Qadın orqanizmi hamiləliyə hələ uşaqlıqdan hazırlaşır. Təxminən 9—10 yaşından qız uşaqlarının orqanizmi cinsi yetişkənlik dövrünə keçir. Həyatının bu dövründən başlayaraq yetkinliyə qədər qız inkişaf edərək qadına çevrilir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizim ölkəmizdə son 10—15 il ərzində uşaqların fiziki inkişafının sürətlənməsi qeyd edilmişdir. Buna akselerasiya deyilir. Oğlanların atalarına nisbətən daha hündürboy olması, qızlarda isə aybaşının tez başlanması da bununla izah olunur. Gənclərin boyu valideynlərinin boyundan 10—15 sm yüksək olur, qızlarda aybaşı təxminən 12 yaşında başlayır. Qızlarda cinsi yetginlik dövrü oğlanlara nisbətən 1,5—2 il tez başlanır. Cinsi yetkinlik dövrünün başlanması və gedişi cinsiyyət vəzilərinin cinsiyyət hormonları adlanan xüsusi maddənin ifrazından asılıdır. Qadının cinsiyyət vəziləri—yumurtalıq, kişinin cinsiyyət vəziləri isə xaya adlanır.
Yumurtalıqların ifraz etdiyi qadın cinsiyyət hormonlarının təsiri altında qızda cinsi yetkinlik inkişafı dövrünün başlanğıcında ikincili cinsi əlamətlər—süd vəzilərinin tədricən inkişaf etməsi, qoltuq altında və qasıqda tüklərin görünməsi, skeleton formasının, ələlxüsus çanağın dəyişməsi baş verir. Sağrı, qarın, budların dəri qatı altına piy toxumalarının yığılması nəticəsində qədd-qamət dəyişir. Cinsi yetkinliyin bu başlanğıç dövrü 1,5—2 il davam edir və ilk aybaşı başlanması ilə qurtarır. Deməli, bu dövr ərzində gələcək ana formalaşmağa başlayır. Lakin ilk aybaşının görünməsi, hətta normal aybaşı siklinin başlanması da qızın ana olmağa hazırlığına dəlalət etmir. Ana olmaq üçün o nəinki fiziki,həmçinin mənəvi və zehni cəhətdən də hazır olmalıdır.
Hər bir qadın ana olmağa hazırlaşarkən öz üşağının sağlamlığı və rifahının məsuliyyətini öz üzərinə götürür. Qadının uşaq doğmağa hazır olması 18 yaş sayılır. Normal aybaşı siklinin başlanması anından qızın cinsiyyət vəziləri yalnız hormonal deyil, həmçinin
ondan az mühüm olmayan digər bir funksiya daşıyır .Bu, nəsilartırma funksiyasıdır. Buraya döllənməyə hazır olan yetişmiş cinsiyyət hüceyrələrinin törədilməsi, uşaqlığın döl yumurtasını qəbul etməyə və hamiləliyi gəzdirməyə hazırlanması daxildir.
Hər aybaşı siklinin ortasında sağlam qadının bir yumurtalığından (ya sağından, ya solundan) cinsiyyət hüceyrəsi—yumurta hüceyrəsi düşür. Hamilə olmaq üçün bu yumurta hüceyrəsi yumurtalıqdan çıxandan bir az sonra kişi cinsiyyət hüceyrəsi spermatozoidlə göruşməlidir. Bu, baş vermədikdə yumurta hüceyrəsi məhv olur və qadında həmişəki vaxtda ay-başı başlanır. Uşaqlığın hamiləliyin başlanmasına hazırlığı prosesi aşağıdakılardan ibarətdir: hər aybaşıdan sonra cinsiyyət hormonlarının təsiri altında uşaqlığın daxili qişası böyüyür, qalınlaşır və yumşalır, uşaqlığın qanla təmini artır. Döllənmə baş vermədikdə növbəti aybaşı başlanır: uşaqlığın daxili qişası qopur ki, bu da ya az, ya da çox qanaxma ilə müşayiət olunur. Bundan sonra aybaşı tsikli təkrar olunur. Bu, qadının bütün uşaqdoğma dövrü baş verir. Beləliklə, aybaşının görünməsi hamiləliyin ol mamasına dəlalət edir. Cinsi yetkinlik dövrünün gedişi ilə sonrakı nə~ silartırma funksiyası arasında bilavasitə əlaqə vardır. Məlumdur ki, bəzi qızlarda aybaşı 11—12 yaşında, bəzilərində isə 15—16 yaşında başlanır, bəzilərində aybaşı tsikli müntəzəm olaraq birdənbirə müəyyən edilir, digərlərində isə bir çox aylar ərzində qeyri-müntəzəm, bəzən ağrılı, bəzən də sürəkli olur. Aybaşının müəyyən olunması və cinsi yetkinlik dövrünün gedişi xüsusiyyətləri bir çox amillərdən— qızın keçirdiyi soyuqdəymə və yoluxucu xəstəliklərdən (qızılca, qızılazar, su çiçəyi), məişət şəraitindən, yeməkdən, əsəbilikdən və digər səbəblərdən asılıdır. Qida qıtlığı, qidada vitaminlərin az olması, maddələr mübadiləsinin pozulması, zehni yorğunluq və gün rejiminin pozulması, yaxud düzgün qurulmaması, ələlxüsus fiziki işlərlə az məşğul olması və həmçinin yoluxucu xəstəliklər qızlarda aybaşının pozulmasına gətirib çıxarır. Uşaq idman dərnəklərində məşğul olan qızlarda, əksinə, belə pozğunluqlara çox az təsadüf edilir. Cinsi yetkinlik dövrunun gedişində normadan
cüzi kənara çıxdıqda—aybaşı muntəzəm olmadıqda, bərk qanaxma baş verdikdə, ağrı ilə müşayiət edildikdə, 15—16 yaşda aybaşı olmadıqda, piylənmədə və s. həkim endokrinoloqla məsləhətləşmək lazımdır.
