Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: GÜRZƏ

GÜRZƏ

Lazım olan ərzaqlar:

Qoyun əti - 217 q.
Baş soğan - 30 q.
Un - 80 q.
Ərinmiş yağ - 25 q.
Qatıq - 50 q.
Sarımsaq - 2 q.
Darçın - 0,1 q.
İstiot - 0,1 q.
Duz

Hazırlanma qaydası

Ətlə soğandan hazirlanmış qiyməyə istiot, duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrinin ortasına qiymə qoyulub tikiş yuxarı və bir ucu açıq qalma şərtilə bükülür. Hazırlanmış gürzə suda bişirilir, aşsüzəndən süzülür və süfrəyə verilikdə üstünə darçın səpilir, yanına sarımsaqlı qatıq qoyulur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?