Dünyadakı bütün bitkilərin bir anlıq yarpaqsız olduğunu fərz edək. Yer üzünün rəngsiz və ürküdücü mənzərəsi bir yana, bioloji və ekoloji baxımdan başımıza gələ biləcəkləri düşünsək, hər halda ortaya həyat üçün əlverişsiz bir mənzərə çıxardı. Çox yerdə gördüyümüz üçün əhəmiyyət vermədiyimiz yarpaq, mükəmməl quruluşu ilə Allahın varlığını gözlər önünə sərir. Lakin, onun Yaradıcısına aid (hərfi məna) mesajlarını anlaya bilmək üçün, əvvəlcə onun xüsusiyyətlərini (ismi məna) öyrənmək lazımdır. Bu nöqtədən yarpağın özünü bizə təqdim etməsi, təfəkkür üçün ön mərhələ təşkil edər. "Yarpaq da heç danışarmı?" deməyin. Çünki, hər varlıq hal diliylə bizlərlə danışır. Yarpağın hal diliylə danışdığını dinləmək üçün ona ilk sualımızı verək:
Özünü bizə tanıda bilərsənmi?
Bu sualdan sonra yarpaq, budağın üzərində yellənərək danışmağa başladı:
"Bitkinin bir hissəsi kimi mən; alg və göbələk kimi bitkilərdən başqa bütün bitki pöhrələrinin yanında, atmosferdən qaz qəbul edə biləcək qabiliyyətdə yaradılmışam. Bundan başqa Rəbbim məni müxtəif bəzək və formalarda yaratmış və fotosintez aparma qabiliyyəti vermişdir.
Üzərimdə olan mikroskopik dəliklər, istilik, su ötürməsini və fotosintez üçün lazım olan CO2-u atmosferdən təmin etməklə vəzifələndirilmişdir. Gözənək olaraq adlandırılan bu dəliklər, lazım olduqda açılıb bağlana biləcək xüsusiyyətdə yaradılıblar. Fotosintez nəticəsində əmələ gətirdiyim oksigen və su buxarı, gözənəklər açıldıqda yenə fotosintez üçün lazım olan karbondioksidlə dəyişdirilir. Beləcə digər canlılar üçün lazım olan tullantı ilə çölə atılarkən, ehtiyac duyduğum maddələr də dəyərləndirilmək məqsədi ilə qəbul edilir. Çünki mən də hər canlı kimi; doğulan, qidalanan, böyüyən və vaxtı gələndə də ölən bir varlığam.
Doğulmağın haqqında danışa bilərsənmi?
"Doğulana qədər olan hadisələr, bir çox sirlə doludur. Doğula bilmək üçün, ana rəhmindəki bir körpə kimi qidalanmalıyam. Rəbbim bunu günəş enerjisini, CO2-u, torpaqdakı qida maddələrini və suyu mənim üçün vəzifələndirərək həyəta keçirir. Bəli, yazda tumurcuqdan çölə çıxa bilmək üçün günəşin ilıq oxşayıcı işıqlarına və suya ehtiyacım var. Bunları siz inkişaf faktorları adlandırırsınız. Doğuma qədər hazırlanmaqda və vaxtı gələndə də ortaya çıxmaqda, 'sürgün planı' deyilən quruluş vəzifəlidir. Bu quruluş mənim anam olduğu kimi, yan budaq pöhrələrin də anasıdır. Hətta Rəhman və Müdəbbir isimlərinin başqa bir təcəllisi (əksi) olaraq, torpaqdan yetərli qida və su ala bilmərəm deyə, vücudunuzda, qidalana bilməmə təhlükəsinə qarşı yağ və qlikogen toplanması kimi, Sonsuz Qüdrət Sahibi tərəfindən gövdəmə bir il əvvəlcədən qida maddələrinin yığılması proqramlandırılmışdır. Bu səbəblə yazda, yaşlı bitki gövdələrin də böyük bir maddə sirkulyasiyası və enerji dövr-i daimi müşahidə olunur."
Biz insanlar bunu necə hiss edirik?
