Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: YARPAQ DOLMASI

YARPAQ DOLMASI

Lazım olan ərzaqlar:

Qoyun əti - 108 q.
Düyü - 30 q.
Baş soğan - 20 q.
Göyərti (keşniş, şüyüd və nanə) - 15 q.
Tənək yarpağı - 40 q.
Qatıq - 20 q.
Ərinmiş yağ - 10 q.
Duz
İstiot
Darçın

Hazırlanma qaydası

Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bə"zi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Yarpaq Danışır
Dünyadakı bütün...

(Səs verilməyib)  10-21-2007    Baxılıb: 69   
article KƏLƏM DOLMASI
Lazım olan ərzaqlar:Qoyun əti -...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 128   
article BİBƏR DOLMASI
Lazım olan ərzaqlar:Qoyun əti -...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 108