Lazım olan ərzaqlar:
Ə'la növ buğda unu - 530 q.
Ərinmiş yağ - 260 q.
Şəkər kirşanı - 300 q.
Yumurta - 1 əd.
Vanilin - 3 q.
Hazırlanma qaydası
Ərinmiş yağ şəkər kirşanı ilə 25 - 30 dəq. çalınır, bu zaman ona az-az yamurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılıb xəmir yoğrulur. Həmin xəmirdən 60 - 75 qramlıq girdə kündələr hazılranır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175 - 180 C istilikdə 25 - 30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.