Lazım olan ərzaqlar:
Buğda unu - 680 q.
Ərinmiş yağ - 30 q.
Duz - 5 q.
Maya - 20 q.
Su - 350 q.
İç üçün:
Yumurta - 1 ədəd.
Ərinmiş yağ - 20 q.
Sarıkök - 0.1 q
İstiot - 0.02 q
Duz - 1 q
Buğda unu - 10 q
Razyana - 0.1 q.
Hazırlanma qaydası
Ələnmiş birinci növ buğda unundan su, maya və duzla bərk xəmir yoğururlar və acımaq üçün 1-1.5 saatlığa isti (30-35C) yerə qoyurlar. Xəmir gəldikdə 150-200 qramlıq parçalar kəsib, kündə qayırırlar və 0.5 mm qalınlıqda yayırlar. Beləliklə, 5 yuxa hazırlayırlar. Bunlardan dördünün bir üzünü yağlayırlar və bir-birinin üstünə yığırlar. Axırıncı, beşinci yuxanı yağlamırlar. Sonra bir-birinin üstünə yığılmış bu yuxaları 10-15 sm irilikdə doğrayırlar və buraraq, şaquli istiqamətdə 10-12 sm diametrində və 1.5-2 sm qalınlıqda yastılayırlar, papaq kimi qayırıb, içinə 25-30 q iç qoyurlar, xəmirin qıraqlarını birlışdirib hamarlayırlar, yastı qoğal qayırıb üzünə zə"faranla yumurta sarısı çəkirlə, yağ sürtülmüş sinilərə düzüb duxovkada bişirirlər və ya təndirə yapırlar. Soyuq və isti halda çay yanınca verirlər.
Qoğalın içi belə hazırlanır:
Yumurtanın ağını ərinmiş yağla köpüklənincəyə qədər çalırlar, sonra döyülmüş razyana, sarıkök, darçın, istiot, duz və buğda unu əlavə edərək, tozaoxşar dənəvər kütlə əmələ gəlincəyə qədər ovuşdururlar.