Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Hüquq və qanun .: Səhiyyə və Tibb .: Azərbaycan Respublikası Konstitusiyasından çıxarışlar

Azərbaycan Respublikası Konstitusiyasından çıxarışlar


AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası Referendumunda qəbul olunmuş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

ÇIXARIŞLAR

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

1. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

2.Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

Maddə 41. Sağlamlığın qorunması hüququ

1. Hər kəsin sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.

2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və hallan gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Maddə 78. Ətraf mühitin qorunması

1. Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Azərbaycan Respublikası Konstitusiyası
Azərbaycan Respublikasının...

  9-30-2007    Baxılıb: 2186   
article Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Mülki Məcəlləsi(28 dekabr...

  10-18-2007    Baxılıb: 4218   
article Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Əmək Məcəlləsi(1...

  10-18-2007    Baxılıb: 3884