Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Seyid Əzim Şirvani .: Şerlər .: Alimlərə hörmət haqqında

Alimlərə hörmət haqqında

Cəfər, ey nuri-dideyi-Seyyid,
Qönçeyi-novrəsideyi-Seyyid,
Üləma həqqini rəayət qıl,
Əhli-elmə həmişə hörmət qıl.
Demə bu kəfər, ol müsəlmandır,
Hər kimin elmi var – o, insandır.
Elmsiz adəmi xudayi-cəlil.
Dedi: - “Ən amü bəl əzəllü səbil”,
1
Babamız Adəm ol səfiyullah
Elmi-əsmayə oldu çün agah.
Ona yeksər məlayik etdi sücud,
Səcdəsin fərz eylədi məbudş
Elmdən oldu həzrəti-Loğman
Hikmət ilə səramədi-dövran.
Elm bir nur, cəhl zülmətdir,
Cəhl duzəxdir,2 elm cənnətdir.
Üləma varisi-şəriətdir,
Füqəra baisi-hidayətdir.
əhli-təfsir açıbla Qurani,
çıxarıblar vüzuha mənani.
Kimdi gör, xaşeyi-cənabi-xuda,
Dedi həq: - “Min ibadihil-üləma”.
3
Alimə kim ki, eyləməz hörmət
O deyildir peyəmbərə ümmət.
Sənə hər kimsə elm edər təlim,
Ona vacibdir eyləmək təzim.
Harda görsən, ona səlam eylə,
Baş əyib qul tək ehtiram eylə.
Qeyrini vəsf qılma yanında,
Sən dur, ol söyləyən zamanında.
Izisiz etmə xidmətində cülus.
4
Olma zəcrindən, ey pəsər, məyus.
Adəm ol, incimə qiraətdən.
Çubi-molla çıxıbdu cənnətdən.
“Gülsitan” içrə bülbüli-Şiraz
Farsilə edib bu nəğməni saz:
“Padşahi pəsər beməktəb dad,
Lövhi-siminş dər kənar nəhad.
Çövri-ustad beh zimehri-pədər”.
5
Bil ki, ustadın ey rəşid pəsər,
Sənə ruhaniyətdə oldu pədər.
Pədərin bir mənəm, bir ustadın,
Cəhd qıl yaxşı çıxmağa adın.
Səy qıl, aqi-valideyn olma,
Ziştu mərdudi-xafiqeyn olma.
Eylə ustadüvə həmişə dua,
Məğfirət qıl tələb xudadən ona.
Olma ol tifl kimi sən bəszat –
Ki, öz ustadına dilərdi məmat.6
 

   1Ən amü bəl əzəllü səbil -  Avam həmişə zillətli yoldadır.
   2Duzəx – cəhənnəm.
   3Min ibadihil-üləma - Onun (allahın) qullarından biri alimlərdir.
   4Cülus – oturmaq.

   5Padşahi pəsər beməktəb dad,
  Lövhi-siminş dər kənar nəhad.
  Çövri-ustad beh zimehri-pədər


_
Bir şah öz oğlunu məktəbə verdi.
Ona bir qızıl lövhə verdi.
Lövhənin üstündə zərlə yazılmışdı:
Müəllimin əziyyəti atanın məhəbbətindən yaxşıdır.
   6Məmat – ölüm.

Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?

Əlaqəli məlumatlar

article Ermənilər özləri haqqında
1883-cü ildə İrəvan...

  10-1-2007    Baxılıb: 364   
article Fauna haqqında
Azərbaycan Respublikası iqliminin...

  10-3-2007    Baxılıb: 547   
article Flora haqqında
Azərbaycan R – in ərazisi 88.6 min...

  10-3-2007    Baxılıb: 434