Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Azərbaycan .: Təbiət .: Təbiət ehtiyatları

Təbiət ehtiyatları

Biz bu kitabın giriş hissəsində qeyd etmişdik ki, faydalı qazıntılar aləminə səyahət zamanı respublikamızın faydalı qazıntıları, onların xalq təsərrüfatında əhəmiyyəti, işlədilmə sahələri, ehtiyatı və s. barədə yeri gəldikcə oxucularımızı tanış edəcəyik.
Azərbaycan ərazisində külli miqdarda qeyri filiz faydalı qazıntı yataqları var. Onlardan Yuxarı Ağcakənd, Gəncə və Ərəzin gips, anhidrit və qaja yatağını, Daş salahlının bentonit gillərini, Güzdək, Dövlətlər, Dilagərdi, Şahbulaq, Naftalan, Mardakert, Daş Salahlı, Zəyəm və Ağdağın kəsmə daşlarını, Gülbəxtin, Daşkəsənin, Şahtaxtının, Buzqovun və s. Yerlərin örtük - dekorativ daşlarını, Qaradağın sement mineral xammalını, Aydağın seolitlərini göstərmək olar. Bundan əlavə, Xanlar rayonundakı Çıraq dərəsi – Toğan Alı kükürd kolçedanı kütlələri bir – birlərindən boş süxur sahələri ilə ayrılmış iri sütunları xatırladır. Sütunların hündürlüyü 50 – 70 m, sahələri isə 150x200 və 200x200 m arasında dəyişir.
Naxçıvan MR-dakı Duzdağ, Nehrəm və Püsyanın yer təkində bir – birilə birləşən daş duz yataqları çoxdan məşhurdur. Araz zonasının duzdaşıyan hövzəsinin uzunluğu 300 km-ə, eni 15 – 20 km-ə və qalınlığı onlarca metrə çatır. Naxçıvanda duz ehtiyatı bir neçə milyard tondan çoxdur. Abşeron yarımadasındakı göllərdən çökən narın ağ duz yerli camaatın tələbatını hərtərəfli ödəyir.
Naxçıvan MR-da Şərqi Arpaçay hövzəsində fosforit təzahürləri məlumdur. Fosforitdaşıyan və yaşları 300 milyon ilə çatan süxurlar gilli şistlərdən, əhəngdaşlarından, kvarsitlər və qum daşlarından ibarətdir. Geran qalası, Gümüşlük və Eyvazxan təzahürlərində filizdə fosfor oksidinin (P2O5 – in ) miqdarı 16%-ə çatır.
Azərbaycan 20 – dən yuxarı barit yatağı var. Onlardan sənaye əhəmiyyətinə malik olanları Çovdar, Quşçu, zəylik, Bayan, Başqışlaq, Çaykənd, Əzət və s.-dir. Barıt bu yataqlarda damarlar şəklindədir və Kiçik Qafqazın şimal – şərq yamacının Azərbaycan hissəsində uzunluğu 200 km-ə çatan qurşaq yaradır. Ayrı – ayrı yataqlarda damarların sayı 10 - 20-dən 30 – 40-a çatır. Damarların uzunluqları 200 – 500 m, hərdən 1 – 1.5 km, qalınlıqları 1 – 10 marasında dəyişir.
Tovuz rayonunun seolitdaşıyan küllü tufları tabaşir yaşlı karbonat süxurlarında qalınlığı 25 – 30 m-ə çatan laylar əmələ gətirirlər. Yer üzərində bunlar seolit küllərinin eni 20 – 120 m, uzunluqları 3 km-ə çatır. Klinoptilolit deyilən faydalı seolit on milyonlarla tona çatır.
Azərbaycanda çoxlu miqdarda əqiq, xalsedon, xeliotron təzahürləri var. Onlar badamşəkilli andezit porfirit süxurlarında Xanlar – Qazax ətiq – xalsedon zolağını yaradırlar. Əqiq və onun şəkildəyişmələri bu süxurlarda yuvalar, linzalar, badamcıqlar, damarcıqlar və jeodalar yaradır. Nisbətən yaxşı öyrənilmiş hacıkənd əqiq yataqları qrupuna Hacıkənd, Mixaylovsk, Todan və s. təzahürləri daxildir. Kəlbəcər və Laçın rayonlarının əqiq təzahürləri Gürcüstanın Axalsıq əqiq yatağının yaxşı növlərindən geri qalmır.
