Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Şifahi xalq ədəbiyyatı .: Tapmacalar .: Meyvələrlə bağlı tapmacalar

Meyvələrlə bağlı tapmacalar

Ağ uzatdım,

Al toxudum,

Qara sərdim


Açması: Böyürtkən

 

***

Ağac başında al yanaqlı qız

Açması: Alma

 

***

Ağac başında qırmızı qız.

Açması: Zoğal

 

***

Ağac başında qımro bitər.

Açması: Fındıq 

 

***

Ağac başında sarı yemiş.

Açması: Xurma

 

***

Ağac başında sarı yumaq

Üstünə səpilib ağ sumaq.

Açması: Heyva

 

***

Bir yanı ağ,

Bir yanı al.

Ağzına al,

Dadı bal.

Açması: Şaftalı

 

***

Bir təndirim var iki çörək tutur.

Açması: Qoz

 

***

Qahqah qalası var bunun,

Qan pilayası var bunun,

Nə doğur, nə törəyir,

Pərvaz balası var bunun.

Açması: Çiyələk

 

***

Dağda bir qab aş yumarladım,

Dənəsi də yerə düşmədi.

Açması: Nar

 

***

İpsiz iynə, deşiksiz muncuq,

Allah düzər, adam üzər.

Açması: Üzüm

 

***

Heyva kimi sap sarı,

Nə heyvadı, nə darı.

Bir ağacdan dərərəm,

Ləzzətini görərəm.

Açması: Armud
 
 


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article MEYVƏ ŞƏRBƏTİ
Lazım olan ərzaqlar:Limon...

(Səs verilməyib)  10-3-2007    Baxılıb: 263   
article MEYVƏ PLOV
Lazım olan ərzaqlar:Düyü -...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 220   
article Heyvanlarla bağlı tapmacalar
Avın alsan mırıldar,...

  10-6-2007    Baxılıb: 170