“Bir qayınağacı, yazda tumurcuq açmamış kəsilmiş olsun. Bir müddət sonra, ağacın yarpaq tumurcuqlarının açıldığı və tamamilə yarpaqlarla bəzədildiyi görülür. Bu, gövdədəki ehtiyat qida maddələrindən qaynaqlanır."
Sonra yarpaq yeni bir suala fürsət vermədən söhbətə davam etdi:
"Onu deyim ki, üstündə olduğum budaq, tumurcuqdan çıxıb açılmağa, daşınmağa, səthimin işığa yönəlməsinə vəsilə olan bir orqandır. Bu orqanın içində bir çox boru var; torpaqdan alınan qida suyu ilə içindəki minerallar bunlar vasitəsi ilə bizə çatdırılır.
Səthimi diqqətlə incələsəniz, vücudunuzdakı damar sisteminə oxşar, bir çox naqil xəttinin olduğunu görəcəksiniz. Bunların vəzifəsi, birləşdiyim budaq ilə bizə gətirilən üzvi və qeyri-üzvi qida maddələri ilə zəngin suyu hər tərəfimə daşımaqdır. Daşıma işi, damarların içindəki bu boru sistemi ilə yerinə yetirilir.
Biz yarpaqlar tumurcuqlardan çölə çıxdıqda; formamızın, rəngimizin, kənar formalarımızın, damarlarımızın paylanmasının və səth genişliklərimizin fərqli olduğunu görürsünüz. Boyunuz, çəkiniz, simanız və xarakterinizdəki fərqliliklər kimi, biz də müxtəlifik.
İynə yarpaqlı, pul yarpaqlı və geniş səthli olmaqla, üç əsas qrupa ayrılırıq. Çox maraqlıdır, eyni cins pöhrə layihəsindən doğulmağımıza baxmayaraq cüt yumurta əkizlərində olduğu kimi, həndəsi olaraq fərqli ola bilirik."
Yarpaq bunları danışarkən gözümə geniş səthli yarpaqların hörgü kimi müxtəlif və gözəl kənarları sataşdı. Kənarları sanki xüsusi bir toxuma kimi işlənmişdi. Bəziləri düz kənarlı idi, bəziləri də müxtəlif girinti və çıxıntılarla bəzədilmişdi. Bəziləri tüklü və yumşaqdı, bəzilərinin isə kənarları tikanlarla əhatə olunmuşdu. Bunun bir hikməti olub olmadığını düşünməyə başladım. İnsanların gördüyü, lakin izah edə bilmədiyi bəzi ekoloji hikmətlərdən qaynaqlana biləcəyini düşündüm. Bu qədər müxtəlifliyin və zənginliyin Allahın (cc) tətbiq etdiyi bir qanun ilə ola biləcəyi neticəsinə vardım. Mənim fikrə dalıb getdiyimi görən yarpaq bir az səsini yüksəldərək:
"Bəli dostum; müxtəlif formalarda yaradılmağimız çox önəmlidir. Çünki, özümüzə xas xüsusiyyətlərlə tanına bilmək üçün bu müxtəliflik bizə verilmişdir. Məsələn; siz iynə yarpaqlı ağacları görəndə, hamısına ‘şam’ deyirsiniz. Hamısı iynə yarpaqlılar növünə aid olmasına baxmayaraq, şam, küknar və sədir bir-birindən çox fərqlidlr. Uca Yaradıcı, canlıları əlverişsiz həyat şərtlərində nəsillərini davam etdirə biləcək şəkildə yaratmışdır. Müxtəliflikdəki sirlərdən biri də, burada gizlidir: Yetişmiş bir çoban saçağının alt budaqlarındakı yarpaqlar sərt və tikanlı ikən, üst budaqlarındakı yarpaqlar düz, tikansız və daha yumşaqdır. Bu sayədə, çoban saçağı, otlaq heyvanlarına qarşı qorunma mexanizminə sahib olur. Başqa bir misal: Kölgə yarpaqları və işıq yarpaqları kimi tanınan, həm daxili quruluş, həm də xarici quruluşuna görə bir-birindən fərqli yarpaqlara dünyamızda çox rast gəlmək mümkündür. Hər ikisi də eyni bitki üzərində ola biləcəyi kimi, xüsusilə otlu bitkilərdə bəzən bütün yarpaqlar kölgə yarpağı, bəzən də işıq yarpağı xüsusiyyətini bir yerdə daşıya bilər. Kölgə yarpaqları az işıqda belə fotosintez ede bilirlər. Beləliklə, işıq azalmasına paralel ehtimal olunan fotosintez azalmasının qarşısı fotosintez orqanlarında edilən quruluş dəyişiklikləri yolu ilə alınmış olur. Məsələn, azotu yaşadığı mühitdən ala bilməyən bəzi bitkilər, yarpaqları ilə tutduqları böcəkləri heyvanlarda olduğu kimi həzm edərək fotosintezdən kənar bir yolla qidalanır.
