Ağ uzatdım,
Al toxudum,
Qara sərdim
Açması: Böyürtkən
***
Ağac başında al yanaqlı qız
Açması: Alma
***
Ağac başında qırmızı qız.
Açması: Zoğal
***
Ağac başında qımro bitər.
Açması: Fındıq
***
Ağac başında sarı yemiş.
Açması: Xurma
***
Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
Açması: Heyva
***
Bir yanı ağ,
Bir yanı al.
Ağzına al,
Dadı bal.
Açması: Şaftalı
***
Bir təndirim var iki çörək tutur.
Açması: Qoz
***
Qahqah qalası var bunun,
Qan pilayası var bunun,
Nə doğur, nə törəyir,
Pərvaz balası var bunun.
Açması: Çiyələk
***
Dağda bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
Açması: Nar
***
İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
Açması: Üzüm
***
Heyva kimi sap sarı,
Nə heyvadı, nə darı.
Bir ağacdan dərərəm,
Ləzzətini görərəm.
Açması: Armud