Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Qəzəllər .: Hər səri-müydə min aşiqi-nalanın var

Hər səri-müydə min aşiqi-nalanın var

Hər səri-müydə min aşiqi-nalanın var,
Məgər, ey ş1ux ki, bir cismdə min canın var?

Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan yenə bir aşiq, əcəb qanın var!

Xahişin tərki-dilü can idi, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?

Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı,
Aşiqi-zar kimi kəsməyə qurbanın var.

Suzi-binaleyi pərvanəni gör, ey bülbül,
Səhni-gülzarda ancaq əfğanın var.

Həm mərəz  çarəsini eyləmək asandı, təbib,
Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?

Sabira, qərq edər axır səni  bu səyli-bəla,
Olma qafil belə kim, dideyi-giryanın var.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?