hadisəni Rəsulullaha danışdıqlarında Rəsulullah (s.ə.s), namazını yenidən qılmayan səhabəyə; “sən sünnəyə uyğun davrandın, namazın tamamdır” buyurdu. Namazını təkrar qılan səhabəyə də; “sənə iki qat savab var” dedi.

•  Rəsulullah (s.ə.s), Yəmənə qazı olaraq göndərdiyi Muaz ibn Cəbələ; “Necə hökm verəcəksən?” deyə soruşdu. Muaz; “Allahın Kitabına görə hökm verəcəyəm” dedi. Rəsuli-Əkrəm (s.ə.s); “Əgər Allahın Kitabında tapa bilməsən?” deyə soruşanda, Muaz; “Rəsulullahın sünnəsinə görə hökm verəcəyəm” dedi. Peyğəmbərimiz (s.ə.s); “Bəs onda da tapa bilməsən?” deyə soruşdu. Hz. Muaz, bu səfər; “O zaman öz fikrimə görə hərəkət edəcəyəm” cavabını verdi. Bundan sonra Rəsulullah (s.ə.s); “Allah Rəsulunun elçisini müvəffəq edən Allaha həmd olsun” deyə dua etdi. (Sünəni-Tirmizi, Əhkam Babı, Hədis ¹ 1343)

•  Aişədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur» «Muslimin Səhih əsəri, 4467»


Müxtəlif mövzulara dair seçilmiş hədislər

•  Səid ibn Əl-Müseyyeb (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) canlı heyvan qarşılığında ət satışını qadağan etdi.

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Münafiqin əlaməti üçdür: Söz söylərkən yalan söylər, vəd etdiyi zaman sözündə durmaz, ona bir şey əmanət edəndə ona xəyanət edər” (Buxari 1/14; Müslim, HN. 107; Tirmizi 2766; Nəvəvi, Sünən, Beyrut 1986, 8/116, HN; 5021)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Həlak edici yeddi şeydən çəkinin” “Ya Rəsulallah! Onlar nədir?” deyə soruşuldu. Rəsulullah buyurdu ki: “Allaha şirk qoşmaq, sehr etmək; bir haqq qarşılığı olmaq müstəsna, Allahın, qətlini haram qıldığı bir nəfsi (canı, həyatı) öldürmək, yetim malı yemək, yüksək faizlə borc verib alınan qat-qat faizi yemək, düşmənə hücum əsnasında müharibədən qaçmaq və zinadan uzaq olub, onu xatirindən belə keçirməyən müsəlman qadınlara zina iftirasını atmaq.” (Səhihi-Müslim, Hədis No: 145)

•  İbn Ömər (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s), bədənimin bir tərəfindən tutaraq belə buyurdu: “Dünyada sanki bir qərib, hətta yoldan keçən bir yolçu kimi ol və özünü qəbir xalqından say.” İbn Ömər, eyni zamanda (Rəsulullahın ona belə buyurduğunu da) mənə danışdı: “Sabaha çıxdığın zaman özünə axşamın sözünü danışma, axşama çıxdığın zaman da özünə sabahın işindən danışma. Xəstələnmədən əvvəl sağlamlığının və ölmədən də əvvəl həyatının tədbirini al. Ey Abdullah, çünki, sən sabah adının (xoşbəxtmi, bədbəxtmi) nə olacağını bilə bilməzsən.” (Səhihi-Müslim, Hədis No: 145)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allah, kimin xeyrini murad edərsə, onu dində faqih qılar” (Sünəni-Tirmizi, Elm Babı, HN: 2783).

•  Abdullah ibn Amr (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Məndən öyrəndiyiniz bir ayə olsa belə, onu insanlara təbliğ edin. İsrail övladlarından varid olan rəvayətlərdən də danışın, bu sizin üçün günah sayılmaz. Mənim adımdan bilərək