Pendir agzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;
Dedi: ”Əhsən səne, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözləsən, nə xoşliqasən sən,
Yeri var söyləsəm - hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli sənin,
Oxu, versin mənə səfa nəfəsin!”
Böylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin - ğa.
“Ğa” edərkən hənüz bircə kərə
Pendiri dimdiyindən endi yerə.
Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə böylə dedi:
“Olmasaydı cəhanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar”.