Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Keçid:
Bilgi arxivi .: Ədəbiyyat .: Mirzə Ələkbər Sabir .: Müxtəlif şerlər .: Həvəs

Həvəs

Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmatə;

Həvəs isal edər zatı səfayə,
Ətalət mübtəla eylər bəlayə;

Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczu kədərdir;

Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törərə min-min xəcalət;

Həvəs səhrası əmniyyət fəzadır,
Ətalət təngnası bir xətadır;

Həvəs birlə tərəqqiyyat dərkar,
Ətalətdən əməl mənkusi idbar.


Bu məlumat sizə nə dərəcədə kömək edə bildi?