Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: XİNGAL

XİNGAL

Lazım olan ərzaqlar:

Qoyun əti - 165 q.
Buğda unu - 100 q.
Yumurta - 1/5 əd.
Baş soğan - 30 q.
Ərinmiş yağ - 20 q.
Pendir - 15 q.
Qatıq - 50 q.
Sarımsaq - 3 q.
Zə' fəran - 0,1 q.
İstiot - 0,1 q.
Duz

Hazırlanma qaydası

Qoyun əti 10 - 15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zə' fəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xingalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatiq və ovulmuş pendir verilir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?