|
Göydəki göy buludlar, Yorğanıdı çobanın. Yastı-yastı təpələr Yastığıdı çobanın. Yumru-yumru qayalar Yumruğudu çobanın. Əlindəki dəyənək. Qalxanıdı çobanın. Yaxındakı boz köpək Yoldaşıdı çobanın. Ağzı qara canavar Düşmənidi çobanın.
|
|
Məqalə
|
551
|
|
Yazılma tarixi
|
10-6-2007
|
|
Reytinq
|
(Yoxdur)
|
|