Lazım olan ərzaqlar:
Buğda unu - 40 q.
Ərinmiş yağ - 20 q.
Şəkər - 10 q.
Darçın - 0,2 q.
Duz.
Hazırlanma qaydası
Un yağda açıq qəhvəyi rəng alinca qovrulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymağı süfrəyə boşqabda verir, üstünə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır.