Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Yeməklər .: SƏBZİ - QOVURMA

SƏBZİ - QOVURMA

Lazım olan ərzaqlar:

Qoyun əti - 330 q.
Baş soğan - 50 q.
Ərinmiş yağ - 25 q.
Abqora - 10 q.
və ya limon turşusu - 0,3 q.
Zə' fəran - 0,1 q.
Keşniş və şüyüd - 50 q.
İspanaq və türşənk - 50 q.
Kəvər - 50 q.
Göy soğan - 50 q.
İstiot
Duz

Hazırlanma qaydası

Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25 -35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır.. Sonra yağda qızarldılmış soğan, zə' fəran şirəsi, limon turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, türşənk, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Alçalı limonlu qovurma
Lazım olan ərzaqlar:Qoyun əti -...

(Səs verilməyib)  9-30-2007    Baxılıb: 122