Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: LÜLƏKABAB

LÜLƏKABAB

Lazım olan ərzaqlar:

Qoyun əti - 330 q.
Quyruq yağı - 20 q.
Baş soğan - 20 q.
Göy soğan - 40 q.
Cəfəri və reyhan - 15 q.
Buğda unu - 45 q.
Sumaq - 3 q.
İstiot
Duz

Hazırlanma qaydası

Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istioit və duz vurulub ciddi qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salinir. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababin yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Quş çölmə kabab
 Lazım olan ərzaqlar:2 kq toyuq.100...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 84   
article CÜCƏ KABAB
Lazım olan ərzaqlar:Cücə -...

  10-4-2007    Baxılıb: 95   
article BALIĞDAN KABAB
Lazım olan ərzaqlar:Nərə...

(Səs verilməyib)  10-4-2007    Baxılıb: 83