Drosera (böcək yeyən), daş və metal parçalarına maraq göstərmədiyi halda, bir ət qırıntısını İlahi sövqlə dərhal hiss edə bilir. Asma kimi bəzi növlər iki tip yarpağa sahibdir. Bunların bəzilərı şəkər sintezləmək üçün fotosintez edə biləcək qabiliyətdə geniş səthli yaradıldığı halda, bəziləri də üzüm salxımlarını daşımak üçün dırmaşan və sarılan xüsusiyyətdə yaradılmışdır. Beləcə, dik dura bilməyən bu növ zəyif gövdəli bitkilər, dırmaşan xüsusiyyəti ilə bir dəstəyə sarılaraq yüksəlir və bu sayədə bunların fotosintez edəcək geniş yarpaqları da işığı rahatlıqla ala biləcək bir yüksəkliyə daşınmış olur. Asmanın gövdəsi üçün yapışmağa yer axtaran bu sarmaşıqlar hər tərəfə (360 dərəcə) dönə bilir. Altı-yeddi dəqiqə ərzində yapışmağa bir şey tapır və 20 saniyə ötmədən ona sarılmağa başlayır."
Yarpaq, yetərincə məlumatlandığımı hiss etmişcəsinə daha da parıldamağa başlamışdı. Söhbətinin nə mənaya gəldiyini də fərqli bir üslubla belə ifadə etdi: "Minlərlə fərqli bitki növünün budaqlarında nümayiş etdirilən sonsuz sənət əsəri olan bizlərin müxtəlif olması, mükəmməl ölçülərlə bəzəkli yaradılmağımız, bir-birinə oxşar elementlərin bir-birinə bənzər və ya az fərqli genetik proqramlar istifadə edərək bizdə həyat tapmaları, budaqlardakı on minlərlə tumurcuqdan ayrı-ayrı xüsusiyyətli yarpaqların bu budaqlar üzərində müəyyən bir ölçüdə düzülüşü, boğucu bir qazı istifadə edərək digər canlılara ruzi olacaq qida maddələrini əmələ gətirmələri, elə bir həqiqətdir ki, günəşdən daha parlaq bir şəkildə Sahibini göstərir. Yarpaqların arxasından gələn çiçəklər və meyvələrin hər biri Allahın (cc) varlığına və birliyinə işarət edən və Onu isbat edən şahidlərdir."
Yarpaq yorulmuşdu. Bu yorğunluğun ifadəsi olan üzərindəki tər damcısı da, Allaha şükrünü ifadə edən gözyaşı kimi idi.
Qaynaqlar
1. Cronquista, A., 1974. Leaf, Encyclopedia Americana, Vol. 17, P. 101-109. Americana Corperation, New- York.
2. Yaltırık, F. və A. Efe. 1994, Dəndroloji Ders Kitabı. İ.Ü. Orman Fakültesi Yayınları, Yayın No.3836/431, İstanbul.
3. Çepel, N. 1998, Yarpağın Dili, TEMA Vakfı Yayınları, Yayın No.20, İstanbul.
4. http://www.bitkidunyasi.net/yarpaqlar/yarpaqyap1.html
Məlumatlar http://akademiya.net saytından.