Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: SƏBZİQOVURMALI PLOV

SƏBZİQOVURMALI PLOV

Lazım olan ərzaqlar:

Qoyun əti -165 q.
Düyü -100 q.
Ərinmiş yağ - 40 q.
Baş soğan - 50 q.
Keşniş - 50 q.
İspanaq -100 q.
Turşəng -100 q.
Kəvər - 50 q.
Abqora -15 q.
Zə"fəran - 0.05 q.
Döyülmüş istiot - 0.05 q.
Duz - 4 q.

Hazırlanma qaydası

Qoyunun bud və ya qabırğa hissəsindən götürüb sümüklə birlikdə 20-25 qramlıq parçalara doğrayırlar, duz vururlar, pörtürlər, soğan və yağ əlavə edirlər, soğan qızardıqdan sonra qazanın ağzını örtüb ət yumşalıncaya qədər bişirirlər. Keşniş, ispanaq, türşəng və kəvəri arıdıb yuyurlar, xırda doğrayırlar və qızarmış qoyun ətinin üstünə tökərək, ağzını örtüb bişirirlər. Bişəndən sonra abqora töküb bir dəfə qaynadırlar. Plovu boşqaba çəkirlər, üstünə səbziqovurma töküb yanına qazmaq qoyurlar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ali müşümbe plov
Lazım olan ərzaqlar:Qoyun əti -...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 122   
article ŞÜYÜD PLOV
Lazım olan ərzaqlar:Düyü -...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 150   
article ÇIĞIRTMA PLOV
Lazım olan ərzaqlar:Toyuq - 270 q....

  10-4-2007    Baxılıb: 187