Vaxtında təyin və müalicə olunmamış xəstəlikdə- uşaqlığın inkişafdan qalması və sonradan uşağın düşməsi ilə, bətndənkənar hamiləlik və sonsuz-luqla nəticələnə bilər.
Üşaqlıqda keçirilmiş yoluxucu xəstəliklər nəinki aybaşının pozulmasına, həmçinin uzun müddət ya-taqda qalmaq nəticəsində uşaq və yeniyetmə zamanı sümük və əzələ sistemlərində dəyişikliklərə səbəb ola bilər. Hər bir qız harmonik—həm zehni, həm də fiziki inkişaf etməlidir. Gələcəkdə uşaq doğması ilə əlaqədar qızın düzgün fiziki inkişafı xüsusilə vacibdir, burada skeletin forması və ölçüsü böyük əhəmiyyət kəsb edir.
Çanağın foğmalaşması uşaqlıqda və cinsi yetkinlik dövründə baş verir. Bu prosesə müdaxilə etmək olar. Əvvəla, qızı raxitdən qorümaq lazımdır. Üşaq poliklinikalarının həkimləri üşaqlara nəzarət edərək bu xəstəliyin ilk günündən ona qarşı profilaktika keçirirlər. Bu tədbirlərin səmərəliliyi çox yüksəkdir. Hazırda raxitin ağır forması aradan qaldırılmışdır və mama-ginekoloqlar son zamanlar çanağı raxit nəticəsində deformasiya olunmuş hamilə qadınlara nadir rast kəlirlər.
Skeletin dəyişməsinə səbəb olan dikər ciddi xəs-təlik—sümük vərəmidir. Lakin vərəmə qarşı ümum-dövlət xidmətinin böyük işi .nəticəsində bu xəstəliyə nisbətən az təsadüf edilir. Vərəmə qarşı tədbirlərin görülməsi uşaq anadan olan kimi, o hələ doğum evində ikən başlanır. Ancaq yenə də kiçik, ya da ölçüsü də-yişmiş çanağı olan qadınlara hələ də təsadüf edilir ki, bu da normal doğuşa əngəl törədir. Hamilə qadının məsləhətxanaya ilk müraciəti zamanı həkim onun çanağının ölçüsünü təyin edir. Həm qadın məsləhət-xanasında, həm də doğum evində çanağı dar olan qadı-nın normal doğması üçün hər bir tədbir görülür.
Beləliklə, qadın ana olmağa başlamamışdan xeyli əvvəl onun orqanizmi bu mühüm ,məsuliyyətli rola hazırlaşır, Hər bir qadın qızının səhhəti və tərbiyəsinin qayğısına qalarkən unutmamalıdır ki, onun körpə qızı da bir vaxt ana olacaqdır. Qızların ən sevimli oyuncağı—gəlincikdir. Biz, böyüklər ona bu oyuncağı alarkən qeyri-iradi lap körpə yaşlarından onu ana olmağa hazırlayırıq. Düzgün tərbiyədə bu, təbiidir.
Bundan başqa, qızı körpə yaşından təmizkar ol-mağa alışdırmaq lazımdır. Üşaqları əl-üzünü, dişlərini, boynunu yumağı öyrədərkən irəlidə dediyimiz kimi gündə 2 dəfə altını yumağı da öyrətmək lazımdır. Bunun üçün uşaq sabunu və ilıq sudan istifadə edilir. Aftafadan su tökərək qabaqdan arxaya doğru yuyunurlar ki, düz bağırsaqdan mikroblar uşaq yoluna düşməsin. Ləyəndə yuyunmaq olmaz.
Təmizliyə ən çox aybaşı zamanı riayət etmək lazımdır, çünki paltarın və xarici cinsiyyət orqanlarının, çirklənməsi nəticəsində uşaqlıq yoluna uşaqlığa xəstəliktörədici mikroblar düşə bilər.
Məlumatlar http://gelecek-analara.iatp.az saytından.