Respublikamızda Sumqayıt şəhərinin yaxınlığında, Xanlar və Cəbrayıl rayonlarında, Şamaxı – Qobustan dağətəyi zonada, Alabaşlıda (Şəmkir rayonu) və s. yerlərdə mineral rənglərinin təbii təzahürləri mövcuddur. Kəlbəcər rayonunda dördüncü dövrə aid rayonun miopliosen yaşlı süxurlarında həmin mineral aşkar edilmişdir. Qumlar sarımtıl, boz və bircinsli olub, bəzən aralarında balaca gil linzaları saxlayırlar. Onların tərkibində silisium oksidinin miqdarı 90%-dən yuxarıdır. Qubadakı Zeyd, Qobustandakı Hacıvəli yataqlarının qumlarının kəşfiyyatı başa çatdırılmışdır. Yataqların hər birində on milyonlarla ton qum var.
Azərbaycanda həmçinin kvars və kalsit yataqları məlumdur. Şəffaf kalsitin və bipiramidal kvarsın təzahürləri respublikamızın bir sıra rayonlarında mövcuddur. Bu mineral mənşə etibarilə əsasi tərkibli vulkanik süxurlarla bağlıdır.
Qara metalurgiyada işlədilən Azərbaycan qeyri – filiz xammal sərvətlərindəki Xaçbulağın flyus əhəngdaşlarını (Daşkəsən rayonu), Çardaqlının (Şəmkir rayonu) odadavamlı gillərini, Daş Salahlı və Qobustan – Şamaxı zonasının bentonit gillərini, Qazax – Ağdam zonasının törəmə kvarsitlərini, Daşkəsəndəki Qırvakarın pirofillitlərini, Naxıvandakı səpələntiləri, habelə bir neçə milyon il bundan qabaq püskürülmüş andezit – bazalt lavalarını göstərmək olar. Tükənməz ehtiyata malik olan bu lavaların Donetsk daştökmə və keramik məmulatı kombinatında aparılmış təcrübələr göstərdi ki, əgər bu lavalara serpentinit, yanmış dolomit və xromit qatılarsa, alınan məmulat bütünlüklə texniki tələbata uyğun gələ bilər. Adı çəkilən Qarışıqların hamısının yataq və təzahürləri Kəlbəcər rayonunda mövcuddur.
Azərbaycanda yarımqiymətli və məmulat daşlarından Ordubad və Daşkəsən rayonlarının skarnlarındakə qranatları, ametisti, epidotu, Böyük Qafqazın cənub yamaclarındakı şəffaf kvarsı, Kiçik Qafqazın Atabəy – Slavyan və Qızılqaya – Üçtəpə intruzivlərinin içində və onlarla təmasda olan turmalinləri və s. göstərmək olar. Respublikamızda külli miqdarda əqiq, yaşma, serpentin, vezuvian, aqalmatolit, rəngi dəyişən obsidian, mərmər oniksi, listvenit, gips, alebastr, alevroəqiq, rəngli mərmər və gözəl nəqşli maqmatik məmulat daşları yataq və təzahürləri var. Kəşfiyyatı başa çatmış Todan – Hacıkənd əqiqdaşıyan sahənin, Kəlbəcərdəki rəngi dəyişən obsidian yatağının, Naxçıvanın mərmər onikslərinin, Laçının kopalının, Culfanın alevroəqiqlərinin ehtiyatları həmin rayonlarda kiçik suvenir fabriklərinin açılması üçün əsas ola bilər.
Respublikamizda kobud keramika, inşaat kərpici və tavan kirəmiti hazırlanmasında yararlı gil yataqlarından yerli məqsədlərlə istifadə olunur. Bundan əlavə, 200-dən çox gil müxtəlif məmulatlar və quyuların qazılması üçün lazım olan gilli məhlullar hazırlamaq məqsədilə təqdim edilmiş, onların ehtiyatı hesablanmış və xalq təsərrüfatında istifadəyə verilmişdir.
Şüşə istehsalı, (pəncərə şüşələri, şüşə qablar və s.) üçün yararlı olan kvarslı qumlar Qobustanın, Abşeron yarımadasının və Qubanın, Ordubadın andaluzitli kvarsitlərini, Kəlbəcər və Laçının serpentinitlərini və bir çox başqalarını misal gətirmək olar.
