Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Mətbəx .: Şirniyyat .: ŞƏKƏRBURA

ŞƏKƏRBURA

Lazım olan ərzaqlar:

Əla un - 600 q.
Ərinmiş yağ - 150 q.
Üzlü süd - 200 q.
Yumurta - 2 əd.
Duz - 5 q.
Maya - 20 q.
İç hazirlamaq üçün:.
Badam vı yağ fındıq ləpəsi - 500 q
Şəkər - 500 q
Vanilin - 0.05
və ya çubuq vanil - 0.5 q
Hil - 3-5 ədəd
Südü və ərinmiş yağı (birlikdə) - 350 q.
Ə"la xama ilə əvəz etmək olar.

Hazırlanma qaydası

Xəmir mayasını 25-30-yə qədər qızdırılmış üzlü süddə əridirlər, azagıq duz vururlar. Bir qaba un tökürlər, ona maya vurulmuş süd, çiy yumurta, əridilmiş yağ qatıb, bərk xəmir yoğururlar və üstünü örtüb agımaq üçün 1-1.5 saatlığa isti bir yerə (30-35 C) qoyurlar. Xəmir acıdıqda onu kündələyib 2mm qalınlıqda yayaraq, dəyirmi qabla 10 sm diametri olan dairələr kəsirlər. Sonra dairənin bir tərəfinə hazırlanmış iç qoyurlar və üstünü o biri yarısı ilə örtüb, qıraqlarını yiv şəklində bururlar. Sonra şəkərburanı sol ılin obcunda tutaraq, sağ əllə maqqaşla bir üzündə müxtəlif naxışlar açır və xəmiri qurutmadan sinilərə yığıb, duxovkaya qoyaraq azacıq qızarıncaya qədər bişirirlər və çıxarıb soyudurlar.
İçin hazırlanması. Şirin badamin ləpəsini qaynar suya tökürlər, qabığı asanlıqla çıxana qədər (5-8 dəqiqə) pörtürlər, qabıqdan çıxarıb azacıq qurudaraq xırda gözlü badam 1:1 nisbətində şəkərlə qarışdırırlar. Badam olmadıqda fındıq da götürmək olar. Fındığın içini tavada o vaxta qədər qovurlar ki, onun nazik qabığı asanlıqla çıxsın, lakin yanmasın. Fındıq ləpəsinin qabığını cod dəsmal arasında sürtməklə çıxarır, sonra badam kimi maşında çəkib, 1:1 nisbətdə şəkərlə qarışdırırlar. Fındıq ləpəsinin keyfiyyati badamdan aşağı olur.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?