Bu gün bir həftədir Tiflisdəyəm. Şamaxı əhlindən bir namünasib yoldaşım dəxi var idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmişdi. Işini bitiririk. Şimdi üç gündür ki, özü də getdi.
Faiq əfəndi məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yəni Mirzə Cəlil bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Siqizadədən məxdumunuz Əbdüləzizdəb ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu güne qədər xətəyəm. Üç ay Bakıd doktorlar qapısında, iki ay da Şamaxıda moqtorlar qapısında təzyin-həyat etdim. Dərdimə əlac bulamadım. Axir laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala biləcəkmiyəm?
Doktor Rudnikovdan dava yeyirəm. Xəstəliyim qara ciyərimin böyüməsindən nəşət etmiş.
Şamaxıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qəddər gəlməyiblər. Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflisə soyuqdur, peçin qırağından ayrılmayıram. Siz də kürsüdən çıxa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun. Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və zimnən ixtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzə yaşamınızı niyaz edərək xətmi-kəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə məlum olar zənn ediyorum.
Ə. Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız riza ediyorum
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəxti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməye imdi üzü qarə ciyərim.