Lazım olan ərzaqlar:
Buğda unu - 100 q.
Ərinmiş yağ - 25 q.
Doşab - 40 q.
Duz
Hazırlanma qaydası
Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içınə ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtüb 15 - 20 dəq. bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışıqlı tökülür.