Lazım olan ərzaqlar:
Qabaq - 250 q.
Nar - 25 q.
Buğda unu - 140 q.
Baş soğan - 25 q.
Ərinmiş yağ - 30 q.
Darçın - 0,1 q.
Duz
Hazırlanma qaydası
Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Una yumurta, su və duz qatılıb bərk xəmir yoğrulur. 1 - 0,5 mm qalınlığında yayılıb dairələr kəsilir. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verilikdə üstünə yağ tökülür.