Ən qisa sözlə desək müsəlman, Allahdan başqa ilah olmadıgına, Məhəmmədin də onun qulu və elçisi olduğuna iman və şəhadəti edən şəġsdir. Bu cəhətlə müsəlmən, yalnız Allahın kəlamı olan Qurani-Kərim ilə elçisinin sözləri və əməlləri doğrultusunda iman və ibadət edər. Dini öyrənmiş və anlamış müsəlman aşağıdakı kimidir.
Toġ gözlü və dürüstdür. Heç kimin nə pulunda, nə də malında gözü vardır.
Çalışqandır. Əlinin, zehninin əməyindən gələndən başqa qazanc bilməz.
Açıq gözlü və ürəklidir. Allahdan başqa heç bir şey onu qorġutmaz. Yaşadığı ölkənin qanunlarına riayət edər.
Qanun pozuntusuna yol verməz. Xeyirli bir Vətəndaşdır.
Alçaq könüllü və gülərüzlüdür. Kin tutmaz. Qarşısındakına milliyəti, irqi, dili, rəngi, mədəniyyəti, nə olduğuna fikir verməyərək, onu bir insan kimi tanıyar. Köməyə möhtac biri ilə rəstlaşanda ona bacardığı qədər əl tutar.
Müsəlman olmayan insanları imana, ġeyrə dəvət edər. Onlara Allahın dininin gözəlliklərini və fəzilətlərini anlatmağə çalışar. Heç kəsi zorla bir şeyi qəbul etdirməyə çalışmaz. Çünkü bunun mumkün olmadığını bilir. Gözəl şəkildə və gülərüzlə danışar, Həddini aşmadan nəsihət və tənbih edər. Faydasız münaqişəyə girişməz.
Təbiəti və bütün canlıları sevər və qoruyar. Hər bir canlının Allahın qulu olduğunu anlayar. Təmizliyə çoġ diqqət yetirər, özünü və ətrafını təmiz saġlayar. Ayıq və araştıran bir kimsədir. İnsanlıq və düşüncə tariġini öyrənməyə çalışar.
Dini elmini daim genişləndirməyə çalışar. Bu fikirlə yalnız ehli-sünnət elm adamlarının əsərlərinə və fikirlərinə baş vurar. Hər danışılana, hər elm adamı deyə ortalığa çıġana aldanmaz. Bu barədə olduqca diqqətlidir.
Heç kimə əziyyət etməz, heç bir cana qəsd etməyi ağlından belə keçirtməz. Sülhsevərdir. İnsanlar arasındakı bütün narazıçılıqları sülh yolu ilə həll etməyə çalışar.
Bunula bərabər müsəlman, əlbəttə əlindən vurub alabilən, zalimdən yumruq yedikdə o biri üzünü çevirən, aciz, qorġaq, passiv bir insan deyildir.
Elşad Aydəmirov