Lazım olan ərzaqlar:
Ə"la un - 600 q.
Ərinmiş yağ -150 q.
Üzlü süd - 200 q.
Yumurta - 3 əd.
Duz - 5 q.
Maya - 20 q.
İç üçün:
Qoz ləpəsi və ya fındıq ləpəsi yaxud badam ləpəsi - 500 q.
Şəkər - 500 q.
Vanilin - 0.05 q.
Zə"fəran - 1 q.
Hazırlanma qaydası
Xəmir mayasını 25-30-yə qədər qızdırılmış üzlü süddə əridirlər, azagıq duz vururlar. Bir qaba un tökürlər, ona maya vurulmuş süd, çiy yumurta, əridilmiş yağ qatıb, bərk xəmir yoğururlar və üstünü örtüb agımaq üçün 1-1.5 saatlığa isti bir yerə (30-35 C) qoyurlar. Xəmirdən kündələr qayırıb, 0ç5 mm qalınlıqda yayırlar hər sini üçün 2 mm qalınlıqda 2 yuxa və 0.5 mm qalınlıqda yuxaların birindən başqa bütün yuxaların birindən başqa bütün yuxaların bir üzünə azca qızdırılmış kərə və ya ərinmiş yağla yağlayırlar. 2 mm qalınlıqdakı yuxaların birindən başqa bütün yuxaların bir üzünə azca qızdırılmış kərə və ya ərinmiş yağla yağlayırlar. 2 mm qalınlıqda olan yuxanı yağlı üzü yuxarü olaraq siniyyə salırlar. Xəmirin üstünə 3-4 mm qalınlıqda iç səpirlər.İçin hazırlanması. Şirin badamin ləpəsini qaynar suya tökürlər, qabığı asanlıqla çıxana qədər (5-8 dəqiqə) pörtürlər, qabıqdan çıxarıb azacıq qurudaraq xırda gözlü badam 1:1 nisbətində şəkərlə qarışdırırlar.
Badam olmadıqda fındıq da götürmək olar. Fındığın içini tavada o vaxta qədər qovurlar ki, onun nazik qabığı asanlıqla çıxsın, lakin yanmasın. Fındıq ləpəsinin qabığını cod dəsmal arasında sürtməklə çıxarır, sonra badam kimi maşında çəkib, 1:1 nisbətdə şəkərlə qarışdırırlar. Fındıq ləpəsinin keyfiyyati badamdan aşağı olur.İçin üstündən 0ç5 mm naziklikdə yuxa salıb, yenə iç səpirlər. Bu əməliyyatı yayılmış yuxalar qurtarana kimi təkrar edirlər. Axırıncı yuxanı yağlamadan salırlar və əllə yüngülcə basaraq sıxlaşdırırlar. Sonra bu qat-qat xəmiri elə doğrayırlar ki, 10 sm uzunluqda və təxminən 4-4.5 sm enində romb şəkilli paxlavalar alınsın. Paxlavaların üzünə zə"fəranla qarışıq yumurta sarısı sürtülür. Sonra hər rombun ortasına yarım dənə fındıq və ya püstə ləpəsi basırlar və paxlavanı sinilərdə duxovkaya qoyub, qızarıncaya qədər bişirirlər. Sonra üstünə qənd və ya balla yağdan hazırlanmış qatı şirə gəzdirirlər və enə 5-6 dəqiqəliyə isti duxovkaya qoyurlar. Sonra paxlavanı duxovkadan çıxarıb soyudurlar və üsulluca boşqaba yığırlar.