Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Qəzəllər .: Istəsən könlüm kimi zülfün pərishan olmasın

Istəsən könlüm kimi zülfün pərishan olmasın

Istəsən könlüm kimi zülfün pərishan olmasın,
Ol qəd1er cövr ət mənə ah etmək imkan olmasın!

Dərdi-eshqin qəsdi-can etdisə, mən həm shakirəm,
Istərəm cismimdə dərs olsun, dəxi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəshin ruyində əfitək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəshdə suzan olmasın!

Derlər, ashiqküsh nigarım qətlimə amadədir,
Allah, allah, bir səbəb qıl kim, peshiman olmasın!

Mübtəlayi-dərdi-eshqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müshküldi kim, səbr ilə asan olmasın?!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Quranın yalnız dirilər üçün nazil olması haqqında həqiqətlər
1. «Bu, heç bir...

  9-30-2007    Baxılıb: 346   
article Investisiya fəaliyyəti-iqtisadi inkişafın katalizatoru kimi
Müəllif: Babek Abbasov 1995-ci il...

  9-30-2007    Baxılıb: 140   
article Xocalı soyqırımı beynəlxalq cinayət kimi
I. XOCALI SOYQIRIMI BEYNƏLXALQ...

(Səs verilməyib)  10-1-2007    Baxılıb: 257