Lazım olan ərzaqlar:
Xəmir üçün:
Ə'la növ buğda unu - 500 q.
Yumurta - 2 əd.
Kərə yağı - 100 q.
Süd - 1 stəkən.
Şəkər kirşanı - 50 q.
Maya - 10 q.
Duz
İçlik üçün:
Сахарный песок - 100 г.
Ərik povidlası - 150 q
Şəkər tozu - 100 q
Vanil - 1/3 q.
Üstünə səpmək üçün şəkər kirşanı - 50 q.
Hazırlanma qaydası
Maya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib ciddi qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4 - 5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üçbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi mə' mulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Mə' mulat 190 - 200 C temperaturda 10 - 15 dəqiqə ərzində qızdırıcı şkafda bişirilir.