Respublikamızda çoxlu miqdarda inşaat materialları: əhəngdaşı və gil, trasslar və vulkanik küllər, kəsmə və örtük daşları, beton doldurucuları və yol inşaat işlərində işlədilən çınqıl, qum, çaqıl, perlit, obsidian, keramzit xammalı və s. Yataq və təzahürləri vardır. Onlardan çoxunun kəşfiyyatı başa çatmış, bir qismi isə istismar olunur.
Azərbaycanda yeraltı şirin və çat sularının hədsiz ehtiyatı xalq təsərrüfatının müvəffəqiyyətlə fəaliyyət göstərməsinin rəhnidir. Yeraltı şirin sulara əsasən dağətəyi düzənliklərdə, şökəklik sahələrdə və çay dərələrində rast gəlinir. Çat suları dağlıq rayonlarda üzə çıxırlar. Yeraltı sular aşağıdakı kimi müəyyənləşdirilir: 1) içmək vü təsərrüfat məqsədilə işlədilən şirin sular (minerallaşma belə sularda 1 q/l-dən artıq olmamalıdır); 2) müalicə məqsədilə işlədilən və qiymətli komponentlər saxlayan mineral sular (minerallaşma 26q/l-ə qədərdir); 3) temperaturu 300C – dən yuxarı və minerallaşması 10 q/t olan müalicə və istilik əldə etmək məqsədilə işlədilən termal sular; 4) təkiblərində yod, brom, bor və s. elementlərin sənaye əhəmiyyətli miqdarını saxlayan və kimya sənayesinin mineral xammal mənbəyi hesab olunan sular. Respublikamızda suların bütün növlərinə təsadüf edilir.
Qeyri – metallik faydalı qazıntı yataqlarının kəşfiyyatı və qiymətləndirilməsi prosesində onların keyfiyyətlərinə xüsusi fikir verilir, kimyəvi, fiziki, texniki və texnoloji xassələri öyrənilir.
Biz qeyri – metalik faydalı qazıntıların bəziləri barədə, onların dünyadakı ehtiyatları və illik çıxarılmaları haqda məlumat verməyi məqsədəuyğun hesab edirik.
Barit yataqları və təzahürləri, yuxarıda qyed etdiyimiz kimi, Kiçik Qafqazın şimal – şərq yamacları boyu (Azərbaycan hissəsində) onlarca kilometr uzanaraq qurşaq yaradır. Ümumiyyətlə, baritə (barium sulfatın) və viteritə (barium karbonatına) adətən təbiətdə birlikdə təsadüf edilir. Bu iki mineralın başlıca istifadə sahəsi kimya və neft sənayesidir. Kimya sənayesində baritdən duzlar və pereparatlar hazırlanır; neft sənayesində isə buruq qazıma işləri zamanı barit gilli məhlulların ağırlaşdırıcısı kimi əvəzedilməzdir. Eyni zamanda baritdən həm müxtəlif rezinlərin doldurucusu kimi, həm də kağız və karton istehsalında istifadə edilir.
Təbabətdə baritdən rentgen cihazlarının divarları üçün qoruyucu kərpiclər hazırlanır və həmin cihazların divarları daxildən bu kərpiclərlə döşənir. Rentgen şüalarının gözəl uducusu olan barium kimyəvi yüksək fəal element olduğundan ancaq birləşmələr şəklində işlənir.

Ədəbiyyat mənbəi:
“Faydalı qazıntılar və onların tətbiqi” H.İ.Mahmudov, Ş.S.Bəktaşi

Məlumatlar http://nature.aznet.org saytından.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Kapitalların, fondların,ehtiyatların və cəlb edilmiş vəsaitlərin uçotu
Müəllif: Hikmet Pənahov...

  9-30-2007    Baxılıb: 295   
article Azərbaycanın torpaq ehtiyatları və onlar haqqında
Ümumi anlayışTorpaq xarici...

(Səs verilməyib)  10-3-2007    Baxılıb: 310