Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Hüseyn Cavid .: Bahar şəbnəmləri .: Ah... Yalnız sən!

Ah... Yalnız sən!

Ruhum, ey aşinayi-əsrarım!
Həp uzaq, bəzmi-vüslətindən uzaq,
Qürbət ellərdə təlxkam olaraq,
Səni özlər də sızlayıb yanarım.

Gecə-gündüz həyati-müztəribim,
Sənin alami-həsrətinlə sönər.
Fikrə gəldikcə həp keçən günlər,
Daima çırpınıb durur qəlbim.

Səndən ayrıldığım zaman o gözəl,
Tatlı, süzgün baqışların guya
Pək dərin bir sükut içində bana
Demək istərdi: “Get, fəqət tez gəl!”

Öpüb əmdikcə tombul əllərini,
Ruhum ağlardı, iştə sən o zaman
Oqudun gözlərimdə pürhəyəcan
Bir əsirin sönən əməllərini.

Sonra titrək, kəsik əda ilə sən
Yalınız - get, saqın unutma! - dedin.
Uça bilsən də şimdi bir gəlsən,
Halımı seyr edib olurdun əmin.

İştə! Həp nevbahara nəşə verən
Qönçələr, nəğmələr, təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi-səhər
Bana biganə... ah... yalnız sən!


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Quranın yalnız dirilər üçün nazil olması haqqında həqiqətlər
1. «Bu, heç bir...

  9-30-2007    Baxılıb: 301