Lazim olan ərzaqlar:
Qoyun əti - 163 q.
Quyruq - 20 q.
Düyü -15 q.
Təzə alça - 30 q.
Noxud - 25 q.
Kartof - 150 q.
Baş soğan - 18 q.
Zə' fərən - 0,1 q.
Quru nanə - 0,1 q.
İstiot
Duz
Hazırlanma qaydası:
Pitinin hər payına 55 - 60 qramlıq 2 -3 tikə qoyun əti götürülür. Noxud 4 -5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri diğranmış soğan, alça, duz və zə' fəran şirəsi tökülüb hazır olana kimi bişirilir. Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.