Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Məktublar .: Müdir əfəndim!

Müdir əfəndim!

Mətbuat aləminə qədəmgüzar olan möhtərəm “bəhlul” jurnalımızı mən səmimuqəlb təbrik, dəvam və bəqasını həqdən t1emənna ediyorum. Məlfufənizdə əxbar, əşar və müştəri təmənnasında bulunduğunuzdan dolayı ərz edirəm üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkulliyə tərk etməyə məcburəm.          
          Və kəza müştəri aramağa daha kəsrəti-məşağilimdən vəqtim qalmadığı üçün cənablarınızdan münfəiləm.
          Ancaq həyatı-milliyyəmizə dair şer yazmaq ilə müavinətimizdə bulunmaqda olacağımı, yazdığım şerləri imzasız dərc etməniz şərtilə vəd ediyorum.

Eləkbər Sabir Tahirzadə Şirvani

          Bəd-əttəhir. Əfəndim! Insafsız adamlar az deyildir; bəsa ola bilər ki, bir şəxsin, ya bir əmrin əleyhində mənim əqidəmin bərəksi olan qərəzi-şəxsiyyə, xahişi-nəfsaniyyələr sayəsində məktublar yazılsın, sizi inandırmaqdan ötrü mənim adım ilə imzalayıb göndərilməsin, siz də aldanasınız. Ona görə lazım gətirir ki, əvvələn, mənim şiveyi-xəttimə diqqət buyurub tanıyasınız və saniyəm, minbəd sizə göndərəcək olduğum kağızda imza qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam(248).


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?