Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Qəzəllər .: Məftuni-səri-zülfüne qüllab gərəkməz

Məftuni-səri-zülfüne qüllab gərəkməz

Məftuni-səri-zülfüne qüllab gərəkməz,
Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,
Qashın görənə səcdeyi-mehrab gərəkməz.

Aç zülfünü, divanələri bir yerə yığma,
Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.

Yatma xəmi-zülfündə nigarın belə rahət,
Ashiqlərə, ey xəstə könül, xab gərəkməz.

Mən nəsheyi-ləli-ləbi-canan ilə məstəm,
Saqi, mənə minbəd meyi-nab gərəkməz.

Hicrində rəvadir ciyərim qanı tökülsün,
Çeshmindən axan qətreyi-xunab gərəkməz.

Sirab eləyib ləli-ləbin Sabiri, ey shux,
Təbdari-qəm-eshqinə qəndab gərəkməz.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?