Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: GÖYƏRTİ QUTABI

GÖYƏRTİ QUTABI

Lazım olan ərzaqlar:

İspanaq - 150 q.
Turşəng - 150 q.
Göy soğan - 50 q.
Keşniş və şüyüd - 15 q.
Buğda unu - 140 q.
Ərinmiş yağ - 20 q.
Kərə yağı - 20 q.
Lavaşana - 10 q.
Yumurta - 1/5 əd.
Qatıq - 50 q.
İstiot - 0,1 q.
Duz

Hazırlanma qaydası

Göyərti yuyulur, iri doğranılır və yağda qızardılmış soğanla öz buğunda pörtülür, duz - istiot və lavaşana vurulub qarışdırılır. Una yumurta, su və duz qatılıb bərk xəmir yoğrulur. 1 - 0,5 mm qalınlığında yayılıb dairələr kəsilir. Hazır göyərti qiyməsi xəmir dairələrinin içərisinə qoyulur, aypara şəklində bükülüb hər iki üzü yağsız tavada bişirilir. Süfrəyə verdikdə üzərinə əridilmiş kərə yağı tökülür. Yanına qatıq qoyulur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article ƏT QUTABI
Lazım olan ərzaqlar:Qoyun əti -...

  10-4-2007    Baxılıb: 130   
article QABAQ QUTABI
Lazım olan ərzaqlar:Qabaq - 250 q....

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 100