Lazım olan ərzaqlar:
2 kq toyuq.100 qr qoz ləpəsi.150 qr baş soğan.50 qr yağ.80 qr palçığ turşu və ya 35 qr lavaşana.duz və istiot.
Hazırlanma qaydası
Əvvəlcə toyuq təmizlənir.Sonra yağda yumşaldılıb,qənnadı şprisinə doldurulub və toyuğun döş ətinə kiçik file ilə böyük file arasına yeridilir.Lavaşana 50 qr isti suda xama qatılığına qədər həll edilir,duz və istiot vurulub qarışdırılır.Alınmış qatışığın 3\4 hissəsi toyuğun iç və çöl tərəfinə çəkilir.Hazır toyuq sərin yerdə 0,5-1 saat saxlanılır.Qoz ləsəsi və soğan maşından keçirilir,qalan turşu,duz və istiot əlavə edilib qarışdırılır.Totuğun içi həmin ləvəngi ilə doldurulur,ayağları bir-birinə keçirilir və çölməyə qoyulur.Vam odda suyu çəkilib yağa düşənə qədər bişirilir.