Lazım olan ərzaqlar:
Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu - 50 q.
Su - 110 q.
Ərinmiş yağ - 20 q.
Şəkər - 40 q.
Qoz ləpəsi - 40 q.
Zə"fəran - 0,1 q.
Duz.
Hazırlanma qaydası
Soyuq suda açılmış buğda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zə"fəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sucuğa qatılır, qalan hissəsi isə xörək süfrəyə veriləndə onun üstünə səpilir.