Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Qəzəllər .: Kuyini xunabeyi-çeshmimlə nəmnak eylərəm

Kuyini xunabeyi-çeshmimlə nəmnak eylərəm

Kuyini xunabeyi-çeshmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.

Eshqini asan bilirdim, çəkdi ish risvalığa,
Shimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziyba tələtin zülfi-kəcın,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əshki-çeshmim seylinin mövcündə xashak eylərəm.

Urma shanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə shanə könlümü çak eylərəm.

Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?